Koronavirus qarşısında hansı insanların psixoloji durumu tab gətirmir?

Koronavirus qarşısında hansı insanların psixoloji durumu tab gətirmir?Koronavirus pandemiyası və karantin rejimi bir çox insanların psixoloji durumu və dözümlülüyünə uyğun deyil. Elə insanlar kateqoriyası var ki, bu dönəmdə ciddi psixoloji çöküş və problemlər yaşayacaq.
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, psixoloqlar pandemiya dövrünü yaşayanları 2 qrupa bölüb: virusu qəbul etməyib, qorxmayanlar və çox arxayın olanlar. Digər qrup hər xırda əlamətdən qorxub, virusu məhz onu tutacağı panikası ilə təşviş keçirənlər.
Əslində qorxmamaq yaxşıdır düşünürsüz.Amma psixoloji baxımdan təhlükə vaxtı orqanizmə tam rahatlıq verən insanların yoluxma riski daha da artır. Psixoloqlar bildirir ki, insan beynini təhlükənin olmadığına əmin edəndə orqanizmdə müdafiəyə hazır olma düyməsi sönür, immunitet yatır və hazır vəziyyətdə olmur.
Ona görə virusun ən kiçik əlamətləri belə hiss olunmur və virus bədənə düşəndə immune cavab gec işə düşür.
Olub ki, həqiqətən koronavirusa yoluxmuş insan "adi soyuqdəymədir, keçib gedəcək, özünü təcrid nəyə lazımdır, adi həyata davam deyərək" gündəlik həyatına davam edib, həm özünün vəziyyəti gecikərək ağırlaşıb, həm də ətrafını yoluxdurub.
Həkimlər insanın ümumdünya təhlükə vaxtında heç vaxt heç nə olmayacağını düşünməsi təhlükəlidir.
Digər ikinci qrup həyəcan, təşviş, hər an yoluxacağını düşünənləri də neqativ nəticələr gözləyir.
Bir insan hər saniyə yoluxduğunu düşünərsə, onun orqanizmində elə bu virusa bənzər yalançı simptomlar baş qaldıra bilər. Heç nə olmadığı yerdə burundan su axma, boğazın tutulması, nəfəsalmada çətinlik və s
Xəstələnmək qorxusu və fikri psixosomatik şüuraltı təsir edir. Düzdür, bu adamların orqanizmi daim hücuma hazır ol rejimində çalışır. Amma stress sinir sistemini öldürür, damarlar sıxılır, qana adrenalin və kortizol çox sıçrayır. Bu isə infarkt, insulta, ürək tutmasına gətirib çıxara bilər.
Ona görə həm müdafiə tədbirləri görmək, həm də psixiloji olaraq qızıl məxrəci tutub psixoloji durumu sabit saxlamaq lazımdır. Yaxşı düşünün, amma laqeyd olmayın.
Pandemiya dövründə dövlət və ya psixoloji mərkəzlərin yaratdığı psixoloji yardımdan kömək istəyin, sakitləşdiricilər için, yaxşı yatın, müxtəlif psixoloqların onlayn seminarlarını izləyin.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1151   Tarix: 16 aprel 2020
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Dəridəki yara izlərini yox edən MÖCÜZƏVİ YAĞ: Faydasını çox az adam bilir

Yara və çapıq izləri bir çox insan üçün həm estetik, həm də psixoloji narahatlıq mənbəyidir. Xüsusilə üz və əllər kimi görünən nahiyələrdə olan bu izlər gündəlik sosial həyatda özünəinamı azalda bilir. . xəbər verir ki, bahal

.

Pəhrizdə ən böyük səhv tez-tez menyu dəyişməkdir

Qida rasionunu tez-tez dəyişməyən və gündəlik kalorini sabit saxlayan insanlar daha sürətli arıqlayır. xəbər verir ki, nəticələr "Health Psychology" jurnalında dərc olunub. 112 nəfərin iştirak etdiyi 12 həftəli

.

100 yaşlı Hollivud aktyoru uzunömürlülüyünün sirrini AÇIQLADI - FOTO

Dekabrda 100 yaşı tamam olan məşhur amerikalı aktyor və komik Dik Van Dayk uzunömürlülüyünün əsas sirrini açıqlayıb. . xəbər verir ki, o, həyata pozitiv baxmağın və heç vaxt kin saxlamamağın onu gümrah saxladığını bildirib

.

Allergiya mövsümü başladı: Gözlərinizin qorunma yolları

Bir çox insan qaşınma, sulu gözlər, qızartı və göz qapaqlarının şişkinliyini mövsümi reaksiya kimi qəbul edir, lakin bu, həm də infeksiya ola bilər. xəbər verir ki, bunu rusiyalı həkim Karina Kozina yerli KİV-ə açıqlamasınd

.

Bu testdən keçməyən yumurtanı əsla yeməyin

Aldığınız yumurtanın nə dərəcədə təzə olduğunu anlamaq hər zaman asan olmaya bilər. Evdə tətbiq edə biləcəyiniz bir neçə test sayəsində bayat yumurtaları asanlıqla aşkar edib, potensial zəhərlənmə riskindən xilas ola bilərsiniz

.

Çərəz yeyərkən "tək bir şərt" var

Qoz-fındıq və digər çərəzlər ürək sağlığından xərçəngə qədər bir çox xəstəliyə qarşı qoruyucu təsiri ilə seçilir.  xəbər verir ki, çərəzlər su tərkibi aşağı, lakin protein, sağlam yağlar, lif, vitaminlər (xüsusilə E vitamini

.

2 peşə sahibi Alzeymerin yanından belə keçmir - ARAŞDIRMA

Harvard Universitetinin apardığı tarixi araşdırma sübut etdi ki, dövrümüzün qorxulu yuxusu olan Alzeymerə qarşı ən güclü qalxan laboratoriyalarda deyil; hər gün tıxacda yol tapan taksi və təcili yardım sürücülərinin beynind

.

Limonlu çay içənlər niyə daha uzun ömür sürür? - Mütəxəssislər açıqladı

Son araşdırmalar göstərir ki, gündəlik limonlu çay içmək sağlamlığa ciddi faydalar gətirir və ömrü uzada bilər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, limon C vitamini və flavonoidlər baxımından zəngin bir meyvədir

.

Virusların yayılması artır - Həkim xəbərdarlıq etdi

Hava temperaturunun kəskin dəyişdiyi bu dövrlərdə immun sistemi zəifləyən insanlarda virusların yayılması sürətlənir. Qapalı məkanlarda daha çox vaxt keçirilməsi və kifayət qədər havalandırmanın olmaması isə bu xəstəlikləri

turlar.az

makiyaj instagram toy makiyajlari maskalar öskürəyin təbii müalicəsi alin yazisi xanim qafarova qazan kotleti badimcandan qisa hazirliq kosmetika terezi klitor kahfe falı burcler haqqinda bayati