Koronavirus sınağı: Azərbaycanı Belçikadan nə fərqləndirir?

Koronavirus sınağı: Azərbaycanı Belçikadan nə fərqləndirir?Azərbaycanı Avropanın inkişaf etmiş ölkələri ilə müqayisə etməyi çox sevirlər. Bu müqayisənin özü paradoksal, məntiqsiz və absurd olsa da, sosial şəbəkələrdəki "divan ekspertləri" 1 milyon qaçqın və məcburi köçkünü olan ölkəmizi Avropanın ən inkişaf etmiş ölkələri ilə "qarşılaşdırır", sonra da "geri qaldığımızı" vurğulayıb guya köks ötürürlər.
Gerçək isə tam fərqlidir.
Və ilk baxışdan bu "libertarian"lar üçün inanılmaz olsa da, Avropanın xeyrinə deyil.
Faktlara nəzər salaq və koronavirusun tüğyan etdiyi dövrümüzdə Azərbaycanı əhali sayına görə bərabər sayıla biləcək Belçika ilə müqayisə edək.
İqtisadiyyatı, maliyyəsi, səhiyyəsi, texnologiyası çox inkişaf etmiş Belçika indi Avropanın "üz qara"sıdır. Daha doğrusu, flamandlarla vallonların yaşadıqları ölkə inanılmaz "qara rekord" vurub. Səbəb - Belçika koronavirusdan ölənlərin əhali sayına nisbətindəki statistikasına görə dünyada ilk yeri tutur.
Koronavirus sınağı: Azərbaycanı Belçikadan nə fərqləndirir?11 milyon əhalisi olan Belçikada indi koronavirusa yoluxma ilə bağlı 41 min fakt qeydə alınıb.  Bu isə hər 100 min belçikalıdan 49 nəfərin koronavirusa yoluxması deməkdir.
Halbuki COVİD-19 koronavirusunun tüğyan etdiyi və Avropa Birliyində bu pandemiyadan ən çox zərər çəkən ölkə sayılan İtaliyada hər 100 min nəfərə 39, İspaniyada isə 43 ölüm halı düşür. Üstəlik, yaşlılara qayğı və təminat baxımından Avropada az qala nümunəvi ölkə sayılan Belçikada koronavirusdan ölənlərin əksəriyyəti qocalar evində olanlardır.
İndi bəlli olur ki, qocalar evlərində COVİD-19 ilə bağlı kütləvi testlər aparılmayıb.
Bu azmış kimi, 1079 pasiyent indi intensiv terapiya palatalarında koronavirusun cəngindədir
Rəsmi Brüsseo hesab edir ki, pandemiyanın piki artıq keçilib.
Ölkədə mayın 3-dək sosial izolyasiya rejimi qüvvədədir. Məktəbələr, şirkətlər və müəssisələr bağlanıb. Yalnız ərzaq dükanları və apteklər işləyirlər. Vətəndaşlara küçələrə çıxmaq yasaqlanmasa da, küçəyə yalnız təcili iş, idmanla məşğul olmaq və ya ailə üzvləri ilə qısamüddətli gəzinti üçün çıxmaq tövsiyə olunur.
Mayın ikinci ongünlüyündə isə Belçika izolyasiya rejimindən mərhələlərlə çıxmağı düşünür. Hakimiyyət dairələri vətəndaşlara tibbi maskaları unutmamağı məsləhət görür.
Lakin durum gerçəkdən də, rüsvayçıdır. İş o yerə çatıb ki, dövlət qurumları həkimlərə təzyiq edərək koronavirusa yoluxanlar və ölənlərlə bağlı statistikaya "düzəlişlər" tələb edirlər.
Gerçəkdən də, Avropa Birliyinin rəhbərliyinin çalışdığı ölkənin, AB-nin rəsmi paytaxtı hesab olunan Brüssel şəhərinin koronavirusun tüğyan etdiyi məkanlar kimi tanınması rəsmiləri qıcıqlandırır.
Təbii ki, Belçikada koronavirusla bağlı bərbad durum Qərbi Avropanın şokolad və pivə paytaxtına pandemiya başa çatandan sonra gəlmək istəyən turistlərin sayına da ciddi təsir edəcək.
Belçikanın baş naziri Sofi Vilmes "yaranmış situasiyadan çıxış yolu aranır" deyib: "Normal həyata nə zaman dönəcəyimizi bilmirik. Qarşıda uzun yol var".
Koronavirus sınağı: Azərbaycanı Belçikadan nə fərqləndirir?Belçika rəsmiləri "durum nəzarətdədir" deyərək vətəndaşları sakitləşdirməyə çalışsalar da, minimum avqustun 31-dək ölkədə istisnasız olaraq bütün kütləvi tədbirlərin yasaq altında qalacağı əsla şübhə doğurmur.
Əhalinin sayına görə Azərbaycanla müqayisə oluna biləcək Belçikada koronavirusla bağlı situasiya niyə belə fəlakət həddinə çatdı?
... Martın 18-də ilk dəfə elan olunmuş xüsusi rejimlə bağlı cəmiyyət tərəfindən ilk etirazlar bərbərxana sahiblərindən gəlmişdi. Belə ki, onlar hökumətin açıq qalmaq və eyni anda bir müştəri qəbul etmək planlarına etiraz etmiş və kompensasiya müqabilində onlar da iş yerlərinin bağlanmasını tələb edirdilər və buna nail oldular.  
Bundan başqa, tibbi maska çatışmazlığı ilə əlaqədar bir neçə səhiyyə işçisi etirazlarını bildirmiş, sosial şəbəkələrdə həyəcan təbili çalmış, hökuməti onları maskalarala təmin etməyə, insanlara isə ehtiyat kimi alıb yığdıqları maskaları xəstəxana və hospitallara tibb heyətinin istifadəsi üçün verməyə dəvət etmişdir.
Onu da vurğulayaq ki, martın 25-dən etibarən anbarlarda olmasına rəğmən, apteklərdə maska, spirt və antibakterial gellərin reseptlə satıla bilməsi də cəmiyyət tərəfindən narazılıq doğurmuşdur. Bu ləvazimatların ümumi çatışmazlığı hiss olunur.
Ölkədə vəziyyət o qədər absurd həddə çatıb ki, aprelin 1-də Belçika polisi həmkarlar İttifaqları şikayət edib. Polislər maskaların olmaması və çatışmazlığı ilə əlaqədar hökumətə yaxın günlərdə vəziyyət dəyişməzsə, tətil etməklə hədə-qorxu gəlmişlər. İnsanlarla ünsiyyətdə olmasını əsas gətirən polislər onların da həkimlər kimi maskalarla təmin olunmasına üstünlük verilməsini istəyirdilər.
Aprelin 3-dən ölkə üzrə bəzi ərzaq mağazalarının satıcıları maska və əlcək verilmədiyindən bir neçə günlük tətillər edərək mağazaların bağlı qalmasına səbəb olmuşlar. 
Ümumiyyətlə karantin rejimi dövründə, Belçika əhalisinin o qədər də sərt olmayan xüsusi rejimə (icazə olan yerlərə getmək üçün əlavə arayış və ya SMS göndərmə tələb olunmur, məsafə saxlamaq şərtilə idman və gəzintilərə icazə verilir) açıq laqeyd münasibəti müşahidə olunur, havaların xoş keçməsi səbəbindən çoxlu sayda açıq havada toplaşan insanlar, parkda gəzən, qaçan və ya velo sürən insanlara rast gəlmək olur. Artan yoluxma və ölümlər fonunda, buna neqativ reaksiyalar həm ictimaiyyət, həm də həkimlərdən daxil olmaqdadır. Bu vəziyyətdən sui-istifadə edənləri, məsafə saxlamadan toplaşanlara xəbərdarlıq edən həkimlər, belə məsuliyyətsizliyin daha sərt karantin qaydalarına (idmansız, gəzintisiz - Çində Uhan tipli) gətirib çıxara biləcəyini qeyd edirlər.
Koronavirus sınağı: Azərbaycanı Belçikadan nə fərqləndirir?Vəziyyət isə heç ürəkaçan deyildi. Bayram həftəsonları polis açıq havada toplaşan ailələrin olduğunu, "barbekü" yığıncağı keçirən 30-dan artıq insanı cərimələdiyini (hər biri 250 avro) bildirib.  Ölkənin şimalında bayram həftəsonunda çoxsaylı insanların (velo sürən, qaçan və digər idmanla məşğul olanlar) bir yerə toplaşdığı, vafli və dondurma köşkləri qarşısında toplu növbələrin olduğu barədə polisdən hesabatlar daxil olmaqdadır. 
O cümlədən araşdırmalara görə, qatarlarda yoxlama müvəqqəti dayandırıldığından biletsiz və zəruri olmayan səyahətlər üçün nəqliyyatdan sui-istifadə edənlər də var.  
Aprelin 11-də, axşam saatlarında Anderlext şəhərində hərəkət məhdudiyyətinin tələblərini pozan iki gəncin yoxlanılmasını tələb edən polis nəfərlərinə məhəl qoymayan gənclərdən biri (ərəb mənşəli, 19 yaşlı, Adil adlı sakin) qaçmağa cəhd edib, skuterlə yolun hərəkət hissəsində digər polis avtomobili ilə toqquşaraq aldığı xəsarətdən dünyasını dəyişib. Hadisədən sonra bu məhdudiyyətlərə etiraz əlaməti olaraq polis və yerli sakinlər (gənclər) arasında qarşıdurma başlayıb, atəş səsləri eşidilib, polislərə və polis maşınlarına daşlar və digər əşyalar atılıb. Molotov kokteylləri istifadə olunub, 5 maşın yandırılıb, ərazidə ki polis bölməsi daşlanıb. Eyni zamanda polis maşınından oğurlanmış silah hələ ki tapılmamışdır. İstintaq aparılır.
Yalnız bazar günü səhər saatlarında iğtişaşlar səngiyib, 100-ə yaxın şəxs həbs olunub.
Adilin atası Məhəmməd Larbi Karrot, qohumu Jamal Allaçi hamını sakit olmağa səsləyiblər, onlar üçün bu ağır vaxtda qarşıdurmalardan çəkinməyə çağırıblar. Əraziyə xeyli sayda polis maşınları, su atan avtomobil, gücləndirilmiş federal polis dəstələri cəlb olunub. Vəziyyətin hazırda "nəzarət altında olduğu" bildirilir. Bununla bağlı mərhumun ailə üzvləri hadisə səbəbkarı olan polisə qarşı da səlahiyyətlərini aşıb-aşmaması ilə bağlı məhkəməyə müraciət edəcəklərini bildiriblər.
Koronavirus sınağı: Azərbaycanı Belçikadan nə fərqləndirir?... Hökumətin son qərarında pansionatlarda, qocalar evlərinə sakinlərə əvvəlcədən icazə alınmaqla son 2 həftədə xəstəlik simptomları olmayan hər dəfə eyni şəxs olmaqla, yalnız bir şəxsin baş çəkməsinə icazə verilməsi bildirişi də cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Çoxları bunun virusun yayılmasını daha da sürətləndirəcəyini bildiriblər.
Belçikada ümumi ölüm hallarının (5998) təxminən yarısının qocalar evlərində olduğunu nəzərə alaraq (16 apreldə qeydə alınan bir günə ən çox - 417 ölümdən 289-u qocalar evində, 127-si isə hospitallarda), bu tip müəssisələrdə həkim və tibb bacısı çatışmazlığı, onların xəstələndiyi təsdiqləndiyi halda və ya şübhələr olduqda xəstəxanalara aparılmaması, qocaların taleyin ümidinə buraxılması və hökumət tərəfindən onlara laqeyd münasibətin təzahürü kimi qiymətləndirilir.
