Kişmiş yeməklə təzyiqinizi normallaşdırın

Kişmiş yeməklə təzyiqinizi normallaşdırınHəyat tərzini yaxşı istiqamətə dəyişməklə təzyiqə nəzarət etmək olar. Bu istiqamətdə zərərli vərdişlərdən uzaq olmaq, fiziki aktivliyi artırmaq olduqca vacibdir.

Az piyli qidalardan istifadə etmək, kişmiş, quru meyvələrlə sağlam qidalanmaq məsləhətdir. Gündəlik qida rasionunda isə xeyirli olan meyvə və tərəvəzlərdən istifadə çox gərəklidir. Kaliumlu qidalara üstünlük verilməsi və kök adamlarda çəkinin azaldılması bu istiqamətdə vacib məsələlərdən hesab olunur.

Məlumata görə ABŞ-dakı Luisvill metabolizm və aterosklerozu öyrənmə mərkəzində fəaliyyət göstərən tədqiqatçılar belə hesab edirlər ki, kişmiş yüksək təzyiqdən əziyyət çəkənlər üçün faydalıdır. Tədqiqatçı komandanın təzyiqi yüksək olan insanlar üzərində eksperiment apardığı bildirilir. Tədqiqatda iştirakçıları təsadüfi seçimlə iki qrupa ayırıblar. Hər iki qrupun üzvləri üç ay müxtəlif qəlyanaltılar, o cümlədən meyvə, tərəvəz, kişmiş və digər buna bənzər hazır məhsullardan istifadə ediblər. Bütün qəlyanaltıların kalorisi eyni olub.

Araşdırmanın nəticələri göstərib ki, kişmişdən istifadə sistolik və diastolik arterial təzyiqə kömək edir. Bununla belə, onlar deyiblər ki, kişmişin tərkibində ürək-damar sisteminin sağlamlığına müsbət təsir göstərən kalium, sellüloz, pofenol və antioksidantlar çoxdur. Bir sıra mütəxəssislər sağlamlığının qədrini bilən hər kəsə təbii meyvə-tərəvəz və quru meyvələr yeyilməsini məsləhət görüblər. Lakin təzyiq yüksəkdirsə, təkcə pəhrizi dəyişmək yox, həm də həkimə müraciət etmək lazımdır./atv.az/

Sağlamlıq     Baxılıb: 2469   Tarix: 07 oktyabr 2015
f Paylaş

Oxşar xəbərlər

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

Qara zirə (Çörək otunun) faydaları

1.Qara zirənin üyüdülmuş dənələrini balla qarişdirilmiş halda istifadə etmək öd kisəsindəki və böyrəklərdəki daşları əritməyə kömək edir. 2.Qara zirə orqanizmin iş qabiliyyətini və həyat tonusunu yüksəldir. 3.Qara zirəni

.

Cinsi asıllıq: satiriasis və nimfomaniya nə deməkdi? - Maraqlı araşdırma

Cinsi ə . laqəyə girmək istəyinə qarşı dura bilməmək və bunu müxtəlif insanlarla təsadüfi şəkildə həyata keçirmək kimi təyin olunan bir problemdir. bu barədə araşdırıb. "Səhər, günorta və axşam başqa bir qadın/kişi il

.

Cəfərinin insan orqanizminə inanılmaz faydaları

Cəfərinin insan orqanizminə inanılmaz faydaları. Cəfəri bədəni təmizləmək üçün çox gözəl qidadır. 15-16 dənə cəfərini saplağı ilə birlikdə havanda(blender)yaxşıca əzirik, üzərinə, yarım limon sıxırıq yaxşıca qarışdırırıq

.

Masaj müalicəvi faydaları

Masaj xidməti müalicəvi xüsusiyyəti tarix boyu tanınmışdır. Dünyada icra edilən masajların nəzərdən keçirilən zaman göstərir ki, bunların çoxu, təxminən 90%-i, sağlamlığın bərpası məqsədilə tibbi masaj xidməti kimi icra edilir

.

Xanımlar yayda dərilərini necə gözəl saxlaya bilər? - MƏSLƏHƏTLƏR

Yay mövsümü isti və günəşli keçdiyi üçün dəri səthlərində problemlər yaranır. Əsasən də qışda dərisini gözəlləşdirən xanımların yayda dəriləri eroziya uğrayır və baxımsızlaşır. Sağlamolun.az bu dəfə dərini gözəlləşdirən v

.

Müalicəvi masajdan sonra nələrə diqqət edilməlidir?

Müalicəvi masajdan sonra bədənin reaksiyasını izləmək vacibdir. Əzələlər üzərində işlənildiyi üçün yüngül həssaslıq, dartılma və yorğunluq hiss edilə bilər. masaj edilən nahiyəni həddindən artıq yükləməmək və yaranan ağrını

.

Vanil bitkisinin faydaları: Sinirləri dincəldir, öskürəyı xırp kəsir

V. Vanil bitkisi Meksika mənşəli bitkidir. Səhləbkimilər fəsiləsinə aid olan və Meksika meşələrinin sahilyanı ərazilərində bitən dırmanma bitkisidir. Ətrafındakı digər ağaclarda 2-3 sm qalınlığında tumurcuqları ilə 10 metr

turlar.az

geyim necə seçməli aksessuarlar qadın geyimi əqrəb bürcü viktoriya sekret məlhəmlər toy dəbi kosmetika veten haqqinda atalar sozleri vətən atalar sözləri ağır itki turpun nağlı