Qatıq yeməyin də saatı varmış: Faydası qat-qat artır

Qatıq yeməyin də saatı varmış: Faydası qat-qat artırQatıq istehlakının faydası yalnız onun tərkibindən deyil, həm də nə vaxt yeyildiyindən asılıdır. Araşdırmalar göstərir ki, düzgün zamanda yeyilən qatıq həzmdən enerjiyə qədər bədəndə mühüm fərqlər yaradır.
Milli.Az xəbər verir ki, qatıq günün hər saatında yeyilə bilən nadir qidalardan biri kimi diqqət çəkir. Ancaq söhbət tək bir paydan gedirsə, yəni qatıq gün ərzində yalnız bir dəfə yeyiləcəksə, elmi məlumatlar və həzm sistemi üzərində aparılan tədqiqatlar müəyyən bir vaxt dilimini ön plana çıxarır.
Araşdırmalara görə, qatıq tək bir pay kimi yeyiləcəksə, ən səmərəli vaxt səhər saatlarıdır. Bunun əsas səbəbi həzm sisteminin günün ilk saatlarında ən aktiv dövrünü yaşamasıdır. Oyandıqdan sonra artan mədə turşusu və həzm fermentləri qatığın tərkibindəki probiotiklərin bağırsaqlara daha sürətli və effektiv şəkildə çatmasını təmin edir. Eyni zamanda, zülalların parçalanması və sorulması da bu saatlarda daha məhsuldar baş verir. 2025-ci ildə aparılan tədqiqatlar üzə çıxarıb ki, səhər yeyilən qıcqırdılmış süd məhsulları insulin həssaslığını artırır və gün boyu qan şəkəri balansını qorumağa kömək edir. Bu da qatığın səhər yeyildiyi təqdirdə yalnız həzmi deyil, həm də ümumi maddələr mübadiləsini dəstəklədiyini göstərir.
Səhər yeyilən qatıq təsirini yalnız həmin yeməklə məhdudlaşdırmır. Tərkibindəki probiotiklər bağırsaq florasına günün erkən saatlarında daxil olaraq həzm prosesinə gün ərzində müsbət təsir göstərir. Bundan əlavə, qatığın zülal tərkibi toxluq hissini uzadaraq gün ərzində qəfil aclıq krizlərinin qarşısını ala bilir. Bu isə həm daha balanslı qidalanmağa, həm də enerji səviyyəsinin qorunmasına töhfə verir.
Lalə Qüdrətova
Milli.Az

Xəbərlər     Baxılıb: 898   Tarix: 26 mart 2026
f Paylaş

Oxşar xəbərlər

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

turlar.az

hamiləlik toy makiyaji sekilleri gozel gorunmek xina qoymaq qaydasi geyim kombinləri kivi murebbesi bürc xəbərləri kosmetika pehriz hesaplama bayati zəhmət ziyafet geyimleri