Klinikalarda boşuna təyin olunan analizlər – Qara siyahıda D vitamini də var

Klinikalarda boşuna təyin olunan analizlər – Qara siyahıda D vitamini də varTibbi təcrübədə boşuna verilən, təyin olunan, vaxt və pul itkisi hesab edilən analizlərin qara siyahısı hazırlanıb.
Onları vermək və nəticələri xəstənin müalicəsinə elə də qiymətli məlumat vermir.
Milli.Az medicina.az-a istinadən bizim klinikalarda da az qala hər xəstəyə təyin olunan analizlərin qara siyahısını təqdim edir:
1.Disbakterioz təyini üçün əkmə analizi
Disbakterioz adlı xəstəlik Dünya Səhiyyə Təşkilatının siyahısında olmadığı kimi belə analiz də mövcud deyil.
Qarın işləməsi, pozulması, ishal, qıcqırma zamanı bağırsaq mikroflorasında zərərli və faydalı bakteriyaların miqdarını yoxlamaq üçün nəcis əkməsi verilir. Daha çox uşaqlarda bu analiz təyin olunur.
Analiz heç bir dəqiq informasiya vermir, çünki bağırsaqda 2000-dən çox bakteriya növü yaşayır, analiz materialına isə cəmi 150-200 növü düşə bilər.
Laboratoriya isə cəmi 20 növ bakteriyanı təyin edə bilir. Ona görə, bu analiz absurd və mənasızdır, bağırsaqların xəstəliyini göstərmir, müalicəyə əsas vermir.
2.Qanda vitamin D təyini analizi
Bu gün hər kəsi bu analizə göndərirlər. Qiyməti də ucuz deyil. İnsafən Azərbaycan  günəşdən kasad ölkə olmasa da, əhalisi D vitamini defisiti yaşayır.
Bu analizi həqiqətən əlamətlər və zahiri simptomlarla D vitamini əskikliyinə şübhə olanda verirlər.
Əgər insan normal qidalanırsa, küçədə, açıq havada çox olursa, yayda günəş şüası alırsa, D vitamini normaya yaxın olmalıdır.
Amma qış aylarında hər bir kəs D vitamini və Bad qəbul etməlidir.
Risk qrupuna daxil insanlar:
-Bütün günü qapalı şəraitdə işləyənlər
-Evdən, ofisdən çölə az çıxanlar
-Yaşlılar, hamilələr
-İmmun xəstəliyi olanlar
-Qanda fosfor və kalsiumu az çıxanlar
-Yeni doğulmuşdan 3 yaşa qədər körpələr
-Osteoporozu olanlar
3.İmmunoqramma
Bu analizlə immun sistemin aktivliyini göstərən antitel və digər maddələrin sayı yoxlanılır. Bu  tez-tez xəstələnən və zəif insanlara təyin edilir. Əslində isə bu analiz effektsizdir, həkimə dəqiq məlumat vermir, çünki immun sistemi yoxlamağa heç bir analizin gücü yetməz.
Əgər siz ciddi immun çatışmazlığı xəstəliyindən əziyyət çəkmirsizsə, normal insanlar kimi yaşayırsızsa, deməli, sizin immunitetiniz işləyir, onu bahalı analizlə yoxlamağa gərək yoxdur.
Hətta analizdə normadan yayınmalar görünsə də, siz onu düzəltmək üçün heç nə edə bilməyəcəksiz.
Nə bahalı immun dərmanları, siroplar, nə xalq təbabəti immun sistemi möhkəmlətmir.
İmmunoqramma analizi çox ağır xəstələrə, birincili və ikincili immundefisitdə, QİÇS kimi xəstəliklərdə təyin oluna bilər
4.Mikoplazma və ureaplazma əkməsi
Sidiklə verilən bu bakterioloji analiz sistit, uretrit, vaginit, sidik və böyrək xəstəlikləri ilə gələn hər xəstəyə, eləcə də hamilələrə çox təyin olunur.
Amma alimlər bu mikrobları təyin etmək üçün analizə ehtiyac olmadığını bildirir.
Mikoplazma və ureaplazma hər insanın sidik sistemində yaşayır, ona görə analiz onları 100% göstərəcək.
Avropa həkimləri hətta bu bakteriyalar tapılsa belə, müalicə üçün antibiotiklərə başlamır. Bu dərmanların da faydası sübut olunmayıb.
5.Mədədə helikobakterinin seroloji analizi
Helicobacter Pylori - mədə yara, xora, qastritinin birinci səbəbkarıdır.
Seroloji analiz bu infeksiya ilə mübarizə aparan antiteli aşkarlayır. İndi bu analiz effektsizdir. Lakin xəstəxanalar hələ də onu təklif edir.
Avropa və Amerika helikobakterini nəfəs testi və ya nəcis analizi ilə təyin edir.
6.PSA analizi
Bu analiz prostat vəzi xərçəngini təyin etməkdə 40 yaşından yuxarı hər kişiyə təyin olunur.
Lakin çoxsaylı araşdırmalar göstərib ki, PSA yüksək çıxması heç də xəstədə artıq xərçəng olacağını göstərmir.
Yüksək PSA çıxdıqda, xəstəyə əlavə müayinələr təyin olunur, dərmanlar yazılır, xəstə stres keçirir.
Halbuki bu analizlə yanlış müalicə edilən xəstələr olub. Bu test 55 yaşdan sonra kişilərə həkim təyinatı ilə edilə bilər. O yaşa qədər mənasızdır və tam informativ deyil.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1726   Tarix: 14 noyabr 2019
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

turlar.az

geyim seçimi makiyaj etmek qaydalari geyim şəkilləri kariyera və iş həyatı meslehetler tutmalar gozalti qaralar ucun maska kosmetika uşaq nece olur englishdilində qulaq atalar sözləri oglaq nağıllar