Koronavirus hüceyrələrlə "zombi" kimi davranır - FOTO
Alimlər tərəfindən koronavirus hüceyrəsinin yeni fotoşəkli hazırlanıb.
Milli.Az xəbər verir ki, alimlərin hazırladığı görüntü koronavirusun təxminlərdən daha təcavüzkar olduğunu və "zombi" kimi davrandığını göstərib.
San-Fransisko Universitetinin alimləri koronavirusun yeni görüntüsünü paylaşaraq, orqanizmdəki hüceyrələrə necə zərər vurduğunu göstəriblər. Virusun davranışının dünyada yaşanmış heç bir epidemiyaya bənzəmədiyini qeyd edən elm adamları yeni görüntü ilə vəziyyətin daha qorxulu ola biləcəyini iddia ediblər.
Virusa yoluxan hüceyrələrdə çıxıntıların yarandığını üzə çıxaran alimlər xəstə hüceyrələrin bu çıxıntılar vasitəsilə yayıldığını müəyyənləşdiriblər.
Mütəxəssislər virusa yoluxmuş xəstə hüceyrələrin "zombi"yə bənzədiyini vurğulayıblar. (publika.az)
Milli.Az /news.milli.az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir