Kolbasa yeyərkən orqanizmdə nə baş verir? - Həkim açıqladı
"Fastfud qidalar, sosis, kolbasa, hisə verilmiş ət məhsullarından maksimum uzaq durmaq lazımdır. Sadalanan qidalar və enerji içkiləri immun sisteminin bir nömrəli düşmənləridir".
Milli.Az oxu.az-a istinadən xəbər verir ki bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, həkim-terapevt Zakir Quliyev Səhiyyə Nazirliyinin rəsmi "Instagram" səhifəsində immunitet və vitamin çatışmazlığı haqqında danışarkən deyib.
İstehlak edilən qidalar arasında immun sisteminə xeyri olmayan məhsullar var ki, immun sistemini zəiflədir:
"Enerji içkiləri, digər qazlı, rəngli içkilər, tütün məhsulları immun sisteminə ziyan vurur. Gündəlik həyatda qidalanma zamanı üstünlük verilən məhsullar sağlam olmalıdır. Orqanizmin sadəcə tərəvəzə, ət məhsullarına və ya meyvəyə ehtiyacı yoxdur. Orqanizmin balanslaşdırılmış qidalanmaya ehtiyacı var. Su belə normasında içilməlidir. Ürək, qan-damar sistemi xəstəliyi olan şəxs gündəlik 3-4 litr su qəbul edərsə, bu, ona ziyan verə bilər.
Ona görə də orqanizmin zülala, karbohidrata, yağlara və s. digər maddələrə də ehtiyacı var. Biz bədənimizi tanımalı və orqanizmi bütün bu maddələrin ehtiyac olduğu qədəri ilə təmin etməliyik ki, immun sisteminin fəaliyyəti pozulmasın".
Milli.Az / news.milli.az









Vətən haqqında bayatılar
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Qaravəllilər
Arzuolunmaz hamiləlik
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Niyə bəzi insanları ağcaqanadlar daha çox dişləyir? - Mütəxəssis səbəbləri açıqlayıb
Fəxri İsmayılova yüksək vəzifə verildi
Gələn il "Avroviziya"da ilk dəfə iştirak edəcəklər
Ülkü Hilal Çiftçi məşhur filmdə rol alacaq
ARB ilə Nuran arasında nə baş verir? - Açıqlama
Dəniz Göktaş saxlanıldı