Koronavirus daha çox 8-ci gün ağırlaşır - HƏKİMLƏR
Son günlər koronavirus xəstələrinin daha çox 7-8-ci gün ağırlaşıb, artıq stasionar klinika müalicəsinə gətirilməsi statistikası artır.
Milli.Az xəbər verir ki, Rusiyalı stasionar həkimlər aprel-may aylarına nisbətən bu dəfəki xəstələrin daha qısa müddətə ağırlaşdığını bildirir.
"Koronavirus çox qısa müddət davam edir. İnsan yoluxandan 3-7 gün sonra əlamətlər başlayır, ilk əlamətdən sonrakı günlər xəstəliyin gedişi hesab olunur. Ümumi 14 gün çəkir. Bu 14 günün içində ən təhlükəlisi 6-7-8-ci gün hesab edilə bilər. Son günlər evdə qalan xəstələrin məhz 7-8-ci gün birdən ağırlaşdıqlarının və xəstəxanaya müraciət etdiklərinin şahidi oluruq".
Hərarətin qalxması infeksion xəstəliklərdə orqanizmin müdafiə mexanizmidir.
Xəstələr hərarətin heç 38 dərəcəyə qalxmasına imkan verməyərək tez-tez qızdırmasalıcılar qəbul edir. Bununla da sanki virusun daha dərinə getməsinə qapı açırlar.
Yüksək temperaturda endogen interferon sintez olunur, məhz bu interferon virus əleyhinə təsir edir. Ona görə hərarəti tez salmaq səhvdir. Qızdırmasalıcı yalnız hərarət 39-a çatdıqda istifadə oluna bilər. /medicina.az
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq