Kök hüceyrə müalicəsi nədir?

Kök hüceyrə müalicəsi nədir?Milli.Az medicina.az-a istinadən həkim Sevinc Heydərovanın yazısını təqdim edir.
İnsan orqanizmi, orqan və toxumaları hüceyrələrdən təşkil olmuşdur. Bəzi hüceyrələr özünü yeniləyə, başqa hüceyrələrə çevrilə bilirlər. Kök hüceyrələr adlanan bu hüceyrələr bölünərək arta bilir. Bir hüceyrədən yüzminlərlə, hətta milyonlarla hüceyrələr əmələ gəlir, kök hüceyrələr özlərini yeniləmək üçün çoxalırlar.
Kök hüceyrələr tam differensasiya olmamış hüceyrələr olub digər toxumalara çevrilə bilir. Yaş artdıqca bədənizmizdə olan qan hüceyrələrin miqdarı azalır. Məsələn, yeni doğan bir körpədə hər 10 min hüceyrədən biri kök hüceyrəsidirsə, 65 yaşında birində 1mln hüceyrədən yalnız biri kök hüceyrədir. Yaş artması ilə azalan kök hüceyrələr nəticəsində zədələnən orqan, toxumalar kifayət qədər bərpa oluna bilmir. Buna görə də kök hüceyrə müalicəsi müxtəlif xəstəliklərin müalicəsində, zədələnmiş toxumanın bərpasında geniş istifadə edilir. Kök hüceyrə müalicəsi həm də xərçəngin bəzi növlərinin müalicəsində, anadan gəlmə qan xəstəliklərinin, bir çox nevroloji xəstəliklərin müalicəsi ilə yanaşı oynaq xəstəliklərinin müalicəsində də uğurla tətbiq edilir. Bundan əlavə kök hüceyrə müalicəsi plastik cərrahiyyədə də geniş istifadə edilir.
Kök hüceyrələr orqanizmin bütün hüceyrələrinə çevrilə bilən ANA hüceyrələr bədənimizin hər nahiyəsində var. Beləliklə, zədələnən, xəstələnən bütün toxuma və orqanın bərpasında, sağalmasında rol oynayır. Kök hüceyrələrin müxtəlif növləri vardır. Ana bətnində dölün ilk inkişafında da kök hüceyrələr mühüm yer tutur. Bu hüceyrələr emrionik kök hüceyrələr adlanır.
Bundan başqa orqanizmimizdə somatik kök hüceyrələr də mövcuddur. Toxumaya uyğun və ya yetkin kök hüceyrə kimi tanınan somatik hüceyrələrlə yanaşı İPS hüceyrələri kimi tanınan pluripotent kök hüceyrələr də yer alır.
Son dövrlərdə texnologiyanın və tibbin inkişafı ilə əlaqədar olaraq yağ toxumasından və ya sümük iliyindən alınan kök hüceyrələrin başqa insana transferi sayəsində bir çox fərqli xəstəliklərin müalicəsi mümkün olmuşdur.
Kök hüceyrə köçürülməsi nədir?
İnsan orqanizminin bütün strukturlarının kökünü formalaşdıran, özünü yeniləyə bilən, çoxala bilən kök hüceyrələr bir çox xəstəliklərin müalicəsində istifadə edilir. Kök hüceyrə müalicəsi- insanın özündən alınan və ya ona uyğun və ya yarım uyğun donordan alınan kök hüceyrələr xəstəyə transfer edilərək zədələnmiş orqan, toxumanın yenilənməsi, bərpa edilməsi ilə gedən müalicə metodudur.
Kök hüceyrə müalicəsi necə aparılır?
Hazırda kök hüceyrə müalicəsi dünyada geniş vüsət almışdır. Bunun səbəbi kök hüceyrə müalicəsindən alınan nəticələrin yaxşı olmasıdır. Kök hüceyrələr yağdan, sümük iliyindən, döldən, plasentadan alınır. İnsanın özündən alınan kök hüceyrələrin özündə zədəli toxumaya köçürülməsinə otoloq nəql, digər donorlardan alınan kök hüceyrələrin xəstəyə köçürülməsinə isə allojenik nəql deyilir.
Son dövrlərdə təcrübələr yağdan alınan kök hüceyrələrin daha faydalı olduğu, kök hüceyrələrlə daha zəngin olduğu sübut edilmişdir. Öncə xəstədən xüsusi kanula ilə yerli keyitmə və ya 10 dəqiqiəlik sedasiya altında bir miqdar yağ alınır. Sonra alınan yağ kök hüceyrə laboratoriyasında xüsusi protokol üzrə müəyyən işləmlərdən keçirilir. Kök hüceyrələrin alınmasında fermentativ və qeyri-fermentativ yollar vardır. Qeyri-fermentativ yolla alınan kök hüceyrələr sayca az olur və müalicəsi effektivliyi çox aşağıdır. Bizim mərkəzimizdə kök hüceyrələr yalnız xüsusi protokol üzrə fermentativ yolla alınaraq, aktivləşdirərək lazım olan nahiyəyə köçürülür. Aldığımız saf şəkildə SVF kök hüceyrələr bir çox xəstəliklərin müalicəsində tətbiq edilir.
Kök hüceyrə müalicəsi hansı xəstəliklərin müalicəsində tətbiq edilir?
Kök hüceyrə müalicəsinin istifadə sahəsi kifayət qədər genişdir. Bir çox sahələrdə müvəffəqiyyətlə tətbiq edilir, bir çox sahələrdə də istifədəsi öyrənilir. Kök hüceyrə müalicəsi tətbiq sahəsi travmatologiya, estetik cərrahiyə, nevrologiya, onkologiya, rekonstruktiv cərrahiyə, qan xəstəlikləri, irsi xəstəliklər v.s saymaq olar.
Kök hüceyrə müalicəsi aşağıdakı xəstəliklərin müalicəsində effektivdir:
-Artrozlar/artritlər
-Poliartrit
-Diz ağrıları
-Koksartroz
-Bağ zədələnmələri
-Oynaq xəstəlikləri
-Revmatoid artriti
-Menisk zədələnmələri
-Avaskular nekroz
-Zədələnmiş qığırdağın bərpası
-Onurğa xəstəlikləri
-Fəqərəarası disk qabarması/protruziyası/yırtığı
-Onurğa beyin zədələnmələri
-Çiyin ağrıları
-İmpigement sindromu
-Boyun ağrıları
-Bel ağrıları
-Kürək ağrıları
-Bud-çanaq oynağı ağrıları
-10 yaş cavanlaşma/antiaging/rejuvenation
-Üz cavanlaşma
-Boyun/ Dekolte ve əllərin cavanlaşması
- anıq izlərinin müalicəsi
-Çapıqların müalicəsi
-Diabetik ayaq yaraları
-sağalmayan yaraların müalicəsi
-Dağınıq skleroz müalicəsi
-Uşaq serebral iflic müalicəsi
-İnsultlar
-Bəzi xərçəng növləri
-Saç tökülmənin müalicəsi v.s
Kök hüceyrə köçürülməsindən sonra xəstələrin reabilitasiya dövrü:
SVF Kök hüceyrə xəstənin lazım olan nahiyəyə , məsələn, diz artrozundən əziyyət çəkən xəstənin diz oynağına, koksartrozdan əziyyət çəkən xəstənin bud-çanaq oynağına, cavanlaşma məqsədi ilə isə xəstənin üz, boyun, dekolte və ya əllərinə transfer edilir, dağınıq skleroz, uşaq serebral iflic kimi xəstələtrə venadaxili köçürülür.
Oynaq problemi olan xəstələrə kök hüceryə müalicəsindən sonra 48 saat yataq rejimi məsləhət görülür. Xəstələrin uzun müddət, məsələn 3-4 həftə yataq rejimi almaları mənasızdır, hətta bəzi hallarda zərərlidir. Təcrübələr göstərir ki 48 saat ərzində köçürülən hüceyrələr oynağa çökür, 2 gün yataq istirahəti bu dövrdə önəmlidir və 6 ay ərzində qığırdağı bərpa edir. Kök hüceyrələr başqa hüceyrələrə çevrilə bildiyi kimi oynağa köçürüldükdə qığırdaq hüceyrələrinə çevrilərək oynağı yeniləyirlər. Nəticədə 6 ay sonra xəstənin rentgen müayinəsində ciddi dərəcədə yaxşılaşma müəyyən edilir. Əksər pasientlər kök hüceyrə müalicəsindən 1 ay sonra ağrılarının azaldığını, yerişlərinin yaxşılaşdığını hiss edə bilirlər.
SVF kök hüceyrə transfer olunan xəstələrə azı 1 ay spirtli içki içmək, siqaret çəkmək və ağrı kəsicilərdən, xüsusilə QSİƏP-ların istifadəsi məsləhət görülmür. Bu vərdişlərin kök hüceyrələrin çoxalmasına, yenilənməsinə mənfi təsir göstərdiyi qeyd edilir. Paientlərimiz 6 ay ərzində müxtəlif əlaqə vasitələri ilə bizimlə sıx əlaqədə olurlar. Bununla da müalicənin gedişini izləyə bilirik, bu dövrü rahat keçirtmələrinə yardımçı ola bilirik.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1798   Tarix: 20 iyul 2020
f Paylaş

Oxşar xəbərlər

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

turlar.az

geymler 2026 kosmetik vasiteler toy makiyaji sekilleri stil və moda qonaq otaqi dizayni ulduzlar gənc ana kosmetika novruz hakisdalari hekaye janri kahfe kali novruz hakıştası kondom