Kişilərin diqqətinə - Güclü ürəkbulanma varsa, infarkt ola bilərsiz
Sinə və boyun nahiyəsində ağrı, nəfəs darlığı və baş gicəllənməsi kimi infarktın bəzi məlum əlamətləri vardır.
Milli.Az medicina.az-a istinadən bildirir ki, uzman kardioloq Zəkəriyə Nurqələm infarktın ürəkbulanma ilə əlaqəsindən danışıb.
Bəzən mədə şikayətləri də ola bilər. Mədədə ağrılar başlanğıcda kəskin və qeyri-müntəzəm olur. Adətən qarının yuxarı nahiyəsində olur.
Zaman keçdikcə ağrı daha güclü və davamlı olur. Ürək sağlamlığının pis olduğunu göstərən mədə ağrısı adətən mədənin yuxarı sol tərəfində hiss olunur.
Ürəyin damarlarının tıxanması qarın nahiyəsində parasimpatik sinir təsirlərinə səbəb olur və həzm sistemi problemlərinə gətirir. Ürək bulanması ilə yanaşı, mədə turşuluğunun artması səbəbindən həzmsizlik, yanma, ürək yanması və mədədə qaz yaranması artır.
Bundan əlavə, bəzi ağır infarktlar mədə-bağırsaq sisteminin qidalanmasını pozaraq həzm pozğunluğuna səbəb olur.
Xəstə yeməyi həzm edə bilmir və həzm zamanı istifadə olunan daha çox turşu ifraz olunur. Mədədə həddindən artıq turşunun olması mədə divarlarında eroziyaya səbəb olur və bu, ürək bulanmasına gətirir.
Problemə vaxtında diqqət yetirilməzsə, xora əmələ gəlməsinə səbəb olur. Əslində burada əsas problem ürəyin qidalanmaması və stress hormonlarının artmasıdır.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi