Kökəldir, yoxsa arıqladır? - Kollagen haqqında bilmədikləriniz

Kökəldir, yoxsa arıqladır? - Kollagen haqqında bilmədiklərinizKollagen eynilə hialuron turşusu kimi insan orqanizmində təbii olaraq istehsal olunan zülaldır. Dəri və birləşdirici toxumalar da daxil olmaqla, bir çox toxumanın sağlamlığı üçün zəruri hesab olunur.
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, kollagen bir çox qida əlavələrində mövcuddur və qocalma ilə mübarizə aparmağa kömək edir.
Xüsusilə dəri, sümüklər, vətərlər, qığırdaqlar üçün vacibdir.
Bu zülalın istehsalı zamanla azalır. Buna görə də, gözəl dəriyə sahib olmaq və oynaq sağlamlığını qorumaq istəyənlər kollagen əlavələri qəbul edirlər.
Qida əlavələrinin əksəriyyətində dəniz kollageni olur. Dəniz kollageni insan orqanizmi tərəfindən təbii olaraq istehsal olunana ən yaxın kollagenlərdən biridir.
Kollagenin yağ və əzələ kütləsinə təsiri var. Birincini azaldır və ikincini dəstəkləyir. Buna görə də kilo almağa və ya itirməyə səbəb olduğu iddia edilir.
Kollagen kökəldir?
Kollagenin 1 qramı 4 kalori təşkil edir. Qida əlavələri çox vaxt təxminən beş qram dəniz kollageni ehtiva edir. Bu, gözardı ediləcək qədər az deyil.
Bununla belə, qeyd etmək lazımdır ki, kollagen bir zülaldır. Yəni yağ və ya şəkər tərkibli digər qidalarla müqayisədə kalori burada elə böyük əhəmiyyət kəsb etmir.
Üstəlik, zülal qəbulunun çəki artımını tənzimləyən müxtəlif hormonlara təsir edərək maddələr mübadiləsini sürətləndirdiyi və iştahı azaltdığı uzun illər öncə sübut edilib.
Kollagenin toxluq hissini artırmaqda və qida qəbulunu məhdudlaşdırmaqda digər zülallardan daha təsirli olduğu da məlumdur.
Nəticədə kollagen kökəltmir, əksinə qida qəbulunu azaldır və arıqlamağı asanlaşdırır.
Digər tərəfdən, kollagen mütləq balanslaşdırılmış pəhriz, eləcə də idmanla müşayiət edilməlidir. Beləliklə, yaxşı əzələ kütləsinə və sürətli maddələr mübadiləsinə sahib olaraq ideal çəkidə qala bilərsiniz.
Milli.Az

Xəbərlər     Baxılıb: 1332   Tarix: 14 iyul 2024
f Paylaş

Oxşar xəbərlər

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

turlar.az

geyim şəkilləri hamilelikde qidalanma maskalar parket döşəmələr gəlinliklər salatlarin bezenmesi qalstukun baglanmasi kosmetika novruz bayramina aid hakista salatlar baldiza aid haxisda üzeyir hacıbəyli novruz bayramına aid hakışda