Kolonoskopiya zamanı onkoloji hüceyrələr xəstələrə ötürülə bilər - Dəhşətli AÇIQLAMA

Kolonoskopiya zamanı onkoloji hüceyrələr xəstələrə ötürülə bilər - Dəhşətli AÇIQLAMAABŞ tədqiqatçıları kolonoskopiya - bağırsaqların endoskopik (zondla) müayinəsinə zamanı bağırsaq divarında olan maliqnizləşmiş, yəni şişə çevrilmə ərəfəsində olan hüceyrələrin ötürülməsi və digər xəstənin bağırsağında mexaniki əkilməsinin mümkünlüyünü üzə çıxarıblar.
Milli.Az medicina.az-a istinadən bildirir ki, bu barədə məlumat Gastroenterology dərgisində verilib.
Tədqiqatlar genetik testlərlə aparılıb.
Məlum olub ki, kolonoskopiyada bir xəstənin orqanizmində olan xərçəng hüceyrələri digər xəstəyə, yəni sağlam pasiyentə ötürülüb. Bu endoskopik proseduru həyata keçirərkən ciddi səhlənkarlıq və ehtiyatsızlığa yol verdikdə olur.
İlk növbədə endoskopun işlək kanalında orqanik qalıqların qalmasından, eləcə də inyeksiya alətlərindən şübhələnirlər.
Alimlər bir çox metaxron şişləri olan xəstələrdə mexaniki olaraq şiş hüceyrələrinin ötürülməsini araşdırıblar. Eləcə də hər kolorektal xərçəng xəstəsindən biopsiya alındıqdan sonra endoskop cihazının kanalları yoxlanılıb.
Tədqiqatçılar 56 pasiyentdə ikincili bağırsaq xərçənginin yarandığını təsbit ediblər. Onlarda şişlər əməliyyatdan 6 ay-3 il sonra yenidən aşkarlanıb.
Bu 56 nəfərin 22-də məhz metaxron karsinoma təyin edilib. Metaxron kolorektal xərçəngi olan xəstələrin 5-də şiş hüceyrələrinin sonradan kolonoskopiya zamanı ötürüldüyü aşkar edilib.
Niderlandda 5 klinikada 300 pasiyent bu şübhədən yoxlanılıb. Hələ ki, 3 mexaniki yoluxma təsdiq olunub.
Həkimlər son nəticələrə əsasən kolonoskopiya və biopsiya zamanı digər xəstələrə şiş hüceyrələrinin ötürülməsi riskinin 0, 6 faiz olmasını qeyd ediblər.
Endoskop alətinin kanalında qalan şiş hüceyrələrinin inkişafını və canlılığını yoxlamaq üçün də təcrübə aparılıb. 5 xərçəng xəstəsi kolonoskopiya olunduqdan sonra endoskopda qalan material laboeatoriyada əkilib və izlənilib. 5 materialdan birində şiş hüceyrələri böyüyüb.
Pasiyentləri kolonoskopiya zamanı bu problemdən qorumaq üçün endoskopik alətlər diqqətlə və düzgün sterilizə olunmalı, biopsiya iynələri dəyişməlidir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1617   Tarix: 22 fevral 2020
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

turlar.az

kosmetoloq gozel gorunmek qaşların formalari faydalı məsləhətlər 1 hefteye 5 kq ariqlamaq vətən haqqında bayatılar veten haqqinda bayati kosmetika vətən novruz hakıştası kahfe falı bir arzum var