Koronavirus peyvənd olunmayan insanlarda mutasiya edir

Koronavirus peyvənd olunmayan insanlarda mutasiya edirPeyvənd olunmayan insanlar koronavirusun mutasiyalarının həyata keçirildiyi mənbədir.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyinin yoluxucu xəstəliklər üzrə Baş mütəxəssisi Vladimir Çulanov peyvənd olunmayan insanların bütün cəmiyyət üçün təhlükəsinin dərəcəsi barədə danışarkən deyib. Koronavirus onların orqanizmində nəzarətsiz yayılır, heç bir müqavimətlə qarşılaşmır, mutasiya və təkamül etməyə qadirdir. Hər bir yeni mutasiya əvvəlcə "delta" ştamı, indi isə "omikron" ştamı ilə baş verdiyi kimi əhəmiyyətli dərəcədə daha yoluxucu ştamın peyda olunmasına gətirə bilər.
"Omikron" ştamı "delta" ilə müqayisədə 70 dəfə daha yoluxucudur. İlkin müşahidələr göstərir ki, "omikron" ştamının bir daşıyıcısı ətrafında olan 100-ə yaxın insanı bu virusla yoluxdura bilər. "Omikron" ştamının çox vaxt koronavirusun ən ağır versiyasına səbəb olmamasına baxmayaraq, əvvəlki ştamdan fərqli olaraq, yoluxma hallarında artım mütləq şəkildə xəstəxanaya yerləşdirilmə və ölüm hallarında da artıma gətirəcək.
V.Çulanov hesab edir ki, məhz buna görə bütün bəşəriyyət səylərini insanların peyvənd olunmasına cəmləməlidir.
ÜST-nin məlumatına əsasən hazırda 90 ölkə əhalisinin koronavirusa qarşı peyvənd olunmasında 40 faizlik məqsədə nail olmayıb.
Azərbaycanda vaksinin hər iki komponenti ilə 18 yaşından yuxarı əhalinin 64 faizi peyvəndlənib. Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 milyon 648 min 496-dır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 974   Tarix: 23 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

turlar.az

qaşların formalari hamiləlik aksessuarlar yay geyimleri faydalı məlumat toy ideyalari hepatitlər kosmetika banan video balıq muellim seiri burclər