Klimaksın simptomlarını necə azaltmaq olar? TÖVSİYƏLƏR

Klimaksın simptomlarını necə azaltmaq olar? TÖVSİYƏLƏRQız uşaqlarında yumurtalıqda təxminən ovulyasiya edə biləcək 450 ədəd follikul olur. Orta hesabla 12- 13 yaşdan 55 yaşa qədər hər ay bir neçə follikul böyüyür, dominant follikul əmələ gəlir, ovulyasiya baş verir və mayalanma baş verməzsə proses menstruasiya ilə başa çatır.
Yaş artdıqca bu follikulların sayı azalır. Beləliklə, təxminən 40 yaşdan sonra qadın orqanizmində hormonal disbalans baş verir.
Belə ki, cinsi hormonlar bir çox orqanların işini idarə edən bioloji aktiv maddələrdir. Qadın cinsi hormonları orqanizmdə müxtəlif metabolik proseslərə nəzərəçarpan təsir göstərir. 
Qadın cinsi hormonları üçün hədəf orqanlar 2 yerə bölünür:
Reproduktiv hədəf orqanlar:
- Cinsi orqanlar
- Hipotalamus və hipofiz
- Süd vəziləri
Qeyri- reproduktiv hədəf orqanlar:
- Beynin bütün hüceyrələri;
- Ürək- damar sistemi;
- Sümük- əzələ sistemi ( xüsusən çanaq dibi);
- Uretra və sidik kisəsi;
- Dəri, saçlar; ağzın, qırtlağın, gözün  selikli qişası
- Yoğun bağırsaq
- Qaraciyər
40 yaşdan etibarən, bütün endokrin vəzlərin və yumurtalıqların işini istiqamətləndirən hipotalamusda yaşla bağlı ilkin dəyişikliklər görünür, neyro-endokrin-vegetativ dəyişikliklər başlayır. Yumurtalıqların funksiyası tədricən zəifləyir və qadınların 60-80%-də klimaks inkişaf edir. Klimaks orqanizmin reproduktiv dövrün menopauza dövrünə keçdiyi normal fizioloji vəziyyətidir. Patoloji klimaksa klimakterik nevroz və disfunksional uşaqlıq qanaxması aid edilir.
Klimaksın ən çox rast gələn əlamətləri:
- İstibasmalar
- Yuxusuzluq
- Tərləmələr
- Başgicəllənmə
- Əsəbilik
- Miqrenəbənzər baş ağrıları
- Depressiya
- Sidik saxlaya bilməmək
- Osteoporoz
- Vaginal quruluq və s.
İstibasmalar klimaksın ən çox yayılan və qadınları ən çox narahat edən əlamətidir. İstibasmalar bədənin yuxarı hissəsində: üzdə və döş nahiyəsində istilik hissi, tərləmə və ürəkdöyünmə ilə müşayiət olunur. Bəzən tutmalar başgicəllənmə, səbəbsiz həyəcan, təngnəfəslik və zəifliklə özünü büruzə verir. İstibasmalar adətən 30 saniyədən 3 dəqiqəyə qədər, nadir hallarda 30 dəqiqəyə qədər davam edir və tez-tez titrətmə tutmaları ilə başa çatır. İstibasmalar öz-özlüyündə sağlamlıq üçün təhlükəli deyil, amma qadını çox narahat edir. Gecə istibasmaları yuxusuzluq yaradır. Üzücü istibasmalar yorğunluğa, əsəbiliyə, əhvalın pozulmasına və özgüvənin aşağı düşməsinə səbəb olur. İstibasmaların baş vermə müddəti individualdır və menopauzanın başlanma müddətindən asılıdır. Əksərən qadınlar bununla klimaksın başlanğıcında rastlaşırlar, 45-55 yaş arasında. İstibasmalar orqanizmin az miqdar estrogenə adaptasiyası ilə adətən öz-özünə keçir. Çox hallarda birinci və axırıncı istibasmalar arasında 1 ildən 3 ilə qədər vaxt keçir. Bəzən 5- 10 ilə qədər, nadir hallarda ömür boyu davam edir.
İstibasmaları dərinləşdirən səbəblər hansılardır? Bu, bir tərəfdən genetikadan, digər tərəfdən həyat tərzindən çox asılıdır. Belə ki, stress, narahatlıq, güclü emosional reaksiyalar, qan dövranı və ürək döyünməni artıran qida və içkilər belə səbəblərdəndir. Belə qidalara istənilən kəskin ədvalı yeməklər, çay, kofe və alkoqol aiddir. Bundan başqa artıq çəki, qapalı məkan, çox isti və ya sintetik geyim isinməyə və istibasmaların yaranmasına gətirir.
Hormonəvəzləyici terapiya bir çox hallarda klimaksın əlamətlərini tez aradan qaldırır. Lakin onların törətdiyi çoxsaylı yan təsirlər (ödem, iştahanın pozulması, artıq çəki, baş ağrısı, zəiflik, süd vəzilərinin şişkinliyi və s), istifadəsinə olan əks- göstərişlər (hormondan asılı şişlər, qaraciyər və böyrək çatışmazlığı və s.) bu preparatların istifadəsini xeyli məhdudlaşdırır, alternativ variantların axtarışını zəruri edir. 
Hormon qəbul etmədən klimaksın əlaməti olan istibasmalardan necə qorunmaq olar? Birinci növbədə düzgün dietaya riayət edilməlidir:
- Gün ərzində 2 lt-ə qədər su için
- Duzun miqdarını azaldın
- Xörəkləri əsasən buxarda, sobada  hazırlayın
- Quş  və balıq ətinə üstünlük verin
- Sosiska, kolbasa, ərinmiş pendir, yağlı kəsmik və başqa süd məhsullarından imtina edin
- Tünd rəngli yarmalara üstünluk verin. Bunların tərkibində dəmir, B qrup vitaminlər, kalium və maqneziumun miqdarı çoxdur
- Qəbizliyin profilaktikası üçün yeməklərinizə kəpək əlavə edin
- Hər gün qoz ləpəsi qəbul edin: bu doymamış yağlar, zülal, mikroelementlər və kalsium mənbəyidir, həmçinin əhval ruhiyyənizi qaldırmağa kömək edəcək
- Gün ərzində 500 – 600 qr meyvə- tərəvəz yeyin
- Klimaks dövründə şəkər, ağ un, südlü şokalad, karamel və mürəbbələrdən az istifadə edin
- Kofeinli, alkoqollu, qazlı və şirin içkilərdən uzaq olun
Çəkinin azalması klimaksın bir çox əlamətlərini, eyni zamanda istibasmanı yüngülləşdirir. Paltarlar yüngül, təbii materialdan olmalıdır. İstibasmaları əhəmiyyətli dərəcədə artırdığı üçün stresdən uzaq olmaq vacibdir. Günümüzdə bu çox çətindir. Buna baxmayaraq gərginliyi azaltmaq üçün emosional verilişlərə, filmlərə baxmaqdan çəkinmək, evdə və işdə yersiz mübahisələrdən, konfliktlərdən uzaq olmaq lazımdır. 
Məqalə Bioloji təbabət klinikası tərəfindən təqdim olunub
www.biolojitababat.az
.
Saglamolun.Az

