Koronavirus beynin əsas müdafiə qatını belə zədələyir - Psixiatr
İnsanlar koronavirusu pis keçirdiklərini əvvəl anlamırlar. COVID-19 infeksiyasına yoluxduqdan sonra əksər hallarda pasiyentlərin heç bir şikayəti olmur, əslində isə xəstə öz funksiyalarını səhv qiymətləndirir. Məsələn, idmançılarda intensiv məşqlərə başladıqdan bir neçə dəqiqə sonra nəfəs darlığı, digərlərində qismən amneziya və ya həddindən artıq əsəbilik yaranır.
Bu barədə Rusiya Səhiyyə Nazirliyinin baş psixiatrı Zurab Kekelidze postkovid sindromun əsas təzahürləri haqqında danışarkən bildirib.
"Bu barədə araşdırmalar hələ davam edir. Ancaq şübhəsiz ki, COVID xəstəliyinin mərkəzi sinir sistemi ilə əlaqəsi var", - deyə həkim bildirib.
"Biz elə yaradılmışıq ki, qandakı hər şey beyinə daxil olmur. Hematoensefalik baryer bunun üçündür".
Zurab Kekelidze həmçinin bildirib ki, COVID-19-dan əziyyət çəkəndən sonra xəstə kəskin və ya uzunmüddətli psixoz və panik ataklarla üzləşə bilər. O koronavirus keçirdikdən sonra insanlarda müəyyən pozğunluqların aşkar olunduğunu (məsələn, insan bəzi əşyaların adını və ya hansı hərəkətləri yerinə yetirməli olduğunu unuda bilər) deyib.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi