Koronavirus əbədi olaraq bizimlə qalacaq, heç yerə getməyəcək - Virusoloq akademik

Koronavirus əbədi olaraq bizimlə qalacaq, heç yerə getməyəcək - Virusoloq akademikSeçenov adına universitetin Mikrobiologiya, virusologiya, immunologiya üzrə kafedranın rəhbəri, akademik Vitaliy Zverev koronavirusdan qorxmağı unutmağa çağırıb.
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, akademik koronavirusun bundan sonra insan populyasiyasında əbədi qalacağını bildirib.
"Virusa qalib gəlmək, pandemiyanı bitirmək ayrı, amma məsələyə elmi yanaşmaq ayrı. İş ondadır ki, virusu bizi tamam tərk edəcəyinə dair heç bir ciddi əsas yoxdur.
Dünya var olandan biz çox virus infeksiyaları ilə mübarizə aparmışıq. Hələ ki, cəmi bir virusu tamam yoxa çıxarmışıq. O da təbii çiçək. Bu virusa qarşı bütün dünya səfərbər olmuşdu və yaxşı bir vaksin icad edildi, hamını da peyvəndlədilər.
Bundan sonra çiçək xəstəliyi geri qayıtmayacaq. Çünki bu virusa yoluxmuş insanlar artıq qalmayıb.
Koronavirusu isə yer üzündən tamam məhv etmək mümkün olmayacaq. Çünki effektiv vaksini yoxdur və aramızda bu virusa yoluxub sağalmış insanlar var.
Koronavirus əsrlər boyu iç-içə yaşadığımız qrip, adenovirus, rinoviruslar kimi bizimlə olacaq. İnsan populyasiyasında 4 növ koronavirus olub, bu da 5-cidir. Bəli, ən mürəkkəbidir, amma neyləmək olar.
İndi qorxu, vahimə, panika qaldırmağa heç gərək yoxdur. Virusun alovlanmasını sönükdürüb, daha az insan itkisinə çalışmalıyıq.
POPULYASİYA OLMUŞ VİRUS HEÇ VAXT ÖLMÜR
Şükür edək ki, koronavirus çiçək xəstəliyi deyil. Hətta ağır qrip də deyil. Onlar daha dəhşətli viruslar idi. Populyasiya olmuş virus heç vaxt ölməyəcək. İnsan sadəcə bu virusa qarşı immunitet qazanacaq.
Nəticədə bütün yer üzünün 70% və bir qədər çox əhalisi virusa yoluxacaq. Əsasən yüngül formada. Sonra isə hər şey qazanacağımız immunitetdən asılı olacaq. Uzunmüddətli möhkəm immunitet olacaq, yoxsa zəif,qısamüddətli. Yalnız ondan sonra virusun necə davranacağı barədə danışmaq olar. Periodik olaraq insanlar yoluxub xəstələnəcək. Lakin indiki kimi pandemiya olmayacaq".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1305   Tarix: 14 aprel 2020
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Ananas düşündüyünüz qədər məsum deyilmiş: Dilinizi "yeyən" meyvənin gizli zərərləri

​Tropik meyvələr arasında həm dadı, həm də ekzotik görünüşü ilə ən çox sevilənlərdən biri olan ananas sağlam qidalanma siyahılarının əvəzolunmazı hesab olunur. Vitamin mənbəyi kimi tanınan bu "ekzotik kral" arıqlam

.

Xorultudan qurtulmağa kömək edən MƏHSULLAR

Xorultu bir çox insanın qarşılaşdığı narahat edici problemlərdən biridir.  xəbər verir ki, bu hal təkcə yuxu keyfiyyətini aşağı salmır, həm də ailə üzvlərinin rahatlığını poza bilir. Mütəxəssislər bildirir ki, bəzi məhsulları

.

Limonlu çay içənlər niyə daha uzun ömür sürür? - Mütəxəssislər açıqladı

Son araşdırmalar göstərir ki, gündəlik limonlu çay içmək sağlamlığa ciddi faydalar gətirir və ömrü uzada bilər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, limon C vitamini və flavonoidlər baxımından zəngin bir meyvədir

.

Kilosu 1 manata satılır, üzünə baxan yoxdur - Damarları açır, ürəyi gücləndirir

Bazarlarda çox vaxt yanından keçdiyimiz, kifayət qədər önəm vermədiyimiz qara kök əslində şəfa mənbəyidir. Tünd bənövşəyi rəngi ilə diqqət çəkən bu tərəvəz son zamanlar qidalanma ekspertlərinin ən çox tövsiyə etdiyi məhsulla

.

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

Yemək zamanı su içməyin sağlam insanlarda həzmi asanlaşdırdığı bildirilsə də, reflüks xəstələrində mədə daxili təzyiqi artıra biləcəyi ilə bağlı xəbərdarlıq edilib.  xəbər verir ki, xalq arasında yayılmış "yeməklə s

.

Hər gün saçını yuyanlara pis xəbər: Mütəxəssislər xəbərdarlıq edir

Son zamanlar mütəxəssislər saç baxımı ilə bağlı geniş yayılmış vərdişlərdən biri - saçın hər gün yuyulmasının zərərli ola biləcəyi barədə xəbərdarlıq edirlər. xəbər verir ki, dermatoloqların sözlərinə görə, saçın gündəli

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Albalının xərçənglə mübarizədə rolu

Texas Universitetinin alimləri müəyyən ediblər ki, tünd şirin albalılarda olan antosiyaninlər üçqat mənfi süd vəzi xərçənginin böyüməsini yavaşlada və metastaz riskini azalda bilər, xüsusilə ağciyərlərə yayılma zamanı. -ı

.

Bu çərəz mədə yanmasını anında kəsir: Cəmi bir ovuc kifayətdir

Cəmi bir ovuc ağ ləbləbi yemək mədə yanması və qıcqırmasını qısa müddətdə yüngülləşdirə bilir.  xəbər verir ki, ağ ləbləbi tərkibindəki komponentlər sayəsində mədədəki artıq turşunu balanslaşdırmağa kömək edir. Eyni zamanda

turlar.az

sade makiyaj sekilleri geyim şəkilləri aksessuarlar geyimler saç hörükləri 2026 geyimi piroqlar kosmetika qadin.az öpüşme usaq geyimleri atalar sozu badambura