Kişilərin cinsi partnyoru tez-tez dəyişməsi və yaranan xəstəliklər

Kişilərin cinsi partnyoru tez-tez dəyişməsi və yaranan xəstəliklərKişilərin cinsi partnyoru tez-tez dəyişməsi və yaranan xəstəliklər

Kişilər üçün 10 qızıl qayda

Cinsi infeksiyalar çox geniş yayılmışdır. Ekspertlərin hesablamalarına görə, yer kürəsində hər altı sakindən biri, nə vaxtsa cinsi yolla ötürülən hansısa bir xəstəliklə yoluxub. Azərbaycanda son illər cinsi yolla keçən xəstəliklərin sayı durmadan artır. Buna bir neçə faktor səbəb olur - cinsi partnyorların tez - tez dəyişilməsi, prezervativ istifadə etmədən cinsi əlaqələr, fahişəlik.

Çox təəssüf ki, Azərbaycanda cinsi həyatın başlandığı andan müntəzəm şəkildə ginekoloqa gedən qadınlardan fərqli olaraq kişilər yalnız cinsiyyət sisteminin xəstəliklərinin hər hansı bir simptomu meydana çıxdığı zaman həkimə müraciət edirlər. Nəzərə alsaq ki, cinsi infeksiyalar simptom olmadan da keçə bilər, xroniki xəstəliklərlə qarşılaşmalı oluruq, onlar da öz növbəsində sonsuzluğa və cinsi zəifliyə gətirib çıxarır. Bu çətinliklərə baxmayaraq, öz orqanizmini cinsi yolla keçən infeksiyalardan qorunmağa imkan verən effektiv üsullar mövcuddur :

1. Yüksək yoluxma riski olan insanlarla (fahişələr, narkomanlar) cinsi əlaqələrdən çəkinin.

2. Cinsi əlaqədən əvvəl əmin olun ki, sizin partnyorunuzda zöhrəvi xəstəliklərin zahiri əlamətləri yoxdur ( cinsiyyət orqanlarında səpgi, şübhəli ifrazat və s.). Lakin xəstəlik simptomlarının olmaması partnyorun sağlam olmasına dəlalət etmir, çünki bir çox cinsi infeksiyalar simptom olmadan da keçə bilir.

3. Cinsi yolla keçən bütün infeksiyalar həmçinin oral və anal cinsi əlaqə zamanı da ötürülürlər. Oral cinsi əlaqə zamanı yoluxma riski vaginal və ya anal cinsi əlaqədə olduğundan daha aşağıdır, lakin bu halda riski tam olaraq istisna etmək olmaz.

4. Prezervativdən istifadə edin, onu bilavasitə cinsi aktdan əvvəl taxmaq lazımdır. Buna baxmayaraq, cinsi yolla ötürülən xəstəliklərdən 100 % müdafiə mövcud deyil. Ondan istifadə edərkən, siz yoluxma imkanını azaldırsınız, onu tam olaraq istisna etmirsiniz.

5. Dərhal cinsi əlaqədən sonra : antibakterial sabun və ya antiseptik məhlul ilə (miramistin, xlorqeksidin) bütün qasıq nahiyyəsini yuyun (fikir verin - bütün nahiyəni, tək cinsiyyət orqanını deyil). Prezervativdən istifadə etdiyiniz halda belə əlaqədən sonra mütləq sidiyə gedin - bu cinsi infeksiyalar ilə yoluxma riskini azaldacaqdır.

6. "Özünü diaqnostika və özünü müalicə" ilə məşğul olmayın. Yadda saxlayın - dəqiq diaqnozu yalnız mütəxəssis təyin edə bilər. Hər bir insanın öz immuniteti, öz xüsusiyyətləri var, buna görə də cinsi yolla keçən infeksiyaların müalicəsi üçün vahid sxem və preparat da yoxdur.

7. Çox zaman cinsi infeksiyalar(mikroblar) ilə yoluxmadan sonra ümumiyyətlə heç bir şikayət olmur və ya onlar zəif ifadə olunurlar. Buna görə də hər təsadüfi əlaqədən sonra cinsi infeksiyaların olub - olmamasına müayinə olunmaq vacibdir. Bununla siz öz daimi cinsi partnyorlarınızı ciddi problemlərdən qoruyursunuz və dogmalarınızın sağlamlığının qeydinə qalırsınız.

8. Ciddi şəkildə cinsi partnyor ilə birgə müalicə almaq lazımdır ki, ondan təkrar yoluxma olmasın (hətta partnyorunuzu heç nə narahat etməsə belə).

9. Heç bir halda özgənin paltarlarından, eləcə də özgənin dəsmallarından, hamam lifindən və digər şəxsi gigiyena vasitələrindən istifadə etməyin.

10. İctimai tualetdən necə istifadə etmənizə diqqət yetirin - sizin böyük əksəriyyətiniz qapını açır, tualetə girir və dərhal da kabinaya və ya pissuara gedir. Əlavə olaraq, sidiyə gedən zamanı siz cinsi orqanınızı bundan əvvəl qapını açdığınız əlinizlə tutursunuz. Sizdən qabaq bu qapını minlərlə insan açmışdır. Necə fikirləşirsiniz, bu minlərdən bir neçə insanın zöhrəvi xəstəliklərdən əziyyət çəkmə ehtimalı nə qədərdir və infeksiyanın ötürülmə ehtimalı nə qədərdir ? Kişinin infeksiyadan qaçınmaq üçün riayət etməli olduğu iki qayda var :

• Cinsiyyət orqanınızı tutacağınız əlinizlə tualetin qapısını açmayın. Bunu tualetdə hətta əl - üz yuyan olduqda belə yerinə yetirmək lazımdır, axı ola bilər ki, o, sınmışdır.

• Əgər əl - üz yuyan varsa, ondan əllərinizi yalnız sidiyə gedəndən sonra deyil, həm də əvvəl yuyun.

Asan qaydalara riayət edərək, cinsi infeksiyalar ilə yoluxma riskini azaltmaq və özünüzü və öz yaxınlarınızı ciddi problemlərdən qoruya bilərsiniz. Yadda saxlayın ki, cinsi infeksiyalar sonsuzluğa və cinsi zəiflik probleminə gətirib çıxara bilər.

Cinsi yolla keçən xəstəliklərin müalicəsi

Həkimə müraciət etməni uzatmayın. Bu çox sadədir : həkimə getmək, analizlərin yerinə yetirilməsi və nəticə - şəxsi sağlamlığın uzun illər boyunca saxlanılması ! Öz sağlamlığınıza daha ağıllı münasibət bəsləyin, onun qeydinə qalın və hər şey super olacaq !

Androloq-seksopatoloq Dr.Orxan Ağabəyov

Sağlamlıq     Baxılıb: 3602   Tarix: 06 fevral 2015
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Vanil bitkisinin faydaları: Sinirləri dincəldir, öskürəyı xırp kəsir

V. Vanil bitkisi Meksika mənşəli bitkidir. Səhləbkimilər fəsiləsinə aid olan və Meksika meşələrinin sahilyanı ərazilərində bitən dırmanma bitkisidir. Ətrafındakı digər ağaclarda 2-3 sm qalınlığında tumurcuqları ilə 10 metr

.

Xalq təbabətinin əvəzedilməzi Nanə

Bir çox in . san mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yaban

.

Qızlarda aybaşı dayanır və ya gecikirsə... - Problem necə müalicə edilir?

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir. Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnı

.

İntimdən sonra qadınların sevmədiyi şey - Kişilər niyə yatmaq istəyir?

Orqazmdan sonra dincəlmək istəyi yaradan hormonlardan biri də sevgi hormonu adlanan oksitosin hormonudur. Cinsi əlaqə zamanı artan bu hormon orqazmı tətikləyir. Həm kişilər, həm də qadınlar tərəfindən ifraz olunan oksitosi

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Balqabağın UNİKAL MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ

Balqabaq ən faydalı tərəvəzlərdən biridir. Azkalorili, dadlı, vitamin və minerallarla zəngin olan bu tərəvəzin sağlamlıq üçün xeyirli xüsusiyyətləri saymaqla bitməz.  sizi balqabağın faydaları ilə tanış edir. 1. Karotinlərl

.

Özünü Masaj Etmənin Faydaları Nələrdir ?

Özünü masaj etmək sadə, amma olduqca faydalı bir vərdişdir. Günümüzdə insanların çoxu stress, yorğunluq və gərginlikdən şikayət edir. Bu halları aradan qaldırmaq üçün xüsusi ustaya müraciət etməyə ehtiyac olmadan özünü masa

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

turlar.az

qis geyimləri 2026 qadin dunyasi qadin sayti efirde soyunan aparici paxlava reseptləri korpelere qulluq praktiki məsləhətlər kosmetika faydalı məsləhətlər maraqli hakistalar vetene aid atalar sozleri bir arzum var baliq burcu