Kök hüceyrəsindən koronavirusun müalicəsində istifadə olunurmu? - Səhhət - FOTO

Kök hüceyrəsindən koronavirusun müalicəsində istifadə olunurmu? - Səhhət - FOTOGünel Bayramova: "Klinik test mərhələsində heç bir qüsur olmadığı təqdirdə, mayın sonunda nəticə əldə edilə bilər"
Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.
Bütün dünya hazırda koronavirusla mübarizədə peyvənd hazırlamaq üçün gecə-gündüz çalışır. Hər gün "xəstəliyin dərmanı tapıldı" başlıqlı "feyk xəbərlər"lə qarşılaşırıq. Bir ümid inanır, dünyanın üzərində dolanan qara buludlardan xilas olacağımız günü səbrsizliklə gözləyirik. Ümid yerimiz isə həkimlərdir... "Səhhət" rubrikasında kök hüceyrə vasitəsilə xəstəliyin dərmanını axtaran qəhrəmanımızla söhbətləşdik. Müsahibimiz Türkiyədə kök hüceyrə mühəndisi, araşdırmaçı həkim Günel Bayramovadır.
- Günel xanım, kök hüceyrələr nədir?
- İnsan orqanizmində önəmli olan yüzlərlə fərqli hüceyrə növləri mövcuddur. Bu hüceyrələr orqanizmimizin kompleks şəkildə işləməsini təmin edir. Kök hüceyrələr spesifik şəkildə bölünərək istənilən hüceyrə tipinə dönüşə və öz-özünü bərpaetmə xüsusiyyətinə malikdir. Ən əsası, çoxhüceyrəli toxuma və orqanları əmələgətirmə vəzifəsinə sahib əsas hüceyrə tipidir. Kök hüceyrələr bütün toxuma və orqanlarda olur. Müasir dövrdə hüceyrə və gen mühəndisliyi ümidverici müalicə metodlari ilə tibbdə əsas yerlərdən birini tutur. Kök hüceyrə ilə müalicə metodlarında Türkiyədə də uğurlu işlər görülür. Belə ki, elmi və etik qaydalar çərçivəsində "hücrəsəl müalicə" dediyimiz metodu  istifadə edərək müasir tibbdə müalicəsi olmayan bəzi xəstəlikləri sağaltmaq mümkündür.
- Hazırda koronavirusla bağlı Türkiyədə vəziyyət necədir?
- Türkiyə, koronavirus epidemiyasına qarşı ən təsirli və hazırlıqlı dünya ölkələri arasında ilk sıralarda yer alır. Hazırda Türkiyə, Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasına görə, dünyada  yoluxma sayına görə onuncu yerdədir. İnfeksiyanın sürətli yayılmasına baxmayaraq, səhiyyə sistemi qabaqlayıcı tədbirlər görür. Belə ki, xəstəliyin sürətlə müəyyənləşdirilməsi üçün Çindən gətirilən 1 milyona qədər testlərdən və reanimasiya xəstələrinin müalicəsində dərman preparatlarından istifadə olunur. Sözügedən diaqnostik testlər və dərman preparatları pandemiyanın qarşısını almaqda zaman qazandırır. Belə ki, diaqnostik testlər ilk vaxtlarda 3-5 gün ərzində nəticə verdiyi halda, hazırda bir neçə saatda müəyyənləşir. Bunlarla yanaşı, Türkiyə infeksiyanın müalicəsində istifadə olunacaq tibbi vəsait və süni tənəffüs aparatlarının istehsalına başlayıb. Səhiyyə Nazirliyi və Maliyyə Nazirliyinin dəstəyi ilə 6 univeristet və 1 Diaqnostika Mərkəzində peyvənd araşdırılır. Pandemiyanın əleyhinə istifadə olunacaq peyvənd və dərmanların klinik mərhələsində olduğu deyilir.
- Koronavirus və kök hücrə. Bunların bağlılığını necə izah edərsiniz? Kök hücrə ilə koronavirusu müalicə etmək mümkündürmü?
