Koronavirusa yoluxma riskini azaltmağın ƏN ASAN YOLU
Bir qrup İngilis alim koronavirusa yoluxma ehtimalını 70 faiz azaltmaq üçün yol tapıb.
Milli.Az xəbər verir ki, Lids Universitetinin tədqiqatçıları tərəfindən yaradılan COVID-19 ilə mübarizə mövzusunda qısametrajlı film Böyük Britaniya hökumətinin saytında yerləşdirilib.
Mütəxəssislərin fikrincə, binaların havalandırılması virusa yoluxma riskini əhəmiyyətli dərəcədə azalda bilər. Ancaq zəif havalandırma, əksinə, infeksiya riskini artırır. Bundan əlavə, mütəxəssislər havanın yalnız bina içərisində dolaşmaqla deyil, mütləq küçədən gəlməsinin lazım olduğunu bildirib. Tədqiqatçılar müntəzəm olaraq pəncərələri 10-15 dəqiqə geniş açmağı və otağı havalandırmağı tövsiyə edib.
Öz növbəsində, Vektor Mərkəzindəki xüsusilə təhlükəli infeksiyalar laboratoriyasının müdiri, virusoloq Aleksandr Çepurnov verdiyi müsahibədə havalandırmanın qədim zamanlardan bəri bilinən qapalı yerləri dezinfeksiya etməyin ən təsirli yolu olduğunu söyləyib. Vətəndaşlar əlavə olaraq evdə nəm və rütubətin təmizlənməsi haqqında da unutmamalıdırlar.
Çepurnov əlavə olaraq, geyimləri daha çox idman paltarları üçün olan yuyucu tozlarla yuyulmasını tövsiyə edib, çünki onların tərkibində xüsusi dezinfeksiyaedici komponentlər var. (publika.az)
Milli.Az /news.milli.az









Daha bir ölkədə hantavirus aşkarlandı
Bu ölkədə daha bir nəfərdə hantavirus aşkarlandı
Yusuf Güney həbs olundu
Məşhur aktyor xərçəngdən vəfat etdi - FOTO
Məşhur aktrisa Fələstin üçün yeni şirkət quracaq
Survivor'un məşhur siması BOŞANDI
Ölümcül virus təhlükəsi: 190 nəfər həyatını itirdi
Maykl Ceksonun 'gizli ailəsi'ndən müğənni ilə bağlı dəhşətli iddialar
Oxumaqlarım yox, danışdıqlarım viral olur' - Əməkdar artist
Səhnə fəaliyyətim Mehinin yaşından çoxdur' - Xalq artisti
Avroviziya mahnı müsabiqəsi başlayır - İlk yarımfinalçların adları
"Survivor"da dəhşətli hadisə: İştirakçının ayağı amputasiya edildi
Məşhur müğənni SAXLANILDI
Maksim Qalkinin Bakı gəzintisi - FOTOLAR
Arıqlama iynələri möcüzədirmi?