"Kobra" Pərviz "All Star"da iştirak etməsindən danışıb
"Mənim durumumla bağlı son məlumat budur ki, mayın 13-də Dominikandan xüsusi təyyarə bizi aparacaq. Amma hələ bu da dəqiq deyil. Gözləmə mövqeyindəyik".
Bunu Oxu.Az-a kikboksinq üzrə dünya çempionumuz Pərviz Abdullayev deyib.
Dominikan Respublikasında keçirilən "Survivor" şou proqramında iştirak edən "Kobra" Pərviz hazırda koronavirus pandemiyasına görə həmin ölkəni tərk edə bilmir. O, mayın 13-də təyyarə olacağı halda, İstanbulda karantində olmayacağını bildirib:
"Təyyarə bizi İstanbula aparacaq. Amma mən orada karantində qalmayacağam. Acun Ilıcalı ilə danışmışıq. Mən İstanbula girməyəcəyəm. Hava limanından Azərbaycana qayıdacağam. Çünki İstanbula getsəm, iki həftə orada, iki həftə də Bakıda karantində qalmalı olacağam".
O, gələcəkdə "Survivor"un məşhur iştirakçılarının yarışacağı "All Star"da iştirak etməsinə də toxunub:
"Bu yarış 2021-ci ildə də, 2022-ci ildə də keçirilə bilər. Ola bilsin ki, gələn il də "Survivor"da "Məşhurlar – Könüllülər" qarşılaşması olsun. Ona görə də "All Star" yarışı 2022-ci ildə keçirilə bilər. İstənilən halda, mənim "All Star"da iştirakım dəqiqdir". /open.az









8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Qara zirə (Çörək otunun) faydaları
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Yuxuda sevişmək nəyə yozulur?
Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin
Kərimin səhhətində problem yarandı