Kokteylin faydaları

Kokteylin faydalarıKokteyl alkohollu və alkoholsuz içkilərin qarışımından hazırlanan içkidir. Kokteyl servis edilərkən onun miqdarını 150 ml-dən çox artırmırlar. Kokteylin tərkibində bir çox komponentlər var.
İlk dəfə kokteyl və onun hazırlanması barədə 1806-cı ildə Nyu Yorkda çıxan "Balance" qəzetində məlumatlar yayılmışdır.
Bir çoxları kokteylin 200 ildən çox yaşı olduğunu söyləyirlər. Əvvəllər kokteyl iri çəlləklərdə qarışdırılaraq hazırlanmış və sonra şüşələrə doldurmuşlar. İlk dəfə 1862-ci ildə kokteyl haqqında məlumat kitabçasını barmen Ceri Tomas yazmışdır. O müəllifi olduğu kitabda müxtəlif növ kokteyllərin hazırlanması qaydalarını və tərkibini yazmışdır. Sonradan barmen yeni kokteyl reseptləri olan kitablar yazmış və kitablar yüksək tirajla satılmışdır.
Hazırlanma qaydasınadan asılı olaraq kokteyllər müxtəlif növ olur:
* hazır şəkildə satılan və birbaşa qədəhə süzülən
* stəkanda qarışdırılaraq hazırlanan
* qarışdırıcıda hazırlanan
* blenderdə qarışdırılan.
Kokteylin ən yaxşı xüsusiyyəti onun alkoholsuz içki olmasıdır. Son illərin ən məşhur kokteyli oksigenli kokteyldir. Kokteylin köpüyəbənzər maddə olması və tərkibində olan meyvələr onun vitaminlə zəngin olmasının göstəricisidir. Oksigenli kokteyl oksigenli kokteylerdən hazırlanır. Bu zaman onun tərkibində olanlar qarışdırılmaqla yanaşı, həm də oksigenləşdirilir. 400 ml kokteyl hazırlamaq üçün 100 qr təbii komponentləri(təbii və təzə sıxılmış şirə, süd və s.), 2 qr köpük əmələ gətirən maddə lazımdır. Hazırlanması üçün qarışım oksigenlə zənginləşdirilir. Mədəyə düşən kokteylin tərkibində olan oksigen qısa bir zamanda qana sorulur və qanla orqanizmin bütün toxumalarına daşınır. Bu kokteyl maddələr mübadiləsini normallaşdırır, metobolizmi sürətləndirir və hüceyrələrin oksidləşməsinə səbəb olur. Oksidləşmiş kokteyl xırda kapillyarların yaxşı işləməsinə və immunitetin yaxşılaşmasına səbəb olur. Kapilyarların oksidləşməsi onun tərkibindəki maddələrin orqanizm tərəfindən 2 dəfə daha tez sorulmasına səbəb olur.
Hamilə qadınlara, iri sənaye şəhərlərində yaşayanlara, yaşadığı şəhərdə urbanizasiyanın miqdarı çox olan insanlara, xroniki hipoksiyadan, ürək-damar xəstəliklərindən, yuxusuzluqdan və xroniki yorğunluqdan əziyyət çəkənlərə hər gün kokteyl içmək məsləhət görülür. Təzə meyvə və giləmeyvələrdən hazırlanan kokteyl insan orqanizmi üçün çox faydalıddır. Onun tərkibində çoxlu vitamin və minerallar var. Kokteyl içmək maddələr mübadiləsinin və mədə-bağırsaq sisteminin işinin sürətlənməsinə səbəb olur. Ondan istifadə etmək immunitetin yüksəlməsinə, oksigen balansının saxlanılmasına və piy hüceyrələrinin yanmasına səbəb olur.
Kokteylin zərərli xüsusiyyətləri
Hamilə və uşaqəmizdirən qadınlara tərkibində spirt olan kokteyl içmək məsləhət görülmür. Çoxlu miqdar tərkibində alkohol olan kokteyl içmək əsəb sisteminə pis təsir edir. Bu zəhərlənmələrə və alkohol asılılığına səbəb ola bilir. Öddaşı və sidik kisəsinin daş xəstəliklərindən, hipertoniyadan, astma və tənəffüs yollarının xəstəliklərindən əziyyət çəkənlərə oksigenləşdirilmiş kokteyl içmək məsləhət görülmür. Tərkibindəki meyvələrə qarşı allergiyası olanlara meyvəli kokteyl içmək tövsiyə edilmir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 2016   Tarix: 18 noyabr 2020
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Yuxusuz gecədən sonra bunu edin

Kanadanın MakGill Universitetinin alimləri müəyyən ediblər ki, 20 dəqiqəlik orta intensivlikdə fiziki məşq yuxusuzluqdan sonra yaddaşın fəaliyyətini dəstəkləyə bilər. axşam.az-a istinadən bildirir ki, araşdırmanın nəticələr

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

turlar.az

adlarin menasi hamiləlik kosmetoloq zaur baxşəliyev qlazok baş ağrısı payız xəstəlikləri kosmetika tərəzi faydalı məsləhətlər novruz bayramına aid qadin saglamlig novruza aid hakisda