- Mezenkimal  kök hüceyrələr (MKH) orqanizmdə bərpa gücünə malik çox sayda hüceyrəyə çevrilə bilən və özünü yeniləmə xüsusiyyətinə sahib ana hüceyrələrdir. Bəzi xəstəliklərin müalicəsində istifadə olunan MKH göbək ciyəsindən, sümük iliyindən, yağ toxumasından əldə edilir. MKH immun sisteminin tənzimləyici hüceyrələrinin sayını artırmaqla yanaşı, T və B hüceyrələrinə təsir edərək onların davranışlarını dəyişdirir. Bundan əlavə, antibiotiklər virusların çoxalmasına mane olur və bədəndən xaric olmasını artırır. Bu xüsusiyyətini əsas gətirərək pandemiyada ümidverici müalicə metodu olaraq istifadə edilir. Mezenkimal kök hüceyrələr yaşlı, ağır xəstələrə damar yolu ilə verilərək həm immun sisteminin, həm də ağciyərlərin fəaliyyətini gücləndirəcəyi iddia edilir. Professor Ərcümənt Ovalı "qəhrəmanlarım"  adlandırdığı komandası ilə xəstəliyi keçirib sağalmış 23 donorlarla 12 xəstə üzərində  peyvəndin klinik mərhələsinə başlayacağını  söyləyib. Professor  peyvəndin klinik test mərhələsində heç bir qüsur olmadığı təqdirdə, mayın sonunda nəticə əldə edəcəklərini bildirib. Amma koronovirusla bağlı hazırkı vəziyyət deməyə əsas verir ki, yaranmış pandemiya, birincisi, virusun mutasiyası, ( təbii məhvi) ikincisi, onun müalicə və peyvəndinin tapılması,üçüncüsü isə orqanizmlərin kütləvi şəkildə bu infeksiyaya uyğunlaşması ilə aradan götürülə bilər.
- Bəzi həkimlər COVİD 19-a yoluxanların əksəriyyətinin xəstəliyi yüngül keçirdiyini vurğulayır. Siz necə düşünürsünüz?
- COVID-19 infeksiyası haqqında bu günə qədər əldə edilən elmi məlumatlar, bəzi insanların yoluxma və ciddi simptomlar inkişafetdirmə riskinin daha yüksək olduğunu göstərir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) verdiyi məlumata görə, xəstəliyə yoluxanların 80 faizi yüngül keçirir, 20 faizi xəstəxana şəraitində müalicə olunur. Xəstəliyə yoluxma, ümumilikdə, 60 yaşdan yuxarı insanlarda daha çox müşahidə edilir. Xəstəlik ən ciddi simptomlarını 60 yaşdan yuxarı olanlarda, ürək xəstəliyi, hipertoniya, diabet, xroniki tənəffüs xəstəliyi, xərçəng və bu kimi ciddi xroniki xəstəlikdən əziyyət çəkən şəxslərdə, eyni zamanda virusa məruz qalan səhiyyə işçilərində özünü göstərir.
- Kök hüceyrələrinin hazırki tətbiq sahələri hansılardır?
- Kök hüceyrələrinin tətbiq sahələri çox genişdir. Hazırda kök hüceyrələrin tətbiqi bəzi xəstəliklərdə sınaq mərhələsində olsa da, bir çoxunda artıq standart terapiya kimi qəbul olunur. Kök hüceyrələrinin effektiv tətbiq edildiyi sahələrə, əsasən, qan xəstəlikləri, mədə-bağırsaq sistemi xəstəlikləri, ürək-damar sistemi xəstəlikləri, dayaq-hərəkət aparatı xəstəlikləri, genetik xəstəliklər, kosmetologiya sahəsini və ən əsası, onkologiyanı göstərmək olar. Belə ki, kök hüceyrələr müxtəlif anemiyaların, autizmin, talessemiyanın, uşaqlarda serebral ifliclərdə, Hockin