Koronavirusa qarşı effektiv maddə aşkarlandı
Kanada və Argentinadan olan tədqiqatçılar melatoninin bəzi hallarda SARS-CoV-2 koronavirusuna yoluxmağın, COVID-19-un ağır formasının inkişafının qarşısını aldığını, eləcə də peyvəndi dəstəkləyən preparat ola biləcəyini təsbit ediblər.
Milli.Az bildirir ki, tədqiqatın nəticələri "Diseases" jurnalında dərc olunub.
Melatonin hormonunun iltihab əleyhinə, immun tənzimləyici və antioksidant xüsusiyyətlərə malik olduğu, xroniki yuxu pozğunluqlarının qarşısını aldığı və diabet, metabolik sindrom və ürək-damar xəstəliklərinə kömək etdiyi məlumdur.
Kanadanın Toronto Universitetinin və Argentinanın Papa Katolik Universitetinin tədqiqatçıları melatoninin COVID-19-un ağırlıq dərəcəsini azalda biləcəyinə və bəlkə də, koronavirus infeksiyasına mane ola biləcəyinə dair dəlillər topladıqları icmal hazırlayıblar.
Müəlliflər melatoninin ACE2 fermentinin üst səthini tənzimləyən zülalalın - kalmodulinin meydana gəlməsini təsirli şəkildə bağladığını və əngəllədiyini qeyd edirlər. Bundan əlavə, melatonin ağır COVID-19 xəstəliyi ilə əlaqəli proinflamatuar sitokinlərin miqdarını azaldır, eləcə də makrofaqların polarizasiyasını əngəlləyən zülal - sirtuin-1 vasitəsi ilə antiinflamatuar təsir göstərir. /medicina.az
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir