Kolbasa

KolbasaƏtdən hazırlanan ən məşhur məmulat kolbasadır. Kolbasanı Şərqdə də, Qərbdə də xoşlayırlar.
Qədim yunanlar donuz qanına piy parçaları, yarma və sarımsaq qatıb, qan kolbasası hazırlayırdılar.
Məlumdur ki, qədim romalılar Lukaniya və Qalliyyadan hisə verilmiş sosiska alırdılar. Müasir tipli bağırsaq kolbasalarını XIII əsrdən etibarən hazırlamağa başlamışlar.

Rubruk yazırdı ki, tatarlar bağırsaq istifadə etməklə kolbasa hazırlayır və onu təzə-təzə yeyirlər. Görünür, kolbasa Afrikada zulus xalqına çoxdan məlum olmuşdur. Onlar bir parça nazik bağırsaq götürüb xırda doğranmış ətlə doldurur, hər iki tərəfdən bağlayır, sonra da bişirərdilər.
Litvalılar heyvan içalatından bişmiş kolbasa hazırlayırdılar.
Bir zamanlar qırğızlarda ən qiymətli ət at əti sayılırdı. Onlar bu ətdən yüksək keyfiyyətli kolbasa hasil edirdilər. Kolbasanın hazırlanma texnologiyası belə idi: Əvvəlcə ətin yağlı hissəsini möhkəm duzlayır, duz ətə hopandan sonra onu yaxşıca xırdalayırdılar. Alınmış kütləni at bağırsaqlarına doldurub tüstüyə verərdilər. Belə yoğun və yağlı kolbasanı qışa saxlayırdılar.
Uyğurlar qoyun ətindən kolbasa ("xesip") düzəldirdilər. Onlar ətə düyü qatır, sonra onu qoyun bağırsaqlarına doldururdular.
Qazaxlar at ətindən hisə verilmiş kolbasa hazırlamağa daha çox meyl göstərirdilər.
Başqırdlar, həmçinin, başqa türk xalqları heyvan içalatından kolbasa (tulturma) düzəldirdilər. Bunun üçün əvvəlcə heyvanın ürəyi, qara ciyəri, piyi və içalatı xırda-xırda doğranır, ona un və ya yarma vurulur, sonra isə bişirilirdi.
Krımda yaşayan karaimlər özlərinin ənənəvi "sucuq" kolbasalarını müxtəlif ədviyyatlar istifadə etməklə, qoyun ətindən hasil edirdilər.
Gürcülər ətdən qışda istifadə etmək üçün kolbasa-kupati hazırlayırdılar. İrəvan xanlığı azərbaycanlıları qoyun ətindən sıxılaraq qurudulmuş kolbasa - arişta hazırlayırdılar.
Rusiyada kolbasa istehsalının əsasını I Pyotr qoymuşdur. O, Almaniyadan Rusiyaya kolbasa ustaları dəvət edir. 1709-cu ildə Peterburqda ilk kolbasa hasil edən müəssisə açılır. XVIII əsrin axırlarında Rusiyada məşhur "uqliç" kolbasası meydana gəlir. Onun hazırlanma texnologiyasını ilk dəfə Uqliç şəhərindən olan usta Çodar Rusinov təklif edir. Bu kolbasanın əsas fərqi o idi ki, onu uzun müddət hisə verirdilər.
Vaxtı ilə Sovetlər məkanına daxil olan respublikalarda kolbasa və kolbasa məmulatlarının 200-dən çox növü istehsal edilirdi.

Faydalı kolbasa

Məlumdur ki, kolbasa ən populyar qida məhsullarından biridir və yüzlərlə dietoloqun narazılığına baxmayaraq xüsusilə uşaqların daha çox xoşladığı yeməkdir. Onun tərkibinin 45 fiazini yağlar, 12 faizini isə zülal təşkil edir.
Münxenin Fraunhofer intstitutunun alimləri faydalı kolbasa hazırlamışlar. Alimlərin hesablamalarına görə, bu qida məhsulu ilə orqanizmə il ərzində 10 kq yağ daxil olur. Texnoloqlar qarşılarına belə bir məsələ qoymuşlar: kolbasanı yağsızlaşdırmaq və bununla belə onun yumşaqlığını və dad keyfiyyətlərini saxlamaq. Əvvəllər belə hesab edirdilər ki, bu, mümkün deyil. Belə ki, məhz yağ onun aromatik xüsusiyyətlərini saxlayırdı. Alman mütəxəssisləri məsələnin həllinə 2 tərəfdən yanaşdılar. Birincisi, xammala olan tələbatı artırdılar; onlar kolbasanı yağı az olan ətdən hazırladılar. İkincisi, suyu məhsulda saxlamaq üsulunu tapdılar. Nəticədə belə kolbasada yağ 2,9 faiz təşkil edir. İndi artıq kolbasanın pəhriz məhsulu sayıla bilməsinə səbəb təkcə bu deyil. Tərkibində yağın az olması onda konservantlara olan tələbatı da azaldır. Belə ki, konservantlardan əsasən yağları oksidləşməyə qoymamaq üçün istifadə edirdilər. Aydındır ki, yağların miqdarı minimuma endirildikdə konservantlara da ehtiyac qalmır və onların toksiki təsiri azalmış olur.

Sağlamlıq     Baxılıb: 2405   Tarix: 14 dekabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

Cinsi zəifliyi aradan qaldıran möcüzəvi QARIŞIQ

Son dövrlər stres, əsəb və digər səbəblər kişilərdə cavan yaşlardan cinsi zəifliyi və impotensiyaya səbəb olur. Ölkə.az bildirir ki, bu yaxınlarda alimlər cinsi zəifliyi aradan qaldıran maraqlı qarışıq barədə məlumat yayıblar

.

Cinsi asıllıq: satiriasis və nimfomaniya nə deməkdi? - Maraqlı araşdırma

Cinsi ə . laqəyə girmək istəyinə qarşı dura bilməmək və bunu müxtəlif insanlarla təsadüfi şəkildə həyata keçirmək kimi təyin olunan bir problemdir. bu barədə araşdırıb. "Səhər, günorta və axşam başqa bir qadın/kişi il

.

Özünü Masaj Etmənin Faydaları Nələrdir ?

Özünü masaj etmək sadə, amma olduqca faydalı bir vərdişdir. Günümüzdə insanların çoxu stress, yorğunluq və gərginlikdən şikayət edir. Bu halları aradan qaldırmaq üçün xüsusi ustaya müraciət etməyə ehtiyac olmadan özünü masa

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

.

Vaginizm nədir və kişilərdə ilk gecə qorxusu - ARAŞDIRMA

Cəmiyyətimizdə "ilk gecə" adlanan ilk vaginal əlaqə hər bir cütlük üçün çox vacibdir. Qızlıq pərdəsi ilə bağlı mənalar və ilk gecə ilə bağlı yanlış təsəvvürlər bir çox narahatlıqlara səbəb olduğu üçün ümumiyyətl

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

Cinsi fəallığı, intim həvəsi artıran vasitələr – AFRODİZİAKLAR HAQQINDA BİLMƏDİKLƏRİMİZ

Afrodiziak intim istək, eşq həzzi deməkdir. Bu söz qədim yunanların sevgi ilahəsi olan Afrodita adından götürülüb. Bəs, hələ qədim zamanlardan bu günə qədər insanların böyük maraq göstərdiyi afrodiziak vasitələr nə üçündür

turlar.az

kosmetoloq reseptler qis geyimləri 2026 soz ehtiyati artirmaq vətənə aid bayatılar haqista hamiləlik və doğuş kosmetika oglaq englishdilində qulaq vətən haqqında atalar sözləri kökəlmək üçün 8 mart