Ölkənin intensiv terapiya şöbələrində 50%-dən artıq yerlərin boş qalmasını, rezerv olaraq saxlanmasını qınayanlar da var. Halbuki, mətbuatda yayılan məlumatlara görə, COVİD-19 virusuna yoluxduğu qeydə alınmış 2 gənc evində karantin saxlamağa göndərilmiş və hər ikisinin xəstəxanaya qəbul olunmadığına görə vəfat etdiyinə dair şübhələr vardır. Ailələri etirazlarla işəgötürənlərə və xəstəxanalara qarşı məhkəmələrə müraciət edirlər. 
Koronavirus sınağı: Azərbaycanı Belçikadan nə fərqləndirir?İndisə gələk əhali sayına görə Azərbaycanla müqaysiə olunacaq Belçikadakı bu faciəvi durumun səbəblərinə.
Əsas səbəb odur ki, Belçikada sosial izolyasiya rejiminin elan edilməsinə baxmayaraq, onun tətbiqinə faktiki olaraq nəzarət yox səviyyəsindədir.
Eyni zamanda, hökumətin bu yanaşmasını hiss edən vətəndaşlar xüsusi rejimə laqeyd münasibət bildirərək və havanın xoş keçməsini nəzərə alaraq, bu dövrü istirahət dövrü kimi qiymətləndirir.
Və ən nəhayət, Belçikada vəziyyət İspaniya və İtaliyadakı vəziyyətdən kəskin fərqlənir. Adı çəkilən ölkələrdə hospital və klinikalarda hər bir yaşlı vətəndaşın həyatına görə çarpayı və avadanlıq çatışmadığı şəraitdə mübarizə aparıldığı halda, Belçikada xəstəxanalar yalnız 50% dolub və ölümlərin əsas səbəbi həkimlərin xəstələrə laqeyd münasibəti (2 gəncin virusa yoluxduğu halda evdə karantinə göndərilməsi), yaşlılara lazımi dəstəyin göstərilməməsi və vətəndaşların elan edilmiş, lakin tətbiqi zəif olan xüsusi rejimə riayət etməməsidir.
... Avropa Birliyinin paytaxtı Brüssel daim Şərqi Avropa və postsovet məkanı ölkələrinə göstərişlər verərək, xarici siyasətdən tutmuş, səhiyyəyədək istisnasız olaraq bütün sahələrdə "işıqlı gələcəyə doğru yol" göstərməyə davam edir. Belçika özünü illərdir ki, bütün Avropanın lideri mövqeyinəğ iddialı ölkə sayır.
Koronavirus sınağı: Azərbaycanı Belçikadan nə fərqləndirir?Fəqət, COVİD-19 koronavirus pandemiyası iddiaların reallıqdan çox uzaq olduğunu, "pan-Avropa mərkəzi"nin vətəndaşlarının, xüsusilə də gənclərlə və qocaların səhhətinin qayğısına qalmayan, onları epidemiyadan qoruya bilməyən ölkə olduğunu göstərdi.
Qeyri-effektiv səhiyyə sistemli, maska və spirtin apteklərdə reseptlə satışı kimi absurd qaydaların tətbiq olunduğu, dövlət rəsmilərinin həkimlərə təzyiq göstərərək onları saxtakarlığa vadar etməyə çalışdıqları, "koronavirus statistikası" baxımından "qara rekordçu" bir ölkə.
Azərbaycan ümudaxili məhsul, iqtisadiyyatın səviyyəsi və həcmi, texnogen təminat və s. baxımından Belçikadan geri olsa da, səhiyyə, sosial təminat və ən başlıcası, dövlətin öz vətəndaşına münasibəti baxımından flamandlarla vallonların ölkəsini dəfələrlə qabaqlayır.
Koronavirus pandemiyasının dövlətləri sınağa çəkdiyi, yaşadığımız dönəm bunu aşkar göstərir.
Elçin Alıoğlu
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1171   Tarix: 23 aprel 2020
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Zeytun və pendiri birlikdə yeməyin - XƏBƏRDARLIQ

