Kişilərin eşitməkdən ən çox nifrət etdiyi 6 CÜMLƏ

Kişilərin eşitməkdən ən çox nifrət etdiyi 6 CÜMLƏ1. Yaxşısı budur, özüm edim.

Bir çox ailə psixoloqlarının iddiasına görə, qadınlar bəzi mövzularda tez-tez səbrsizlik gözləyir və bu da kişiləri həvəsdən sala bilir. Əgər siz həyat yoldaşınızdan nəyisə düzəltməyini istəmisinizsə, bunu etmək üçün ona vaxt da verməlisiniz. Hətta o bunu üç dəfə unutsa da əvvəl-axır edəcək. Yox əgər siz istehzayla qollarınızı çırmalayıb, "yaxşısı budur ki, özüm edim," desəniz, bu halda ona heç bir şeyi etibar etmədiyinizi hiss etdirmiş olacaqsınız.

2. Özün tapa bilərdin..

Bu qəzəbli sözlərlə heç bir kişini ələ ala bilməzsiniz. Kişilər üçün hər şey açıq kart prinsipi üzərindədir. əgər hər hansı bir şeyin baş verməsini istəyirsənsə, bunu açıq-aydın deməlisən. Əks halda heç kimi günahlandırma q və ya kişidən sənin nə istədiyini özününü tapmasını tələb etmək mənasız vaxt və əsəb sərfiyyatından başqa bir şey deyil.

3. Biz danışmalıyıq..

Bu sözlərdən daha çox qorxudan başqa söz düşünmək qeyri-mümkündür. Əslində ilk səslənmədən olduqca adi sözlər olsa da, kişiləri dəhşətə gətirən ifadədir. Bu sözlər hansısa ciddi söhbət, şikayət və ya tənqidin xəbərçisidir. Psixoloq Marsiya Berger deyir ki, bu halda kişilər adətən müxtəlif yollarla söhbətdən boyun qaçırmağa çalışırlar. Çünki onlar çox yaxşı başa düşürlər ki, söhbət ikitərəfli deyil, birtərəfli baş tutacaq.

4. Özünü kişi kimi apar!

Bir kişini tamamilə hövsələdən çıxara biləcək cümlədir. Nə qədər qəzəblənməyinizdən və məyus olmağınızdan asılı olmayaraq, kişiyə belə bir ifadə işlətməyiniz münasibətinizə heç düşünmədiyiniz qədər böyük zərbə vura bilər. Unutmayın ki, hər bir insanın zəif olmaq və səhv etmək haqqı var. Qüruruna toxunmaqla geri dönüşü olmayan bir yola addım atmış ola bilərsiniz.

5. Tökdüklərini yığışdır, mən sənin qulluqçun deyiləm!

Əlbəttə, hər kəs öz səliqəsinə fikir verməli və tökdüklərini yığışdırmalıdır. Lakin insanların birdən-birə dəyişmədiyini nəzərə alsaq, bunu daha korrekt formada çatdırmaq lazım olduğunu da deyə bilərik. İllərlə anasının hər nazını çəkdiyi oğlunun birdən-birə təmizlik və səliqə-səhman təcəssümü olmasını gözləyirdinizsə, sizə pis xəbərimiz var – bu dərhal mümkün deyil. Bəzi məsələləri zamanla bir-birinizə öyrətməlisiniz.

6. Yenə dostlarınla görüşürsən?

Kişinin öz dostları ilə görüşməsinə öz evliliyiniz üçün təhlükə gözüylə baxmayın. Azadlığını əlindən aldığınız insan heç vaxt tam xoşbəxt ola bilməz. Hər kəsin fərqli zaman keçirməyə vaxtaşırı ehtiyacı olur və mənasız iradlar tutaraq ancaq münasibətinizdə uzaqlaşmaya səbəb ola biləcəksiniz. Bunun əvəznə onun dostlarıyla keçirdiyi zaman başına gələn maraqlı söhbətlərə qulaq asın və hətta yanında olmadığınız anlarda da onunla maraqlandığınız hiss etdirin.
publika.az

Xəbərlər     Baxılıb: 1926   Tarix: 23 yanvar 2017
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq

Hündürdaban ayaqqabıların uzun müddət istifadəsi yalnız ayaqlara deyil, bədənin ümumi tarazlığına da təsir göstərə bilər. xəbər verir ki, ümumi cərrahiyyə mütəxəssisi dosent Atıf Tekinin sözlərinə görə, hündürdaban ayaqqab

.

Yod çatışmazlığı təhlükəlidir

Yod tiroid hormonunun istehsalı üçün vacib bir elementdir. Həm çatışmazlıq, həm də artıqlıq orqanizm üçün ciddi təhlükədir.  xəbər verir ki, yod daha çox cod, ton balığı və süd, qatıq və pendir kimi süd məhsullarında olur

.

Enerjini azaldan gündəlik səhvlər

Bəzi qidalanma vərdişləri həddindən artıq yorğunluğa səbəb ola bilər. -a istinadən xəbər verir ki, bu barədə diyetoloq Valeska Nişida "Terra" nəşrinə müsahibəsində xəbərdarlıq edib. Nişida ilk zərərli vərdiş kim

.

Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər

Gün ərzində saatlarla telefon və kompüter ekranına baxmaq, yanlış oturmaq və uzun müddət hərəkətsiz qalmaq boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim İdris Avcı boyun onurğasını yükləyə

.

Susuzluğunuzu çay və qəhvə ilə yatırmayın - Səbəb

"Çay, qəhvə və şirin içkilər orqanizm üçün təmiz suyun tam əvəzi hesab oluna bilməz". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı nazirliyi

.

Alimlər xərçəngi xəstəliyinin müdafiəsi üsulunu kəşf ediblər

Mayami Universitetinin Silvester Kompleks Onkoloji Mərkəzinin alimləri IL1RAP reseptorunu bloklamaqla mədəaltı vəzi şişinin mikro mühitini dəyişdirməyin üsulunu kəşf ediblər. report-a istinadən xəbər verir ki, tədqiqatı

.

"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…

Həftələrlə davam edən öskürək sadə narahatlıq kimi qəbul edilməməlidir. xəbər verir ki, mütəxəssislər xüsusilə gecə və səhər saatlarında artan öskürəyin bəzi ağciyər xəstəliklərinin əlaməti ola biləcəyini bildirirlər. Qey

.

Dişləri sərt fırçalamaq olar? - Mütəxəssislər xəbərdarlıq edir

Dişlərin daha yaxşı təmizlənməsi üçün onları sərt şəkildə fırçalamağın düzgün olduğu düşünülür. Lakin həddindən artıq təzyiq diş və diş ətinə zərər verə bilər. xəbər verir ki, sərt fırçalama diş minasının aşınmasına, di

turlar.az

kosmetika mehsullari yay kolleksiyasi sac duzumleri şəxsi təcrübə capiq ucun maz məmməd ismayıl korpelerde qebizlik kosmetika gozellik sekis yemek reseptleri qizliq perdesi novruz hakışdaları