Koronavirus dövründə ağciyər xərçəngi xəstələrinin sayı niyə artıb? - Əlamətlər

Koronavirus dövründə ağciyər xərçəngi xəstələrinin sayı niyə artıb? - ƏlamətlərAmerika Onkoloji xəstələr birliyinin məlumatlarına görə, ağciyər xərçəngi getdikcə cavanlaşır və digər ağciyər xəstəliklərinin simptomları ilə səhv salındığından xəstələr tərəfindən gec mərhələdə aşkarlanır.
Son 1 ildə koronavirus pandemiyası ilə bağlı bir çox insanlar, xüsusən orta yaşlı kişilər KT müayinəsindən keçdiyindən, çox xəstələrdə koronavirusun spesifik əlaməti olan buzlu şüşə aşkarlanmasa da, ağciyərin müxtəlif patologiyaları və eləcə də ağciyərdə törəmələr aşkarlanıb.
Ona görə də pandemiya dövründə ağciyər xərçəngi statistikasında artım müşahidə olunub.
Ağciyər xərçəngi elə gizli inkişaf edir ki, xəstə uzun aylar heç bir əlamət hiss etmir. Hiss etdiklərini isə soyuqdəymə, siqaret və s. bağlayır.
Milli.Az ağciyərdə şiş olmasına şübhə yaradan əlamətləri təqdim edir.
1.Qanlı öskürək
Hər dəfə öskürək tutmaları zamanı bronxlardan qanlı, açıq çəhrayı və ya rəngini dəyişmiş bəlğəm gəlirsə, təcili həkimə getməlisiz.
2.Səbəbsiz arıqlama
Qısa müddət çəki itirilməsi xərçəngin əlamətlərindən biridir. Nə qədər qidalansanız da çəkidə artım olmur.
3.Sümüklərdə ağrılar
Bu zaman sanki sümüklərin içi ağrıyırmış kimi hisslər keçirirsiz. Sümüklər metastaza həssas orqanlardır. Bu ağrı artritdə də ola bilər, ağciyər problemində də. Ona görə ayaq, bel, çanaq ağrılarında təkcə sümük rentgeni yox, ağciyərləri də yoxladın.
4.Döş qəfəsində ağrı
Əgər nəfəs alıb verəndə ağrı hiss edirsizsə, bəzən bu ağrını ürək ağrısı ilə səhv salırsızsa, mütləq ağciyərləri yoxladın
5.Xroniki respirator problemlər
İnsan respirator xəstəliklərə yoluxanda, pnevmoniya olanda bir müddət sonra xəstəlik geri çəkilir, müalicəyə tabe olur.
Ağciyər xərçəngində insan bu xəstəliklərə tez-tez yoluxur, amma keçib getmir, aylarla onunla qalır. Həkimlər antibiotik yazır, pnevmoniyanı müalicə edir, amma əsas xəstəlik diqqətdən qaçır.
6.Sinədə xırıltı, xışıltı
Ağciyərlərdə hava axını dolaşanda daxildən xırıltı səsi gəlir. Bu fit kimi küy həkimi şübhələndirməlidir.
7.Səsin dəyişməsi, boğuqluq
Sağlam ağciyərləri olan insan aydın, təmiz səslə danışır. Amma xərçəngin elə birinci mərhələsində xəstənin səsi dəyişir, səs xırıltılı olur, boğuq tonda danışır. Həkim boğaz, qırtlaq, ağciyərləri tam yoxlamalıdır ki, səsdəki bu dəyişikliyin səbəbini dəqiq tapsın.
8.Xroniki yorğunluq
Artıq onkologiyaya tutulmuş insan əzgin, yorğun, halsız olur. Səhərlər heysiz oyanır, bir işin arxasıyca getmək istəmir, heç nəyə həvəsi olmur. Yüngül bir iş gördükdə tez yorulur, uzanmaq istəyir. İştahı qaçır. Əvvəlki rejiminin öhdəsindən gələ bilmir. Üstəlik təngnəfəslik yaranır.
9.Mövsüm allergiyaları bitmir
Əslində qəribə əlamətdir. Çünki bu allergiyalardan çox insan əziyyət çəkir. Allergiyalı insan yazda havada çiçək tozlarından zərər çəkir. İmmun sistem dərhal reaksiya verir. Sinuslar dolur, fit kimi küy gəlir. Nəfəs ala bilmir. Əgər bu kimi mövsümi allergiya əlamətləri zamanla itmirsə, azalmırsa, o zaman ağciyərlər üzrə həkimə müraciət etmək lazımdır. Bu zaman daqnozda ağciyər xərçəngini istisna etmək lazımdır.
10.Döş qəfəsinə yaxın limfaların şişməsi
Ümumiyyətlə, xəstənin limfa düyünləri tez-tez şişirsə, bərkiyirsə, ölçüsü böyüyürsə, ətraf orqanlar diqqətlə müayinə olunmalıdır
Qeyd: Günə 2 qutu və artıq siqaret çəkən istər qadın, istər kişilər ildə bir dəfə ağciyərlərini tam müayinə etdirməlidir. Onların ağciyər xərçənginə yoluxma riski 54% çoxdur.
Ağciyərlər üçün ən dəqiq müayinə növü döş qəfəsinin KT müayinəsidir.
Eləcə də onkimarker qan analizi verilə bilər. /medicina.az
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1214   Tarix: 29 oktyabr 2020
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

turlar.az

maskalar geymler 2026 toy makiyaji sekilleri əkizlər bürcü veten haqqinda atalar sozu ayaqqabı və çanta kolbasa hazirlanmasi kosmetika xanim.az sağlıq kondom nedir faydalı bilgilər baldiza aid