Səhər yeməyinin ayrılmaz hissəsi sayılan zeytun və pendir illərdir bir araya gələn klassik ikili kimi tanınır.Lakin mütəxəssislər bu birləşmənin göründüyü qədər sağlam olmadığını bildirirlər. xəbər verir ki, onların fikrincə

.

Onurğaya 22 kq əlavə yük düşür - Gündüz etdiyiniz bu səhv gecə sizi yuxusuz qoyur

İngiltərənin məşhur nəşrlərindən Daily Mail-ə danışan yuxu mütəxəssisi Lisa Artis bildirib ki, milyonlarla insan gündüz etdikləri müəyyən vərdişlər səbəbindən gecə yuxusuz qalır.  xəbər verir ki, mütəxəssis qeyd edir ki

.

İşi daim kompüterlə olanların nəzərinə! - Həkim xəbərdarlıq etdi

Qarışıq, yəni həm təbii, həm də süni işıqlandırma şəraitində işləmək göz sağlamlığı üçün təhlükəli deyil. xəbər verir ki, bunu rusiyalı oftalmoloq Anna Solovey deyib. "Görmə orqanlarının gərginliyi və işıqlandırmanı

.

Soyuq havalar dərini qurudur – Necə qulluq etməli?

Payızın gəlməsi ilə havaların soyuması və rütubətin azalması dəri sağlamlığına mənfi təsir göstərir. xəbər verir ki, dermatoloqlar bildirir ki, bu mövsümdə insanlar quru, çatlamış və həssas dəri problemi ilə daha çox üzləşir

.

Bu əlamətlər xərçəngin xəbərçisidir - Ginekoloq qadınlara xəbərdarlıq etdi

Uşaqlıq boynu xərçəngi qadınlarda ən çox rast gəlinən bədxassəli şişlərdən biridir. bildirir ki, bunu rusiyalı onkoloq-ginekoloq Yekaterina Çerepanova söyləyib. Onun dediyinə görə xəstələrin çoxu hələ də xəstəliyin gec mərhələsind

.

Hər evdə var! - Bu əşyalar sizi sonsuzlaşdırır

Hər gün evimizdə istifadə etdiyimiz bəzi adi əşyalar, məsələn plastik qablar, yapışmayan tavalar, kosmetik vasitələr və hətta ətirli sabunlar uşaq sahibi olma qabiliyyətini azalda bilər. xəbər verir ki, bu barədə mütəxəssislə

.

Gizli təhlükə: Bu simptom bağırsaq xərçənginin əsas xəbərçisidir

Koloproktoloq Sondra Kavalukas nəcisdə qan olmasının bağırsaq xərçəngi riskini kəskin şəkildə artırdığını bildirib. Onun sözlərinə görə, bu simptom xərçəng ehtimalını 8,5 dəfə yüksəldir. xəbər verir ki, həkim bu barədə "Dail

.

Sinə xərçəngi halları artır - Riski azalda bilən 6 qida

Döş xərçəngi qadınlar arasında ən çox rast gəlinən xəstəliklərdən birinə çevrilib - təxminən hər 28 qadından biri bu riski daşıyır. xəbər verir ki, mütəxəssislər bildirirlər ki, düzgün pəhriz seçimi bu riski azaltmağa kömə

.

Gec yatmaq infarkt və diabet riskini artırır – Mütəxəssislərdən xəbərdarlıq

Gec saatlara qədər yatmamaq və səhər gec oyanmaq bir çox insan üçün adi hala çevrilsə də, alimlər bu vərdişin sağlamlıq üçün ciddi təhlükə yaratdığını bildirirlər. xəbər verir ki, Beynəlxalq Tibb Jurnalında dərc olunan yen

turlar.az

adlarin menasi qadin sayti həkim məsləhəti qadindunyasi ariqlamaq ucun kofe qış salatları hamileliyi pozmaq ucun kosmetika lakonizim novruz hakistalari opusme veten seirleri hakıştalar