Koronavirus kökəlməyə səbəb olur?
Tibb elmləri namizədi, endokrinoloq Yuri Poteşkin "Sputnik" radiosuna müsahibəsində bildirib ki, koronavirus infeksiyası insanın çəkisinin dəyişməsinə səbəb ola bilər.
Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, professorun sözlərinə görə, çəkidə dəyişiklik bir çox xəstəliklərə xas olan iştahın azalması ilə bağlıdır.
Bununla belə, o qeyd edib ki, koronavirus xəstələri adətən kökəlirlər və bunun 2 səbəbi var:
"Birincisi, insanlarda fiziki aktivlik əhəmiyyətli dərəcədə azalır. İkinci məqam qəribə də olsa, xəstəlik zamanı çox miqdarda yağlı yeməklərin qəbuludur. Bu, orqanizmin özünü enerji ilə təmin etmək və müsbət emosiyalar yükü almaq istəyi ilə bağlıdır".
Mütəxəssis əlavə edib ki, koronavirusa yoluxan insanların bədən çəkisində 10-15% artım olur. Fiziki fəaliyyətin tədricən artması və düzgün seçilmiş pəhriz formanı bərpa etməyə kömək edir. (publika.az)
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi