Koronavirus peyvəndlənməsi bitir? - AÇIQLANDI

Koronavirus peyvəndlənməsi bitir? - AÇIQLANDIKarantin qaydalarının yumşaldılması fonunda peyvəndlənmə dayandırılmalıdır. Azərbaycanda kollektiv immunitetin yaranması qənaətindəyəm. Hesab edirəm ki, artıq vaksinasiya prosesi ləngiməlidir. 
Publika.az xəbər verir ki, bu sözləri professor Adil Qeybulla deyib. 
Həkim bildirib ki, artıq kifayət qədər peyvəndlənmə həyata keçirilib:
Koronavirus peyvəndlənməsi bitir? - AÇIQLANDI"Təəssüflər olsun ki, peyvəndlənmədə xeyli yalançı qeydiyyatlar da var. Bununla yanaşı, prosesi artıq durdurmaq lazımdır. Mümkün qədər izahat işi aparmaq lazımdır ki, əgər hər hansı bir səbəbdən situasiya gərginləşərsə, karantin qaydaları yenidən sərtləşdirilə bilər". 
Mövzu ilə bağlı Səhiyyə Nazirliyindən bildirdilər ki, bu qərarı Operativ Qərargah verə bilər.
Koronavirus peyvəndlənməsi bitir? - AÇIQLANDIMövzu barədə açıqlama verməkdən imtina edən həkimlərin bir çoxu o fikirdədir ki, bu, TƏBİB, Səhiyyə Nazirliyi və Operativ Qərargahın vəziyyəti analiz etdikdən sonra verəcəyi birgə qərardan sonra qəbul ediləcək.  
Koronavirus peyvəndlənməsi bitir? - AÇIQLANDITƏBİB isə sorğumuza cavab olaraq bildirdi ki, ölkədə pandemiya ilə əlaqədar epidemioloji vəziyyət tam nəzarət altındadır. Xəstələnmə və stasionar müalicəyə ehtiyac yaranan hallar kifayət qədər azdır: "Məlumdur ki, pandemiya qlobal prosesdir, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən elan olunub. Bu baxımdan dünyada baş verən hadisələr daim izlənilir. Hazırda dünyanın bəzi ölkələrindəki proseslər də qiymətləndirilir, ümumi gedişat analiz edilir. Pandemiyanın aqibəti haqqında qlobal qərarlar ÜST tərəfindən qəbul edilir. Ölkəmizdə bildiyiniz kimi, gündəlik yoluxma sayında azalma müşahidə olunur". 
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus təşkilatın Cenevrədə keçirilən illik toplantısında bildirib ki, dünyada koronavirus pandemiyası davam edir və aşağı gəlirli ölkələrdə insanlar peyvəndin əhatə dairəsinin aşağı olması səbəbindən koronavirusa yoluxmağa davam edir.
Koronavirus peyvəndlənməsi bitir? - AÇIQLANDI"COVID-19 pandemiyası qətiyyən bitməyib. Təhlükə və risklərə əsasən sayıqlığımızı azaldırıq. Testdən imtina və ardıcıllığın olmaması o deməkdir ki, biz virusun təkamülünü hiss etmirik", - "Associated Press" ÜST direktorunun sözlərindən sitat gətirib. Qebreyesus qeyd edib ki, əldə edilmiş irəliləyişlərə və dünya əhalisinin 60 faizinin peyvənd olunmasına baxmayaraq, koronavirus pandemiyası virus hər ölkədə məğlub olana qədər bitməyəcək. Onun sözlərinə görə, ən az peyvənd əhatəsinə malik qitə olan Afrikada koronavirusdan ölənlərin sayı artmaqdadır. Yalnız 57 ölkə əhalisinin 70 faizini peyvənd edib.
"Qlobal peyvənd təchizatı yaxşılaşsa da, bəzi ölkələrdə vaksinin paylanması üçün kifayət qədər siyasi öhdəlik yoxdur, digərlərində isə əməliyyat və ya maliyyə imkanlarında boşluqlar var. Ümumiyyətlə, biz peyvəndlə bağlı yanlış məlumat və dezinformasiyanın səbəb olduğu qərarsızlığı görürük. Lakin biz buna son qoya bilərik", - ÜST rəhbəri bildirib.
Məlumat üçün bildirək ki, xarici KİV-lərin yazdığına görə, Qebreyesusun bu həftə ikinci beşillik müddətə ÜST-nin baş direktoru təyin ediləcəyi gözlənilir.

