Kolon xərçənginə səbəb olan iki əsas amil

Kolon xərçənginə səbəb olan iki əsas amilElm adamları kolon xərçəngi riskinin artması ilə əlaqəli iki anatomik quruluşa diqqət yetiriblər.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu tapıntılar müxtəlif ölkələrdən, o cümlədən Avropa və ABŞ-dan olan tibb mütəxəssisləri tərəfindən aparılan böyük araşdırmada üzə çıxıb.
Kolon xərçəngi ilə əlaqəli xəstəliklər ən çox yayılmışlar arasındadır. Bütün xərçəng hadisələrinin təxminən 10% -ni təşkil edirlər və dünyada xərçəng ölümlərində ikinci yeri tuturlar.
Kolon xərçəngi adətən yaşla əlaqəli olsa da, statistika göstərir ki, gənc insanlar bu xəstəliyə daha çox həssas olurlar. Alimlər 2019-2024-cü illər arasında İngiltərədə kolon xərçəngindən ölümlərin kişilər arasında 26%, qadınlar arasında isə 39% artacağını proqnozlaşdırırlar.
Mütəxəssislər bu tendensiyanı izah edə biləcək bir neçə amili qeyd edirlər. Ən son araşdırmalardan birində alimlər xərçəngin "cavanlaşması"nı sonrakı nəsillərdə sürətlənmiş bioloji qocalma ilə əlaqələndiriblər.
Mövzu ilə bağlı ən böyük araşdırmada İspaniya, Almaniya, Fransa, Yunanıstan və digər ölkələrdən olan 25-dən çox tibb mütəxəssisi anatomik xüsusiyyətlərin kolon xərçənginə qarşı həssaslığa təsirini daha yaxından araşdırıb.
Alimlər Böyük Britaniya Biobankının yüz minlərlə iştirakçısının böyük bir nümunəsindən istifadə ediblər və GTex (Genotype-Tissue Expression Project) verilənlər bazasından 838 ölmüş donorun toxumalarından alınan genetik məlumatları təhlil ediblər.
Genomik analiz, statistik metodlar və digər üsullardan istifadə edən tədqiqatçılar müəyyən ediblər ki, genetik olaraq piylənməyə meylli olan insanlar kolon xərçənginə tutulma riski daha yüksəkdir.
Milli.Az

Xəbərlər     Baxılıb: 1371   Tarix: 17 may 2024
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

turlar.az

yemek reseptleri qadin sayti aksessuarlar psixoloji məsləhətlər salatlarin dizayni cəlil məmmədquluzadə soda maskasi kosmetika qurd ve quzu pomidor zencefil badambura haxisdalar