Sağlamlıq     Baxılıb: 1701   Tarix: 19 mart 2022
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Özünü Masaj Etmənin Faydaları Nələrdir ?

Özünü masaj etmək sadə, amma olduqca faydalı bir vərdişdir. Günümüzdə insanların çoxu stress, yorğunluq və gərginlikdən şikayət edir. Bu halları aradan qaldırmaq üçün xüsusi ustaya müraciət etməyə ehtiyac olmadan özünü masa

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

Sağlam və enerjili intim üçün cütlüklərə - 7 SİRR

Bəli biz cinsi əlaqədə olmağı sevirik, lakin heç birimiz robot olmadığımıza görə cinsi əlaqəyə həmişə hazır və istəkli olmaya bilərik.Xüsusilə də uzun müddətli münasibətlərdə həmişə cinsi əlaqəyə girmək mümkün olmaya bilər

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

.

Menstruasiya barədə düzgün məlumat - Qadınlar diqqət etsin

Ovulyasiyadan sonra deşilən (partlayan) follikulun yerində yumurtalıqda xüsusi struktur olan "sarı cisim" əmələ gəlir. Sarı cisim ikinci qadın cinsi hormonu olan progesteron hazırlayır. Progesteronun təsiri altınd

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR - TÖVSİYƏ

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Diyetoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dəri üçün faydalı olan çoxl

turlar.az

geymler 2026 toy gecesi yaz geyimleri 2026 hikmətli hekayələr üz və bədənə qulluq südlü şirniyyat kişi üzükləri kosmetika şəhid qızlıq pərdəsi arxadan olmag novruza aid hakışda turpun nağlı