Koronavirusa yoluxan qadının əlləri dəhşətə gətirdi - FOTO
İtaliyada 86 yaşlı qadının koronavirusdan sonra əlləri qanqren olub.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, qadının damarlarında təhlükəli tıxanma aşkar edilib. Nəticədə xəstənin qanqren olmuş barmaqları kəsilib. Həkimlər bunu koronavirusun fəsadları kimi xarakterizə edib. Mütəxəssislər virusun damarlarda tıxanmaya səbəb olduğuna tam əmin olmadıqlarını, ancaq bunun COVID-19-la meydana gələn "sitokin fırtınası" adlanan immunitet reaksiyasının mümkün nəticəsi olduğunu vurğulayıb. İmmunitet reaksiyası həddindən artıq sürətlənməyə başladığı zaman sağlam toxumalara zərər verdiyi, zədələnmiş damarlarda qan təzyiqinin azalmasına və laxtalanma artımına səbəb olduğu diqqətə çatdırılıb.
Həkimlərin sözlərinə görə, qan laxtalanması problemi olan çox sayda COVID-19 xəstəsi var, bu da xəstəliyin həm damar, həm də tənəffüs yolu infeksiyasına dair narahatlıqlar yaradır.
London Kral Kollecinin professoru Rupen Arya 2020-ci ilin may ayında koronavirus xəstəxanasında xəstələrin 30 faizində qan laxtalanması probleminin olduğunu qeyd edib.
Aytən Məftun









Arzuolunmaz hamiləlik
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Yuxuda sevişmək nəyə yozulur?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
"Eşref Tek" nə vaxt yayımlanacaq?
"Qızım babası kimi siyasətçi olacaq
Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
Nev vəfat etdi
Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir