Klimaksı gecikdirmək üçün nə etməli ? Mütəxəssis məsləhəti

Klimaksı gecikdirmək üçün nə etməli ? Mütəxəssis məsləhətiİnkişaf etmiş ölkələrdə klimaks qadınlarda orta hesabla 51 yaşında başlayır.

40 yaşına kimi olan qadında başlayan klimaks erkən klimaks sayılır. Erkən klimaks qadının sağlamlığına çox mənfi təsir edir. Qadınların sağlamlığını qoruyan əsas hormon estradioldur. Bu hormon qadınların dərisini, sümüklərini, ürək-damar, cinsiyyət və s. orqan və sistemlərini cavan və sağlam saxlamağa kömək edir. Klimaks zamanı estradiolun və digər qadın hormonlarının səviyyəsi kəskin enir ki, bunun nəticəsində qadının orqanizmi müdafiəsiz qalır. Məhz bu səbəbdən menopauza (klimaks) dövründə olan qadınlarda ürək-damar, cinsiyyət, dayaq-hərəki sistemlərində müxtəlif pozulmaların və xəstəliklərin riski artır.

Erkən klimaks keçirmiş qadın estradiolun müdafiəsindən daha tez məhrum olur ki, bu da onda pozulmaların riskini daha da artırır.

Bəzən gündəlik həyatda yol verdiyimiz səhvlər bizə zamansız olaraq hər hansı xəstəliklər və ya pozulmalar şəklində geri dönür. Bu pozulmalar biri də erkən klimaksdır ki, bu pozulmadan özünü sığortalamaq üçün bəzi vərdişlərimizdən imtina etməli və bəzi yeni xeyirli vərdişlər qazanmalıyıq.

1. Siqaret çəkmək

Siqaret çəkən və çəkməyən qadınlar arasında aparılmış araşdırmalar siqaret çəkən qadınların digərlərinə nisbətən daha tez klimaks dövrünə girdiyini göstərib.

2. Düzgün qidalanmamaq

Bədəndəki piy kütləsi müəyyən çəkidən aşağı olarsa, menstruasiya pozulmaları baş verə və klimaks yaşana bilər. Qadının bədənində olan piy kütləsi qadının hormonal fonun normal olmasını təmin edir. Bu piy kütləsi normadan aşağı olduqda, hormonal fon pozulur.

Çox arıq olmaq və sürətli çəki itirmək menstruasiyadan kəsilmə səbəblərindən biridir. Orqanizmdə olan piyin miqdarı müəyyən bir nöqtəyə gəldikdə qadın yenidən aybaşı olaraq normal həyatına geri dönə bilər.

3. Stressli həyat tərzi keçirmək

Qadınlarda stressin ən sevimli hədəflərdən biri cinsiyyət sistemdir. Çox güclü və ya uzunsürən xroniki stress qadınlarda erkən klimaksa səbəb ola bilər.

4. Hərəkətsiz yaşam tərzinə sahib olmaq

Azhərəkətli həyat tərzi ümumillikdə bütün orqanizmə mənfi təsir edir. Azhərəkətlilik nəticəsində orqanizmdə qan dövranı pozulur, müxtəlif orqan və sistemlərdə durğunluq yaranır ki, bu da gələcəkdə müxtəlif pozulmalara gətirib çıxardır.

Erkən yetkinliyə girən qız uşaqları da erkən klimaks problem ilə qarşılaşır. Ailə tarixçəsi, əməliyyatla yumurtalıqların götürülməsi, autoimmun xəstəlikləri, xərçəngin müalicəsi və xromosom pozğunluqları da klimaksa səbəb olan əsas səbəblər sırasındadır.

Klimaksı gecikdirmək üçün aşağıdakı tədbirlər görülə bilər:

- Həftədə ən azı 3 dəfə idmanla məşğul olun.

- Bədən kütlə indeksinizi hesablayın. Nə çox kilolu, nə də çox arıq olun.

- Siqaret çəkməyin və passiv çəkmədən də uzaq olun.

- Qidalanmanızda kalsiumla zəngin olan qidalar çox olmalıdır. Gündə 200 ml süd için, qatıq və ya dondurma yeyin.

- Balıq, qoz, fındıq, balqabaq çəyirdəyi, brokkoli, kələm, gül kələmi, pomidor, bibər, kök, qara gavalı, nar, üzüm, çiyələk, qarpız, emal edilməmiş taxıl, və taxıl məmulatları kimi yüksək antioksidantlara malik qidalara üstünlük verin.

- Həmçinin yaşıl çay və təzə greypfrut suyu kimi sərbəst radikallarını udma gücü yüksək olan içkilərdən istifadə edin.

- Antioksidant dərmanlar qəbul edin.

- Açıq havada tez-tez olun.
/ saglamolun.az/

Sağlamlıq     Baxılıb: 5286   Tarix: 09 oktyabr 2015
f Paylaş

Oxşar xəbərlər

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

Seksoloq Ləman Telmanqızıdan qadınlar və kişilərə məsləhət - Cinsi istək bitibsə

"Cinsi arzunun itirilməsi həm kişilərdə, həm də qadınlarda cinsi istəyin azalması kimi müəyyən edilir. Fiziki və psixoloji yorğunluq, həyat keyfiyyətindəki dəyişikliklər də cinsi istəyin dəyişməsinə səbəb ola bilər"

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

.

Bunu etməyən kişilərdə cinsi problemlər yaranır

Mütəxəssislər gündə iki dəfə dişlərini fırçalamayan kişilərdə erektil disfunksiya riskinin artdığını bildirirlər.  xəbər verir ki, bunu son aparılan tədqiqatlar sübuta yetirib. Araşdırmalar göstərib ki, ağız gigiyenasın

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

Kişilər bu süddən içsə qadınlar məmnun qalır - Cinsi gücünü artıran vasitə

Badam hələ qədim zamanlardan kişilərdə cinsi gücünü artıran vasitə kimi tanınır. Badamın tərkibində olan nadir arginin aminturşusu təbii potensiya stimullaşdırıcısıdır. Həmçinin badam testosteronun ifrazını artıran maqneziu

turlar.az

toy makiyaji sekilleri qaşların formalari həkim məsləhəti qadın xəyanət kökəlməyin yolları usaq masajlari xinayaxdi ucun bayatilar kosmetika novruz hakistalari burclerin uygunlugu suni mayalanma ikizler hüzeyir hacibəyov