və qeyri-Hockin limfoması, mieolmalarda, əzələ distrofiyalarında, neyroblastomalarda, leykozlarda, onurğa beyni zədələnmələrində, Parkinson xəstəliyində, Alzheymer xəstəliyində, Kron xəstəliyində, hemofaqositoz, hipoksik-işemik ensefalopatiyalarda, neyroblastomalarda, irsi xəstəliklərdən kostman, dicorc, günter, qarler xəstəliyində uğurla tətbiq olunur. Kök hüceyrələrin tətbiqinin sınaq mərhələsində olduğu xəstəliklərə insultu, qaraciyər serrozunu, hepatitləri, böyrək çatışmazlığını, autoimmun xəstəliklərini, diabet, miokard infarktını, sümük defisitlərini, ürək çatışmazlığını və başqa xəstəlikləri göstərmək olar.
- Kök hüceyrələri onkologiyada hansı formada tətbiq olunur?
- İnsan orqanizmində qan yaratmağa cavabdeh olan hüceyrələr sümük iliyindəki kök hüceyrələrdir. Son dərəcə xüsusi funksiyalara malik hüceyrələrin köçürülməsinə ümumi olaraq "sümük iliyi köçürülməsi" və ya "kök hüceyrə transplantasiyası" deyilir. Sümük iliyi köçürülməsi xəstənin öz kök hüceyrələrindən yerinə yetirilsə, buna "autoloq köçürülmə", ailə üzvləri və ya qohumlardan olmayan toxuma uyğunluğu olan donorlardan alınsa, "allogenik köçürülmə" adı verilir. Sümük iliyi transplantasiyası zamanı köçürülən qan - kök hüceyrədir. Kök hüceyrə, əvvəlki illərdə sümük iliyindən birbaşa və əməliyyat otağı şəraitində xüsusi iynələrdən istifadə edilməklə yığılırdı. Bu gün isə bu üsuldan nadir hallarda istifadə olunur. Son illərdə daha çox xüsusi dərmanla kök hüceyrələrin sümük iliyindən qana keçmələri təmin edilməklə və "aferez" deyilən bir üsulla yığılır. Bu prosedura heç bir cərrahi müdaxilə tələb etmir. Sümük iliyinin transplantasiyası əməliyyatı da cərrahi müdaxiləyə ehtiyac yaratmır. İlik, damar yolu ilə xəstəyə tətbiq edilir, sümük iliyi hüceyrələri bioloji xüsusiyyətləri ilə sümük iliyini özləri tapıb yerləşir və qan yaratmağa başlayır. İlik köçürülməsinin əsl çətinliyi, iliyin yeni yerində funksiyalarını mənimsəmə zamanı xəstənin müşahidəsinin yaxşı aparılmasıdır. Bu kritik dövrdə qırmızı qan (eritrosit) və ağ qan (leykosit) hüceyrələri, laxtalanmaya xidmət edən trombositlər yarana bilməz. Buna görə də, bu dövr anemiya, infeksiya və qanaxma kimi ağırlaşmaların baş verə biləcəyi bir dövrdür. Bu dövrdə yarana biləcək infeksiyalar, qanaxma kimi arzuolunmaz vəziyyətlərin müalicəsi ilə iliyin qəbul edilməməsi və ya yeni iliyin səbəb olduğu xəstəliklərin qarşısını almaq baxımından əhəmiyyətlidir.
- Kök hücyrə donoru kimlər ola bilər?
- 18-50 yaş arasında sağlamlığı yerində olan hər kəs kök hüceyrə donoru ola bilər. Bu üsul, əsasən, qan verməyə bənzəyir. Donor həmin gün xəstəxanadan gedə bilər, riskli deyil. İkinci donor olmaq üsulu isə sümük iliyinin toplanmasıdır. Donor anesteziya ilə yatırılır, pelvis sümüyündən kök hüceyrə alınır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1265   Tarix: 16 aprel 2020
f Paylaş

Oxşar xəbərlər

.

Sarımsağın ziyanları

Sarımsaq həm qida, həm də dərmandır. Amma onun da çox yeyilməsinin bir çox orqanlara mənfi təsiri var. Xüsusən ac mədəyə və gün ərzində çox miqdarda çiy sarımsaq yemək fəsadlar törədə bilər. axşam.az-a istinadən sarımsağı

.

İmsakda bunları yemək ziyanlıdır

Ramazan ayında istehlak edilən qidalara diqqət etmək lazımdır. Qida qəbulu gün ərzində baş vermədiyi üçün imsak vaxtı yediyimiz qidaların müəyyən tarazlıqda olması lazımdır. Bəzi qidaların qəbulu toxluq hissinin azalmasın

.

Yaranın üzərinə bir az tökün, MÖCÜZƏNİ GÖRÜN

Dəri yaraları həyatımızın hər mərhələsində qarşılaşa biləcəyimiz bir problemdir.   -a istinadən bildirir ki, bəzən kiçik kəsiklər, dərin yaralarla qarşılaşa bilərik. Mütəxəssislər dəridə yaralar yaranan kimi həkimə müraciə

.

Kartofun kişilərə faydası - Cinsi aktivlik

Yediyimiz tərəvəzlər bizi tox saxlamaqla yanaşı, bir çox xəstəliklərə də məlhəm olur. axşam.az-a istinadən kartof haqqında bilmədiyiniz yeni məlumatlar təqdim edirik:. 1. Gün işığı və istilik kartofun tərkibində solanin maddəsini

.

Tünd şokoladın müalicəvi əhəmiyyəti üzə çıxdı

Alimlər ürək-damar sağlamlığını dəstəkləmək üçün yeni yollar tapmağa davam edirlər. Çindən edilən son araşdırmalar maraqlı nəticə ilə diqqəti cəlb edir: tünd şokolad təkcə müalicəvi deyil, həm də hipertoniya ilə mübarizəd

.

Yuxusuzluğun beş əsas səbəbi

Xroniki yuxusuzluğun fizioloji səbəbləri ola bilər. .   -a istinadən xəbər verir ki, bunu ingiltərəli mütəxəssis Mayk Koçiş deyib. Koçiş yuxu problemlərinin beş səbəbini açıqlayıb. Onun sözlərinə görə, yuxu pozğunluğunu dah

.

Alma qabıqlarını belə istifadə edin: Faydaları bitmir - FOTO

Alma ən məşhur meyvələrdən biridir. Bəziləri qabığı ilə, bəziləri isə qabıqsız yeməyə üstünlük verir. Almanı qabığı olmadan istehlak etmək istəyənlər, alma ilə şirniyyat hazırlayanlar qabığını adətən soyandan sonra atırlar

.

Bu yeməkləri sabaha saxlamaq olmaz - Siyahı

İnsanlar çox vaxt ertəsi günə saxlanılan yeməklərin sağlam olub-olmadığını düşünmür. Lakin mütəxəssislər iddia edirlər ki, bəzi yeməklər bir neçə saat keçdikdən sonra xəstəlik mənbəyinə çevrilir. Belə ki, onlar soyuducud

.

Həkim: "Estetik əməliyyat etdirənlər öncə psixiatra müraciət etməlidirlər

"Ruhi xəstələrin arasında kriminal hadisələri törətmək üzrə birinci yerdə baş beyində üzvi xəstəlik olan insanlar dayanırlar. Bunlar kimlərdir? Birinci növbədə nə vaxtsa kəllə-beyin zədələnməsi keçirmiş insanlar. İkinc

turlar.az

sonxeber.az hamilelikde qidalanma adlarin menasi qadin sayti qish geyimleri cinsi infeksiyalar hamiləlik testi keyks kosmetika englishdilində qulaq novruz bayramına aid hakışda janrlar azerbaycan novruz