"Koronavirusa yoluxanlarda əzələ-sümük ağrıları yaranır" - Həkimdən məsləhətlər

Son vaxtlar insanlarda sümük problemlərinin artdığı müşahidə edilir. Bir sıra mütəxəssislər hesab edirlər ki, sümük problemlərinin artmasına koronavirus da səbəb olub.
Bu nə ilə əlaqəli ola bilər: qidalanma, ətraf mühit, yoxsa hərəkətsizliklə? Koronavirusun bu duruma təsiri varmı?
Milli.Az medicina.az-a istinadən bildirir ki, mövzu ilə bağlı sualları ortoped-travmatoloq cərrah Vüsal Mahmudov cavablandırıb.
Həkimin sözlərinə görə, sümük problemləri daha çox yaşlı insanlarda rast gəlinən haldır:
"Yaşlı insanlarda sümüyün mineral kütləsinin azalması baş verir, buna osteoporoz xəstəliyi deyilir. İnsan ömrü artdıqca təbii ki, sümüklərdə dayaq-hərəkət sistemi problemləri də artmağa başlayır. Çünki mineral kütlə azalır, yayğın ağrılar və s. başlayır. Sümük problemlərinin bir qismi də yaşam tərzinə bağlıdır. Oturaq həyat keçirən, düzgün qidalanmayan, minerallar yetərsiz olan insanlarda sümük problemləri daha sıx görünür. Bir qism insanlarda da oynaqlara problemlər yaranır. Bu da hərəkət disklərinin ağrılı və məhdud hərəkət qabiliyyətli olması hallarıdır. Bu, qığırdaq pozulmaları səbəbindən yaranır. Hansı ki, artrozlar travmatik də ola bilər, yaşam tərzinə və qidalanmaya bağlı ola bilər".
V. Mahmudovun sözlərinə görə, koronavirusa yoluxan şəxslərdə yayğın əzələ-sümük ağrıları meydana çıxır. Həkimin sözlərinə görə, bu hal bütün viral infeksiyalarda bu hallar görülür:
"Çünki iltihabi proses daha az bəslənən hissələri, əzələ-vətər, sümük birləşmələrinin daha tez tutulmasına və ödemli olmasına səbəb olduğu üçün bu cür xəstəliklərdə yayğın sümük və oynaq ağrıları görülə bilir. Müalicəsi simptomatikdir, ağrıkəsicilərlə rahatladıla bilər".
Həmsöhbətimiz bu cür problemlərin yaranmaması üçün tövsiyələrini də əsirgəmədi: "Sümük sağlamlığı deyəndə daha çox dayaq-hərəkət sistemi sağlamlığı önəmlidir. Çünki onlar bir-birlərinə bağlıdırlar. Sümüklər və yumşaq toxumalar ayrılmaz hissələrdir. Bu səbəbdən də bütün dayaq-hərəkət sisteminin sağlamlığı önəmlidir. Bunun üçün oturaq həyat rejimindən qurtulmaq, fiziki aktiv olmaq lazımdır. İdmanlı həyatın olması, düzənli və düzgün qidalanma yaş irəlilədikcə osteoporoz və artroz kimi xəstəliklərdən bizi qoruyur. Bir də 50 yaş və üzəri insanlara mütləq və mütləq D vitamin və kalsium müalicəsi almağı tövziyyə edirik".
V. Mahmudovun sözlərinə görə, koronavirusa yoluxan şəxslərdə yayğın əzələ-sümük ağrıları meydana çıxır. Həkimin sözlərinə görə, bu hal bütün viral infeksiyalarda bu hallar görülür: "Çünki iltihabi proses daha az bəslənən hissələri, əzələ-vətər, sümük birləşmələrinin daha tez tutulmasına və ödemli olmasına səbəb olduğu üçün bu cür xəstəliklərdə yayğın sümük və oynaq ağrıları görülə bilir. Müalicəsi simptomatikdir, ağrıkəsicilərlə rahatladıla bilər".
Həmsöhbətimiz bu cür problemlərin yaranmaması üçün tövsiyələrini də əsirgəmədi:
"Sümük sağlamlığı deyəndə daha çox dayaq-hərəkət sistemi sağlamlığı önəmlidir. Çünki onlar bir-birlərinə bağlıdırlar. Sümüklər və yumşaq toxumalar ayrılmaz hissələrdir. Bu səbəbdən də bütün dayaq-hərəkət sisteminin sağlamlığı önəmlidir. Bunun üçün oturaq həyat rejimindən qurtulmaq, fiziki aktiv olmaq lazımdır. İdmanlı həyatın olması, düzənli və düzgün qidalanma yaş irəlilədikcə osteoporoz və artroz kimi xəstəliklərdən bizi qoruyur. Bir də 50 yaş və üzəri insanlara mütləq və mütləq D vitamin və kalsium müalicəsi almağı tövziyyə edirik".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 976   Tarix: 04 fevral 2022
f Paylaş

Oxşar xəbərlər

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

turlar.az

yay geyimləri 2026 geyim dəbləri sade makiyaj sekilleri paltar modelleri cinsi infeksiyalar uz maskalari şalvar modelləri kosmetika qoğalın nağlı nizami gəncəvi baliq burcu meseller burclerin uyumu