Koronavirus kişilərdə sonsuzluğa səbəb olur? - Uroloq AÇIQLADI

Koronavirus kişilərdə sonsuzluğa səbəb olur? - Uroloq AÇIQLADIXəbər verdiyimiz kimi, bir çox mütəxəssis araşdırma nəticəsində bu qənaətə gəlib ki, koronavirus kişilərdə cinsi zəifliyə, hətta sonsuzluğa səbəb ola bilər.
Milli.Az xəbər verir ki, Rusiya Səhiyyə Nazirliyinin Milli Tibbi Tədqiqat Endokrinoloji Mərkəzinin Reproduktiv Texnologiyalar şöbəsinin aparıcı elmi işçisi, uroloq-androloq Sergey Boqolyubov bu xəbərlərə aydınlıq gətirib.
O, qeyd edib ki, koronavirusun kişinin reproduktiv sisteminə daxil olması asan deyil.
"İnfeksiyanın yalnız qan vasitəsilə daxil olması mümkündür. Amma bu, ağciyər toxumasına ciddi ziyan vurmaqla, yəni xəstəliyin ağır gedişi nəticəsində baş verə bilər" - ekspert qeyd edib.
Çin və Amerika alimləri belə nəticəyə gəliblər ki, xəstəliyin kəskin dövründə müayinə olunan kişilərin təxminən 15% -nin, bərpa mərhələsində isə 8%-nin spermasında COVİD-19 aşkar edilib. Virusun nə qədər davam edə biləcəyi ilə bağlı məlumat olmasa da, bu istiqamətdə daha geniş araşdırmalar tələb olunur.
Ancaq uroloq qeyd edib ki, qızdırma, bədənin intoksikasiyası, antibiotiklər və antiviral dərmanlar qəbul etmək, xəstəliyi müşayiət edən hipoksiya reproduktiv funksiyaya müəyyən təsir göstərir. (publika.az)
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1499   Tarix: 31 iyul 2020
f Paylaş

Oxşar xəbərlər

.

Dərin və sağlam yuxu üçün təbii həll: Aşvaqanda

Modern həyatın sürətli tempi bir çox insanın keyfiyyətli yuxu almasına mane olur. Bir çox insan bu problemin həllini yan təsirləri ola bilən sintetik yuxu dərmanlarında axtarır. Son illərdə isə sağlamlıq dünyası bu problemi

.

Uzun müddət oturmağın zərərini azaltmağın ən sadə yolu açıqlandı

Hər saatda cəmi beş dəqiqəlik qısa fasilə vermək uzun müddət oturmağın sağlamlığa mənfi təsirlərini azaltmaq üçün ən təsirli üsullardan biri hesab olunur. "British Journal of Sports Medicine" jurnalında dərc oluna

.

Uşaqlara Crocs ayaqqabılar geyindirməyin - Səbəb

"Formalaşmaqda olan uşaq pəncəsinin normal inkişafı üçün Crocs tipli ayaqqabılar uyğun hesab edilmir". xəbər verir ki, bu sözləri pediatr-nevroloq Nurəngiz Hacıyeva bildirib. Onun sözlərinə görə, sintetik materialda

.

Kimlər qan üçün donor ola bilməz?

Qan donorluğu minlərlə insanın həyatını xilas etsə də, hər kəs donor ola bilmir. xəbər verir ki, həkimlərin sözlərinə görə, həm donorun, həm də qan alan şəxsin təhlükəsizliyi üçün müəyyən məhdudiyyətlər mövcuddur. Mütəxəssislə

.

Su içmək üçün ən doğru vaxtlar

Orqanizmin sağlam fəaliyyəti üçün gün ərzində kifayət qədər və düzgün vaxtlarda su içmək böyük əhəmiyyət daşıyır. qafqazinfo-ya istinadən xəbər verir ki, su istehlakı bədən istiliyinin tənzimlənməsinə, həzm sisteminin işləməsin

.

Pomidor yeyərkən iki dəfə düşünün

Mütəxəssislər xəbərdarlıq edirlər ki, zəngin qida dəyərinə malik olan pomidor tərkibindəki yüksək turşuluq və histamin səbəbindən bəzi xroniki xəstəlikləri olan şəxslərdə ciddi sağlamlıq problemləri yarada bilər. xəbər veri

.

Akromeqaliya: Böyümə hormonu artıqlığının əlamətləri, diaqnozu və müalicəsi

Akromeqaliya bədəninizin həddindən artıq böyümə hormonu (GH) istehsal etməsi nəticəsində yaranan bir endokrin xəstəliyidir. Böyümə hormonu artıqlığı qaraciyərdən ifraz olunan "insulin bənzəri böyümə faktoru 1" (IGF-1

.

İnsan neçə dəqiqəyə yuxuya getməlidir?

Yuxuya getmək üçün sərf olunan vaxt insanın sağlamlıq vəziyyəti haqqında mühüm ipucları verə bilər. xəbər verir ki, mütəxəssislərin fikrincə, sağlam insanın adətən 10-20 dəqiqə ərzində yuxuya getməsi normal hesab olunur

.

Köp niyə yaranır və ondan necə xilas olmaq olar?

Hər yeməkdən sonra qarnınızda narahatlıq və doluluq hiss edirsinizsə, bu, bədəninizin həzm prosesində çətinlik çəkdiyinin siqnalıdır. Şişkinlik qaçılmaz bir hal deyil, düzgün vərdişlərlə idarə oluna bilən bir prosesdir. xəbə

turlar.az

qadın geyimi hamiləlik geyim seçimi peçenye reseptləri xiyar tutması maraqli hind filmleri xina yaxdi sozleri kosmetika xanım az vusale elizade novruz bayramina aid hakista novruz bayrami hakisda masqalar