Koronavirusa qarşı immuniteti zəiflədən amil müəyyən edildi
Koronavirus pandemiyası zamanı bədəni isti saxlamalı və özünü soyuqdan qorumalısan. Soyuqdəymə zamanı immunitet zəiflədiyindən orqanizm infeksiyaya daha tez yoluxa bilər.
Milli.Az oxu.az-a istinadən bildirir ki, bunu "Rospotrebnadzor"un Mərkəzi Elmi-Tədqiqat Epidemiologiya İnstitutunun Kliniki və Analitik işlər üzrə direktor müavini Natalya Pşeniçnaya söyləyib.
"Hazırda əsas vəzifəmiz "Rospotrebnadzor" tərəfindən tövsiyə olunan bütün profilaktik tədbirlərə riayət etməkdir. Tibbi maskadan istifadəyə, əllərin gigiyenasına və sosial məsafəyə riayət etmək, soyuqdəymədən qorunmağa çalışmaq lazımdır", - deyə "RİA Novosti" N. Pşeniçnayadan sitat gətirib.
Agentliyin həmsöhbəti COVID-19-un hələ tam öyrənilmədiyi və yeni növ virus olduğu üçün yoluxma hallarının sayının artması və ya azalması barədə hər hansı bir proqnoz verməyin hələ tez olduğunu qeyd edib.
Bundan əvvəl Rusiya Liberal Demokrat Partiyasının rəhbəri Vladimir Jirinovski vaksinin infeksiyaya qarşı əsas silah olduğunu söyləyib. Son günlərdə Rusiyada hər gün yeni növ koronavirusa yoluxma hallarının sayında artım müşahidə olunur.
Pandemiya zamanı tibb mütəxəssisləri 1 194 643 COVID-19-a yoluxma, 21 077 ölüb qeydə alıblar.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir