Koronavirus haqqında yayılan MİFLƏR və FAKTLAR

Koronavirus haqqında yayılan MİFLƏR və FAKTLARİnsan psixikası elə qurulub ki, ən yaxşısına inanmaq istəyir. Son zamanlarda isə şad xəbərlərə daha çox ehtiyacımız var. Təəssüf ki, bu reallıqdır. Bəlkə elə deyil? Bəlkə koronavirus pandemiyasının təhlükəsi həddindən artıq şişirdilib?
Virusun yayılması haqqında çox versiyalar irəli sürülür. Bəziləri onun təhlükəli və ölümcül olduğunu düşünmür. Bir çoxları hesab edir ki, bu virus qripdən daha təhlükəli deyil. Bu cür versiyaların müəllifləri arasında yalnız tibbdən uzaq olan politoloqlar və iqtisadçılar deyil, həkimlər də var.
Xüsusilə son günlərdə piterli terapevt Aleksandra Novoselovanın sosial şəbəkədə paylaşımı böyük müzakirlərə səbəb olub. O, hesab edir ki, xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə görülən tədbirlərin bir çoxu effektsizdir:
"Sosial şəbəkələrdə insanların karantin rejimi və özünü təcrid etmək sayəsində virusdan xilas olacağı ilə bağlı hədsiz sadəlövh ümidləriylə qarşılaşıram. Evdə qalaq! Virus bizi tapmayacaq! Kütləvi informasiya vasitələri də onlara səslənir ki, evdə oturun, yoluxmayın və yoluxdurmayın! Virusu aldatmaq mümkün deyil. Çoxdan məlum olan bir epidemioloji qayda var. Əhalinin yarısı xəstələnməsə və ya respirator xəstəliklərə qarşı peyvənd tapılmayana qədər pandemiya dayanmayacaq".
Terapevt əmindir ki, dünyanın bir çox ölkəsinin səlahiyyətlilərinin insanları kütləvi şəkildə təcrid çağırışları mənasız və hətta zərərlidir:
"Dünyada insanlar virusa nə qədər sürətli yoluxsa, ona qarşı immunitetin yaranması prosesi bir o qədər tezləşəcək. Əlbəttə ki, karantin eyni vaxtda xəstələrin ümumi sayını azaldır, amma 2-3 həftədən sonra evdən çıxanda onsuz da bu xəstəliyə yoluxacaq".
Publika.az kp.ru-ya istinadən xəbər verir ki, rusiyalı immunoloq, ictimai sağlamlıq və beynəlxalq səhiyyə sahəsi üzrə ekspert, tibb elmləri namizədi Nikolay Kryuçkov həmkarının bu iddialarına cavab verib. Ekspertin koronavirusla bağlı görülən tədbirlər haqqında fikirlərini təqdim edirik:
"İndiki pandemiya dövründə dünyada yeni infeksiyaya qarşı mübarizə üçün üç strategiya tətbiq olunur. Birinci yanaşma - qoy insanlar kütləvi şəkildə xəstələnsin və təbii şəkildə kollektiv immunitet yaransın. İkinci seçim - yoluxmuş şəxslərin aşkarlanması və onların karantinə yerləşdirilməsi. Üçüncü yanaşma - universal karantin və sınaqdır.
İlk yolla getməyə qərar verən ölkələr var. Məsələn, Niderland, Böyük Britaniya, Almaniya, İsveç. ABŞ uzun müddət tərəddüd etdi. Nəticədə, çox keçmədən yeni xəstəliklərin və ölüm hallarının sayı artdı və bu ölkələr üçüncü yola başladılar. Ancaq artıq gecikmişdilər.
Bəli, ikinci yanaşma bəzi ölkələrdə - məsələn, Sinqapur və Cənubi Koreyada da tətbiq olundu. Ancaq orada epidemiyanın ilk günlərindən fəal işləməyə başladılar və xüsusi üstünlüklərdən istifadə etdilər. Bunların arasında, xüsusən də mobil rəqəmsal texnologiyaların yüksək səviyyədə inkişafı dayanır. Təcrübə artıq inandırıcı şəkildə göstərdi ki, karantin tədbirləri görülmədən "immun qatının" meydana gəlməsini gözləmək on minlərlə insanın ölümünə və COVID-19-un ağır nəticələrinə yol açır".
Ekspertin sözlərinə görə, xüsusi həssas qruplar üçün təcrid olunmuş karantin təəssüf ki, təcrübədə təsirsizdir. Odur ki, səhiyyə sistemlərinin ağır vəziyyətlərin öhdəsindən gəlməsi üçün pandemiyanı yavaşlatmaq vacibdir. Yeri gəlmişkən, bu müddət ərzində koronavirusa qarşı effektivliyi sübut edilmiş dərmanların tapılması da istisna deyil.
Koronavirus haqqında yayılan MİFLƏR və FAKTLAR"Ümumiyyətlə, baş verənləri bir növ "beynəlxalq psixoz" kimi qiymətləndirirəm. Çünki bu virus bütövlükdə sivilizasiya üçün real risk daşımır. Xəstələrin çox az faizi ölür. Əslində bu, qrip səbəbilə ölüm halları ilə müqayisə edilə bilər", - deyə terapevt Aleksandra Novoselova deyir. Üstəlik, onun sözlərinə görə, koronavirusdan əziyyət çəkən ağır xəstələrin sayı son dərəcə azdır. Qalan hər kəs xəstəliyi yüngül və ya orta ağırlıqda keçirir. Ya da ümumiyyətlə xəstələnmir.
"Ancaq vahimə, qorxu viral infeksiyaların yayılma və şiddətlənməsinə kömək edir. Çünki qorxu zamanı çox sayda stress hormonu, kortizol istehsal olunur. Bu hormon immunitet sistemini iflic edir, müdafiə və nəzarət mexanizmlərini sıxışdırır: qoruyucu antikorların sintezinə maneə törədir, viruslara hücum edən hüceyrələrin aktivləşməsini əngəlləyir və s. Lakin endorfinlər (sevinc və məmnuniyyət hormonları) immun sistemini aktivləşdirir", - deyə terapevt Novoselova açıqlamasından qeyd edib. O, səlahiyyətliləri ağlabatan tədbirlər görməyə çağırır.
"Vahimə pandemiya ilə mübarizədə həqiqətən pis təsir edir", - deyə Nikolay Kryuçkov Aleksandra Novoselova ilə razılaşır. Lakin immunoloq bu fikirdədir ki, vahimə və çaxnaşmanın immun sisteminə təsiri və virusa qarşı müqaviməti azaltması açıq şəkildə şişirdilib:
"Zərərlərə gəlincə, indi pandemiya sürətlənib. Yüksəlmə mərhələsindəki ölkələrin böyük əksəriyyətində bəzi ekspertlər ən pik həddi qeydə alırlar. Yəni problemin həlli təəssüf ki, hələ uğurlu nəticəyə yaxınlaşmır. Üstəlik, dünyada artıq 1,7 milyondan çox yoluxmuş və 44 mindən çox ölən var".
N.Kryuçkov koronavirusun ölüm əmsalı göstəricisini qriplə müqayisə etməyin doğru olmadığını qeyd edib.
Novoselova isə virusa yoluxma riskindən narahat olanları inandırır ki, təşvişə düşməyə gərək yoxdur:
"Qrip virusu 2-3 infeksiya qabiliyyətinə malikdir, koronavirus 3-4, qızılca 12-16. Qızılca daha çox yoluxucudur! Ailənizin bir üzvü xəstə ilə təmasda olsa da, çox narahat olmayın. Virusun insan bədənindən kənarda sağ qalma müddəti 3-4 saat arasındadır. Odur ki, evə gələn adam əşyalarını 3-4 saat açıq havada saxlasa, heç bir problem olmayacaq. Virus təhlükəsiz şəkildə öləcək".
Aytən Məftun

Sağlamlıq     Baxılıb: 2438   Tarix: 14 aprel 2020
f Paylaş

Oxşar xəbərlər

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Qara zirə (Çörək otunun) faydaları

1.Qara zirənin üyüdülmuş dənələrini balla qarişdirilmiş halda istifadə etmək öd kisəsindəki və böyrəklərdəki daşları əritməyə kömək edir. 2.Qara zirə orqanizmin iş qabiliyyətini və həyat tonusunu yüksəldir. 3.Qara zirəni

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR - TÖVSİYƏ

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Diyetoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dəri üçün faydalı olan çoxl

.

Kişilər bu süddən içsə qadınlar məmnun qalır - Cinsi gücünü artıran vasitə

Badam hələ qədim zamanlardan kişilərdə cinsi gücünü artıran vasitə kimi tanınır. Badamın tərkibində olan nadir arginin aminturşusu təbii potensiya stimullaşdırıcısıdır. Həmçinin badam testosteronun ifrazını artıran maqneziu

turlar.az

kosmetik vasiteler qis geyimləri 2026 kosmetika mehsullari saç kəsimləri 2026 qadın saglamlig cümə gününün duası kosmetika vətən haqqında atalar sözləri novruz hakışdaları veten qaynana hakista qizliq perdesi