Koronavirusa yoluxmayan şanslılar kimlərdir? - ARAŞDIRMA

Koronavirusa yoluxmayan şanslılar kimlərdir? - ARAŞDIRMADünya mediasında vaxtaşırı müxtəlif qan qrupları ilə əlaqəli olan koronavirus infeksiyasının seçiciliyinə dair məqalələr yer alır. Yalnız bir neçə gün əvvəl dünyanın bütün aparıcı nəşrləri "Blood Advances" jurnalında dərc olunan iki tədqiqatın nəticələrini əsas gətirərək mövcud pandemiyada şanslı olan qan qruplarını açıqlayıb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, həkim Maypinder Sehonanın rəhbərliyi ilə danimarkalı mütəxəssislər böyük statistik məlumatlara əsaslanaraq ikinci və üçüncü, eyni zamanda dördüncü qan qrupundan olan insanların Birinci qan qrupu olan insanlarla müqayisədə COVID-19-a daha çox meylli olduğunu irəli sürüb.
"Blood Advances" dərc olunan araşdırmanın nəticələrinə görə, Birinci qrupdan olan insanlar koronavirus infeksiyasına daha az yoluxur, həm də xəstəliyə daha çox dözmülü olur. İkinci və Dördüncü qan qrupu olan xəstələrin süni nəfəs aparatı tələb etməsi ehtimalı daha yüksəkdir. Bu da həmin qan qruplarının COVID-19-dan daha çox ağciyər zədələnməsinin tezliyini göstərir. Eyni zamanda İkinci və Dördüncü qan qruplarından olan xəstələrin böyrək çatışmazlığını müalicə etmək üçün dializə daha çox ehtiyacı olduğu iddia edilib. Ümumilikdə koronavirusa yoluxan Birinci qan qrupundan olan xəstələr xəstəxanalarda daha az vaxt keçirir və daha az reanimasiyada olurlar.
Araşdırmanın müəllifi Dr. Maypinder Sehon əldə edilən bu nəticələri xəstəliyin gedişini təsnif etmək üçün son dərəcə əhəmiyyətli adlandırıb. Eskpert əmindir ki, SARS-CoV-2 koronavirusu yalnız ağciyər və böyrəklərə deyil, digər həyati orqanlara da seçici olaraq "zərbə vurur".
Koronavorisurun İkinci, Üçüncü və Dördüncü qan qruplarında daha ciddi fəsadlara yol açması yeni xəbər deyil. Çinlilər bu barədə ilk dəfə baharın başlanğıcında, pandemiya yeni başlayanda məlumat vermişdi. Bu haqda məqalə "Medrxiv"də 11 mart 2020-ci il tarixində yayımlanmışdı. Ancaq amerikalılar bu məlumatlara şübhə ilə yanaşırdılar. Yalnız mövcud tibbi sənədlərə əsaslanan retrospektiv tədqiqatların olduqca şübhəli olduğunu söyləyirlər.
Amerikalı həkim Sanni Smitin sözlərinə görə, mövcud nəticələr qan qrupları ilə SARS-CoV-2 infeksiyası halları arasında statistik bir əlaqəni göstərən epidemioloji tədqiqatdır. "Epidemioloji tədqiqatlarla tanış olanlar bilirlər ki, korrelyasiya səbəbi göstərmir. Nəticələrə digər amillər təsir edə bilərdi" , - qeyd edib.
Harvard Universitetinin alimləri də qan qrupu ilə COVID-19 şiddəti arasında heç bir əlaqə aşkar etmədiyini elan edib.
Başqa bir amerikalı alim Bob Geyersə oxucuların reytinqini artırmaq üçün qan qrupunun kovid xəstəliyi riskinə təsiri barədə başlıqları təxribatçı addım adlandırıb. "Qaranlıq bir otaqda olmayan qara pişik axtarmayın" , - o, əlavə edib.
Xatırladaq ki, amerikalılardan fərqli olaraq, yayda avropalı mütəxəssislər qan qrupunun infeksiya riski ilə əlaqəsi olduğu barədə yayılan Çin fərziyyələri ilə həmrəy olduqlarını elan etmişdi.
Aytən Məftun

Sağlamlıq     Baxılıb: 1867   Tarix: 21 oktyabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

.

Xanımlar yayda dərilərini necə gözəl saxlaya bilər? - MƏSLƏHƏTLƏR

Yay mövsümü isti və günəşli keçdiyi üçün dəri səthlərində problemlər yaranır. Əsasən də qışda dərisini gözəlləşdirən xanımların yayda dəriləri eroziya uğrayır və baxımsızlaşır. Sağlamolun.az bu dəfə dərini gözəlləşdirən v

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

Sağlam və enerjili intim üçün cütlüklərə - 7 SİRR

Bəli biz cinsi əlaqədə olmağı sevirik, lakin heç birimiz robot olmadığımıza görə cinsi əlaqəyə həmişə hazır və istəkli olmaya bilərik.Xüsusilə də uzun müddətli münasibətlərdə həmişə cinsi əlaqəyə girmək mümkün olmaya bilər

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

.

Bunu etməyən kişilərdə cinsi problemlər yaranır

Mütəxəssislər gündə iki dəfə dişlərini fırçalamayan kişilərdə erektil disfunksiya riskinin artdığını bildirirlər.  xəbər verir ki, bunu son aparılan tədqiqatlar sübuta yetirib. Araşdırmalar göstərib ki, ağız gigiyenasın

turlar.az

makiyaj etmek qaydalari hamilelikde qidalanma gelinlikler qışa hazırlıq badımcan qonaq otagi dizayni müalicəvi bitkilər eşq və məhəbbət kosmetika həmidə dolca qızlıq pərdəsi novruz bayramı sağlamlıq