Koronavirus bəzən uşaqlarda ölüm törədən fəsadlar verir - Nəsib Quliyev

Koronavirus bəzən uşaqlarda ölüm törədən fəsadlar verir - Nəsib Quliyev"Koronavirus bəzən uşaqlarda ölüm törədən fəsadlar verir".
Milli.Az bildirir ki, bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev bildirib. N. Quliyevin sözlərinə görə, tibb ədəbiyyatında virusa yoluxmada uşaqlarda fəsadlara böyüklərlə müqayisədə 100 dəfə az rast gəlir. O, bildirib ki, böyüklərdə bu rəqəm 2-2,5 faizdirsə, uşaqlarda 0,02 faiz rast gəlinir: "Bəzən isə uşaqlarda ölüm törədən ağır fəsadlar baş verir. Uşaqlarda "Kavasaki" sindromuna bənzər hal yaranır. Uşaq orqanizmi bu bu virus infeksiyasına həddindən artıq yüksək reaksiya verir. Burada iltihab törədən sitatinlərin miqdarı həddindən artır. Damar keçiriciliyi pozulur, qansızmalar, səpgilər müşahidə olunur. Sonra həmin uşaq tələf olur. Amma faizi böyüklərlə müqayisədə çox aşağıdır".
Qeyd edək ki, "Kavasaki" sindromu və ya "Kavasaki" xəstəliyi yalnız uşaqlarda inkişaf edən kifayət qədər nadir autoimmun xəstəlikdir. Əsasən bu xəstəliyə 5 yaşına qədər uşaqlar tutulur. Oğlanlar arasında bu xəstəliyə qızlarla müqayisədə 2 dəfə çox təsadüf edilir. Xəstəlik zamanı qan damarlarında iltihab yaranır və damarlar zədələnir. Əksər hallarda xəstəliyin simptomları çox tez yox olur və uşağın həyatı üçün təhlükə yaranmır. Lakin nadir hallarda olsa da ürək və koronar damarların çox ağır zədələnməsi baş verir ki, nəticədə uşaq həlak ola bilər. Xoşbəxtlikdən vaxtında aşkar olunduqda bu xəstəlik uğurla müalicə olunur. Xəstəliyin səbəbi sona qədər məlum deyil. Lakin məlumdur ki, virus infeksiyaları onun inkişafına təkan verir. Hazırda mütəxəssislər bu xəstəliyin uşaqlar arasında artmasını koronavirusla əlaqələndirirlər.
Xəstəliyin simptomları:
- yüksək qızdırma
- dəridə səpkilər
- əl və ayaq pəncələrinin şışməsi, qızarması
- gözlərin qızarması və iltihablaşması
- dil və dodaqların qızarması və ağrılı olması
- boyun limfatik düyünlərinin şişməsi
- əl və ayaq barmaqlarının dərisinin soyulması.
Ağır hallarda xəstəlik yalnız xəstəxana şəraitində müalicə olunur. Müalicə zamanı insan immunoqlobulini və aspirindən istifadə olunur. Diaqnoz erkən (ilk 10 gün ərzində) qoyulduqda və müalicə vaxtında başladıqda uşaq tam sağalır. Kavasaki sindromunu ağır keçirmiş uşaq bir neçə il ərzində kardioloqun nəzarətində qalmalıdır. Bu səbəbdən də həkimlər uşaqları koronavirusdan qorumağı, onlara maska taxmağı, əl gigiyenasına diqqət yetirməyi tövsiyyə edirlər.
Milli.Az  /news.milli.az

Xəbərlər     Baxılıb: 1427   Tarix: 30 may 2021
f Paylaş

Oxşar xəbərlər

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

turlar.az

sac duzumleri həkim məsləhəti gözəllik məhsulları darcin faydasi sepgilere qarsi maska her sey daxil intim münasibətləri kosmetika qu quşu faydalı bilgilər baldıza aid hakışta ana haqqinda bayati sirniyatlar