Kişiyə magik təsir göstərən İKİ TİLSİMLİ SÖZ

Kişiyə magik təsir göstərən İKİ TİLSİMLİ SÖZPsixoloqların apardığı tədqiqatlar nəticəsində məlum olub ki, qadınlar sadəcə iki sözlə kişinin qəlbini fəth edə bilər.

Psixoloqların qənaətinə görə, "Başa düşürəm" sözləri qadınla kişini bir-birinə daha çox bağlayır.

Əgər kişi nə vaxtsa ciddi münasibətlərə hazır olmadığını deyibsə, bunun sizi nə qədər məyus etdiyini təssəvvur etmək çətin deyil. Ən gözəl illərini sevdiyin insana həsr etmək, daha sonra isə onun evliliyə hazır olmadığı demək bütün kişilərə lənət oxumaq deməkdir. Amma bundan əvvəl aşağıdakı iki sehrli sözün gücünə inanmağa çalışın.

Qadınlar ilk növbədə kişinin evliliyə hazır olmamasının səbəblərini öyrənməyə çalışır, amma bunu etmək lazım deyil. Əks halda siz onu tez-tez danlayan və izahat tələb edən anasına bənzəyəcəksiniz. Kişilər isə öz anaların "dır-dırına" dözmür.

Bunun əvəzinə gülməli bəhanələr eşidəndə sadəcə "Mən başa düşürəm" deməklə kifayətlənin. Və daha heç nə deməyin. Fasilə verin, sonra isə özü sizi daha çox cinləndirən və mübahisə etməyə vadar edən "tutarlı" səbəbləri tapmağa başlayacaq. Amma yenə də mübahisə və lazımsız sözlərin əvəzinə sadəcə bunu deyin: "Mən başa düşürəm". Bu qədər sadə cavab və sakit reaksiya onu bu nəticəyə çıxaracaq: "O, məni başa düşür".

Əlbəttə ki, onunla razılaşmalı deyilsiniz. Əsəs məsələ ondadır ki, hər bir insanın öz düşündüyünü və hiss etdiyini deməyə haqqı var. Hətta sizi incidən insana ona "Başa düşürəm" deməyə məcbur olsanız da, bu, onu göstərir ki, onun fikirlərinə və qərarına hörmətlə yanaşırsınız.

Bu mərhələdə o, özü sizə güzəşt təklif edə bilər. Məsələn: "Amma biz görüşməyi davam etdirə bilərik, görək, nə olacaq?". Onda siz də öz düşüncələrinizi açıq şəkildə etiraf edin:"Mənimlə hələ də görüşmək istədiyini qiymətləndirirəm, amma bu, məni qane etmir. Mən səni sevirəm, eyni zamanda özümə də hörmət edirəm".

Bu məqamda qarşı tərəf gedə də, qala da bilər. Və bu problem deyil, çünki kişilər ayrılıq müddətində qadın haqqında daha çox düşünməyə başlayır. Nəticə etibarı ilə sizə qarşı olan hissləri dərinləşir. Bu müddət ərzində onunla görüşmək və ona yazmaq lazım deyil.

Əgər onun zəngini və mesajı yazmasını gözləməyə hövsələniz çatsa, bu, onu göstərir ki, o artıq ciddi münasibətlərə hazırdır. Ayrılıq müddətində özü heç bir təzyiq altında qalmadan bu qənaətə gələcək. Yox əgər gəlməsə, deməli, o, sizin həyatınızın kişisi deyil. (publika.az)

Ailə və Uşaq     Baxılıb: 2343   Tarix: 03 iyul 2021
f Paylaş

Oxşar xəbərlər

.

Uşaqlarla istirahətə gedərkən bunları nəzərə almaq lazımdır

Yay aylarında bir çox valideynlər övladlarını istirahət düşərgələrinə göndərirlər. Belə səfər həm uşağın inkişafında mühüm mərhələ ola bilər, həm də ciddi psixoloji sarsıntılara səbəb ola bilər. Bu fikri müsahibəsində uşa

.

Həyatının 1-ci ayında körpənin inkişafı

Həyatının ilk ayı ərzində körpə mövcudluğunu yeni şəraitə öyrəşdirməli, həyatın yeni qaydalarına uyğunlaşmalıdır. Bu ay ərzində o hiss etmədən çox şey öyrənmiş və artıq çox şey bacarmış olur. Yeni doğulmuş körpələrin özəllikləri

.

Uşaqlarda angina xəstəliyi - Əməliyyatın hansı fəsadları var?

Tonzillit (angina) - udlaq badamcıqlarının iltihablaşmasıdır. Adenoid toxumalar kimi, bu badamcıqlar da xarici mühitdən mikrob və infeksiyaların insan orqanizminə daxil olmasının qarşısını alır. Uşaq anadan olarkən bu badamcıqla

.

Arzuolunmaz hamiləlik

Yəqin ki, dünyada elə bir qadın tapılmaz ki, ana olmaq istəməsin. Lakin hamiləlik bəzi hallarda müxtəlif səbəblərdən asılı olaraq arzu olunmayan ola bilər və bu vəziyyətdə nə etməli olduğunuzu bilmirsinizsə, bu mövzudan yararlan

.

Hamiləlikdə hipotiroidizm - Zob xəstəliyi sayılır?

Sağlam olan qalxanabənzər (tiroid) vəzi hamiləlik dövründə tiroid hormonlarının istehsalını artıra bilər, lakin qalxanvari vəziniz zəif çalışırsa (bu, hipotiroidizm kimi tanınır), o bunu edə bilməyəcək. Hamiləlikdə hipotiroidiz

.

Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin

Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin. Yaxşı öpüşməyin yollarını öyrənmək üçün müxtəlif cinsəllik saytlarında araşdırmalar apardıq. Bu barədə yazılmış mətnləri oxuduq. Gəldiyimiz nəticələri ümumiləşdirib daha ehtirasl

.

2 aylıq körpənin inkişafı

İki ayında olan körpə artıq bütün sahələrdə elə irəliləyiş nümayiş etdirir ki, buna təəccüblənməmək mümkün deyil. saytının bu yazısı 2 aylıq körpəsi olan valideynlərə, körpəsinin ilk uğurlarını qiymətləndirməyə kömək edəcək

.

Hamiləlik zamanı krampların qarşısını necə almalı?

Hamiləlik dövründə bəzi fizioloji və psixoloji təsirlər baş verir. Bu təsirlərdən biri Hamiləlik Kramplarıdır. Xüsusilə hamiləliyin ikinci trimestrində (təxminən 20 həftədən sonra) başlayan və bəzi hallarda çox ağrılı ol

.

Normal doğumun 10 faydası: Keysəriyyə əməliyyatına ciddi zərurət olmalıdır

 . Qadın Xəstəlikləri və Doğum Mütəxəssisi Dos. Dr. Özlem Özgür Gürsoy ana olmağa hazırlaşan qadınlara müraciət edib. O, keysəriyyə ilə doğumun yalnız tibbi zərurət halında tətbiq oluna biləcək bir seçim olduğunu, norma

turlar.az

gözəllik məhsulları gozel gorunmek kosmetika mehsullari ehtiraslandiran sozler hamiləlikdə uşağın cinsiyyəti arıqlama pəhriz kosmetika brusell bakteriyası meseller novruz bayramina aid şirin qoğal oxatan