Kommunal xidmətlərlə bağlı əhaliyə XƏBƏRDARLIQ: "Bu gündən..."

Kommunal xidmətlərlə bağlı əhaliyə XƏBƏRDARLIQ: "Bu gündən..."Respublika ərazisində müşahidə olunan qarlı hava şəraiti nəqliyyat vasitələrinin hərəkətinə təsir edib. Hər dəfə hava soyuyanda kommunal xidmətlərdə problemlərin yaşanması artıq adi hala çevrilib.

Redaksiyamıza olan müraciətlər deməyə əsas verir ki, hazırda paytaxtın Binəqədi, Yasamal, Sabunçu rayonu Zabrat1 qəsəbələrində təbii qazın verilişində problemlər yaşanır. İnsanlar evlərində soyuqdan donur.

Bəs hazırda respublikada qaz, işıq və su ilə təminatınızı həyata keçirən qurumlar hansı işlər görür?

Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev təbii qazın təchizatında heç bir problem olmadığını qeyd edib: "Lakin hava şəraiti ilə bağlı bu gün üçün Abşeron, Binəqədi, Nizami, Nəsimi, Yasamal və Xəzər rayonlarında planlaşdırılan təmir işlərimiz təxirə salındı. Əgər abonentlərin ehtiyacı artarsa, qazın təzyiqi də artırıla bilər. Hazırda isə təchizat təlabata uyğundur".

"Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev də elektrik enerjisi ilə təminatda problem olmadığını deyib: "Bu vaxta qədər apardığımız təmir və yenidənqurma işləri səbəbindən elektrik enerjisi ilə təchizatda heç bir şikayət qeydə alınmayıb. Əgər fərdi qaydada problemlər yaşanarsa, "199 Çağrı Mərkəzi"nə müraciət edə bilərlər".

"Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı da bu saata qədər quruma heç bir müraciətin daxil olmadığını bildirib: "Mərkəzləşdirilmiş və paylayıcı şəbəkələrində heç bir donma halı qeydə alınmayıb. Bununla yanaşı əməkdaşlarımız gücləndirilmiş iş rejimində çalışır".

mənbə: publika.az

Xəbərlər     Baxılıb: 2744   Tarix: 17 fevral 2017
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Böyrək çatışmazlığına səbəb olan 6 QİDA

Böyrək sağlamlığını saniyələr içində təhdid edən "öldürücü qidaların" siyahısı açıqlanıb. xəbər verir ki, siyahını Yaponiyanın dünyaca məşhur nefroloqu, professor Dr. Masahiro Kohzuki hazırlayıb. Bir çox insanı

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Zərərli bildiyiniz bu qidalar əslində faydalıdır - Popkorn, makaron

Bəzi qidalar uzun müddətdir ki, "sağlam olmayan" kimi təsnif edilsə də, onların qida tərkibinin araşdırılması fərqli bir reallığı ortaya qoyur. Düzgün bişirmə üsulları və nəzarətli istehlak ilə bu qidalar bədə

.

Ürək tutması, yoxsa panik atak? - Oxşar əlamətlər, təhlükəli nəticələr

Sinədə qəfil təzyiq, sürətlənən ürək döyüntüsü və nəfəs almaqda çətinlik. Bu əlamətlər bir çox insanda ciddi narahatlıq yaradır və "ürək tutmasıdır, yoxsa panik atak?" sualını gündəmə gətirir. Türkiyə mətbuatın

.

Beyin iltihabını azaldan burun spreyi: Yaddaşı da bərpa edir

Alimlər cəmi iki dozada beyin iltihabını kəskin şəkildə azalda və yaddaşı bərpa edə bilən yeni bir burun spreyi hazırlayıblar . Spreyin təsirinin aylarla davam etdiyi bildirilir. xəbər verir ki, son zamanlar aparılan çoxsayl

.

Hər gün satın alırıq, amma günbəgün bizi zəhərləyir

Müasir qida sənayesində "ləzzət sehrbazı" kimi tanınan Monosodium Qlutamat (MSG) xalq arasında isə "Çin duzu" (E621) paketlənmiş məhsulların tərkibində ən çox rast gəlinən maddələrdən biridir. Bu madd

.

Siqaretdən 10 qat daha zərərli: Hər evdə var

Kork və Qalvey universitetlərinin tədqiqatçıları müəyyən ediblər ki, gündəlik həyatda tez-tez istifadə edilən ətirli şamlar havadakı incə toz səviyyəsini Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi həddən 15 dəfə daha ço

.

Yumurta alarkən mütləq koduna baxın - FOTO

Mağazadan yumurta alarkən diqqət yetirilməli vacib məqam var. xəbər verir ki, mütəxəssislər alış zamanı yumurtanın üzərindəki kodların mütləq yoxlanılmasını tövsiyə edirlər. Bildirilir ki, bu kodlar təsadüfi deyil və məhsulu

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

turlar.az

donlar 2026 gelinlikler hamilelikde qidalanma ari mehsullari avto qadın baş gicəllənməsi portagalin faydasi kosmetika atalar sozleri ziyafet geyimleri toy gecesı qız bürcü hakisda