Sağlamlıq     Baxılıb: 1761   Tarix: 24 may 2022
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Qızlıq pərdəsi haqqında hər şey - 12 MƏLUMAT

1. Qızlıq pərdəsi nədir?. Qızlıq pərdəsi uşaqlıq yolunun girişinə yaxın yerdə, adətən 2-4 sm dərinliyində yerləşən nazik arakəsmədir. Qızlıq pərdəsinin aybaşılar zamanı menstrual ifrazatların orqanizmi tərk edə bilməsi üçü

.

Qara zirə (Çörək otunun) faydaları

1.Qara zirənin üyüdülmuş dənələrini balla qarişdirilmiş halda istifadə etmək öd kisəsindəki və böyrəklərdəki daşları əritməyə kömək edir. 2.Qara zirə orqanizmin iş qabiliyyətini və həyat tonusunu yüksəldir. 3.Qara zirəni

.

Cinsi fəallığı, intim həvəsi artıran vasitələr – AFRODİZİAKLAR HAQQINDA BİLMƏDİKLƏRİMİZ

Afrodiziak intim istək, eşq həzzi deməkdir. Bu söz qədim yunanların sevgi ilahəsi olan Afrodita adından götürülüb. Bəs, hələ qədim zamanlardan bu günə qədər insanların böyük maraq göstərdiyi afrodiziak vasitələr nə üçündür

.

Xalq təbabətinin əvəzedilməzi Nanə

Bir çox in . san mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yaban

.

İsladılmış badamın FAYDALARI - qan təzyiqi, infarkt

Faydaları saymaqla bitməyən badamın təsirini çoxaltmaq və bir dərman deposu halına gətirmək üçün sadəcə suda gözlətmək lazım olduğunu bilirdiniz?. 1. İsladılmış badam E vitamini, maqnezium, kalsium, Omeqa 3 kimi vitamin v

.

Sağlam və enerjili intim üçün cütlüklərə - 7 SİRR

Bəli biz cinsi əlaqədə olmağı sevirik, lakin heç birimiz robot olmadığımıza görə cinsi əlaqəyə həmişə hazır və istəkli olmaya bilərik.Xüsusilə də uzun müddətli münasibətlərdə həmişə cinsi əlaqəyə girmək mümkün olmaya bilər

.

Müalicəvi masajdan sonra nələrə diqqət edilməlidir?

Müalicəvi masajdan sonra bədənin reaksiyasını izləmək vacibdir. Əzələlər üzərində işlənildiyi üçün yüngül həssaslıq, dartılma və yorğunluq hiss edilə bilər. masaj edilən nahiyəni həddindən artıq yükləməmək və yaranan ağrını

.

Menstruasiya barədə düzgün məlumat - Qadınlar diqqət etsin

Ovulyasiyadan sonra deşilən (partlayan) follikulun yerində yumurtalıqda xüsusi struktur olan "sarı cisim" əmələ gəlir. Sarı cisim ikinci qadın cinsi hormonu olan progesteron hazırlayır. Progesteronun təsiri altınd

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

turlar.az

geyim necə seçməli makiyaj etmek qaydalari qaşların formalari hamilə qadın terxun kompotu ayaqqabı 2026 qis modasi kosmetika insan novruz bayramına aid hakışda sperma vətən həsrətinə aid bayatılar sirniyatlar