Könül Kərimova qalmaqallı şərhlərindən danışdı
"Birini, ikisini oxudum, fikir vermədim. Bir haqlı tənqid tapmadım ki, sakitləşim. Biri deyir parik qoymusan. Həqiqətən öz saçımdır. Hətta bu aralar saçım azalıb. Biri yazıb sünisən, botoks etmisən".
Open.az xəbər verir ki, bu sözləri Əməkdar artist Könül Kərimova "Mənim yolum" proqramında deyib. Müğənni sosial şəbəkədə izləyiciləri ilə arasında yaşanan qalmaqala aydınlıq gətirib:
"Xanımın botoks etməsi eyib deyil. Botoks edəndə üzü qırışdıra bilmirsən. Sadəcə, mən tənbələm. Hətta makiyajımı edən dedi ki, üzünüzə botoks vurdurun. Yoruluram bu şeylərdən, özüm olmaq istəyirəm. Ona görə də bu iradlar təsir etdi. Bir az kökələn kimi başqa sözlər yazırlar. Qalıram baxa-baxa.
Həmin şərhlərə cavab verdim, səhər durdum ki, hər yer yazıb. Birinci və sonuncu dəfə olar ki, şərhə reaksiya verirəm".









8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Qaravəllilər
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI
Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı
Tanınmış reperi həbsxanada döydülər
Diabet xəstələri banan yeyə bilər?
Azərbaycan məşhur yapon serialında - Foto