Kişmişin faydaları

Kişmişin faydalarıKişmiş qurudulmuş üzümddən əldə edilən quru meyvədir. Kişmişin hazırlandığı üzümün növündən asılı olaraq müxtəlif növləri var. O uzun, yumru, qara, açıq qəhvəyi, tünd qəhvəyi, tünd göy, tumlu və tumsuz ola bilir. Araşdırmalar qara və tünd göy rəngdə olan üzümün orqanizm üçün daha faydalı olduğunu sübut edib. Kişmiş şirin quru meyvələrdən sayılır. Onun tərkibində olan şəkər fruktoza və qlükoza şəklində olur. Kişmişin tərkibi karbohidratlarla zəngindir və o qanda insulinin miqdarının artmasına səbəb olmur.
100 qram kişmişin tərkibində olanlar:
- Zülallar - 2,9 qr
- Yağlar - 0,65 qr
- Karbohidratlar - 67 qr
- Su - 15,4 qr
- Kalori - 264-279 kKal.
Kişmişin tərkibi kaliumla çox zəngindir. 100 qram üzümdə 860 mq kalium var. Onun tərkibi fosfor, natrium, kalsium, dəmir, maqnium, B1, B2, B5 və PP vitaminləri ilə zəngindir. Kişmişin tərkibində olan niasin və nikotin turşusu maddələr mübadiləsinin yaxşılaşmasına, fermentlərin miqdarının normallaşmasına səbəb olur ki, bu da züllalların mübadiləsini yaxşılaşdırır, əsəb sistemini sakitləşdirir. Kişmiş yemək mərkəzi sinir sisteminin möhkəmlənməsinə səbəb olur, sinir impulslarının normal ötürülməsini təmin edir. Kişmişin tərkibində olan kalium qanda turşu və zülalın miqdarını normallaşdırır, ürək əzələsinin işini qaydaya salır, ürəyi. böyrəyi möhkəmləndirir, dərinin qidalanmasına səbəb olur. Kişmişin tərkibində olan B1, B2, B5, B6 vitaminlərinin qarışımı sinir sistemini sakitləşdirir və yuxunun normallaşmasına səbəb olur. Kişmiş orqanizmdən zərərli maddələrin xaric olunmasını sürətləndirir, şişkinliyi aradan qaldırır, atrıq mayeni xaric edir.
Mütəxıəssislər ürək-damar xəstəliklərindən və şəkərli diabetdən əziyyət çəkənlərə mütəmadi olaraq kişmiş yeməyi məsləhət bilir. Vegetativ damar distoniyasından əziyyət çəkən xəstələrin hər gün kişmiş yemələrində fayda var. Kişmiş yemək ağciyərlərin, ürəyin, sinir sisteminin möhkəmlənməsinə səbəb olur. Əsəbi gərginliklər zamanı kişmişi suda saxlamaq, sonra həmin suyu içmək və kişmişləri yemək orqanizmin sakitləşməsinə səbəb olur. Qurudulmuş üzümdən qədim zamnlarda da geniş istifadə edilib. Qədimdə soğan suyu və kişmişin qarışımından soyuqlama və öskürək zamanı istifadə edilib. 30 qram kişmişi 45 dəqiqə soyuq süddə saxlayıb yatmazdan öncə içmək yuxunun normallşamasına səbəb olur. Kişmişi isti süddə saxlayıb içmək isə bronxit əlamətlərininn azalmasına səbəb olur. Kişmişin tərkibindəkilər bronxitin, pnevmoniyanın sağalmasını sürətləndirir.
Üzümdən kulinariyada və konditer məhsullarının hazırlanmasına geniş istifadə edilir.
Kişmişin zərərli xüsusiyyətləri
Kişmişdən istifadə etməzdən əvvəl onu yaxşıca yumaq lazımdır. Onu hətta sənaye üsulları ilə qurutduqda üstünə zərərli maddələri toplaya bilir. Nəmişlikdə saxlanılan kişmiş orqanizm üçün zərərli ola bilir. Şəkərli diabet xəstələrinə çoxlu miqdarda kişmiş yemək məsləhət görülmür. Açıq formalı vərəm xəstələrinə kişmiş yemək məsləhət görülmür. Allergiyalıı xəstələr kişmiş yeyərkən diqqətli olmalıdırlar.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1332   Tarix: 20 may 2021
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

turlar.az

makiyaj etmek qaydalari geyim necə seçməli kosmetika mehsullari yumurta ile uz maskalari xınayaxdı sözləri xinayaxdi hakista 2026 yaz yay kolleksiyasi kosmetika aydin sani burclerin uygunlugu tərəzi bürcü gözəllik oxu az