Kivinin 10 faydası
Kivi kiçik bir meyvə olmasına baxmayaraq, faydaları çoxdur. Əsil vətəni Çindir.
Kivinin faydaları ilə tanış olaq:
1. Kivinin təxminən 100 qr-da 98 milliqr. C vitamini vardır. Kivini səhər yeməklərində yemək məsləhət görülür. Bədənə C vitaminini daxil edir və immun sistemini möhkəmləndirir. Yüksək qan təzyiqi, allergiya və zökəmlə mübarizə aparır. C vitamini ən güclü anti-oksidant hesab olunur.
2. Kivi stressi azaldır, sakitləşdirir, əhval-ruhiyyəni yaxşılaşdırır.
3. Kivi qəbizliyin dərmanıdır. Kivinin tərkibində çoxlu liflər olduğu üçün bağırsaqların hərəkətini tezləşdirir. Nəticədə qəbizliyi aradan qaldırır.
4. Kivi bədəndə olan artıq mayeni dəf edir. Kivinin çox hissəsi sudan təşkil edildiyinə görə, kalorisi çox azdır. Onu yeyən insan toxluq hiss edir. Nəticədə bu meyvə arıqlamağa şərait yaradır.
5. Kivi, yeməyi yaxşı həzm etməyə yardım edir. Kivi bədəndə olan proteinin tez bir zamanda həzm olmasına yardım edər. Nəticədə mədə ağrıları, qazlar, həzmsizlik azalar.
6. Kivi qan dövranını yaxşılaşdırar, damarlarda trombların əçələ gəlməsinin riskini azaldır.
7. Kivi sümüklər və dişlər üçün çox faydalıdır.
8. Kivinin tərkibində C vitamini və fol turşusu çox olduğu üçün, ümmun sistemini gücləndirər, orqanizmin infeksiyalara olan davamlılığını artırır.
9. Qan azlığı ilə mübarizə aparar. Kivinin tərkibində C vitamini çox olduğu üçün, dəmirin cəzb etməsini gücləndirər.
10. Günəşin şüalarından qoruyar. Əgər sizin də günəşin ultra-bənövşəyi şüalarına qarşı həssaslığınız vardırsa, kivi yeməkdən qafil olmayın. Bu meyvədə olan lutein təbii filtr kimi dərinizi qoruyacaqdır.
Milli.Az / news.milli.az









Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Məşhur aktrisanın ölüm səbəbi bilindi
Rusiyada Filipp Kirkorova qadağa qoyuldu
Arıqlamaq istəyənlərin nəzərinə
Quru göz sindromunun yaranma səbəbləri
Yalı çapkını'nın ulduzlarının övladı olacaq
"Həmin mahnını elə-belə yazmışdım" - Səbinədən etiraf
Təbii üsullarla dodaqları daha dolğun və baxımlı göstərmək mümkündürmü?
Dünəndən qalan çayı içmək olar?
Uşağınız bu sözləri tez-tez deyirsə, diqqətli olun
Ən zərərli meyvə və giləmeyvələrin adları açıqlandı