Koronavirusdan bu yolla qurtula bilərik - Rəşad Mahmudov detalları açdı

Koronavirusdan bu yolla qurtula bilərik - Rəşad Mahmudov detalları açdıÜrək-damar və şəkərli diabet xəstəlikləri olan, həm də əməliyyat olunan insanları bu gün narahat edən əsas məsələ vaksinasiyadır. Bu xəstələrdən niyə peyvənd olunmadığını soruşanda deyirlər ki, xəstəliyimiz var, Həkimlər də, özümüz də riskli ola biləcəyini düşünürük.
Təəssüf ki, bəzi insanlar, hətta tibb işçiləri terminologiyada bəzi məsələləri hiss etmədən qarışdırırlar. Halbuki vaksinasiya proqramı başlananda Ümumdünya Səhiyyə Təşkilatı ilk növbədə kimlərin vaksin vurdurması barədə siniflənmə ortaya qoymuşdu. Bildirilmişdi ki, riski yüksək xəstəliyə sahib olan insanlar ilk sırada vaksinasiya olunmalıdır.
Publika.az xəbər verir ki, bu sözləri Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, tibb üzrə elmlər doktoru, ürək-damar cərrahı Rəşad Mahmudov deyib. Həkim bildirib ki, riski yüksək olan insanlar hamıdan əvvəl peyvənd olunmalıdır:
"Bu insanlar real koronavirus ilə qarşılaşdıqları zaman ağciyər tutulması ilə birlikdə digər orqanların da bu prosesə zəncirvari qatılma və ağırlaşma ehtimalı yüksəkdir və daha çox ölümə səbəb olur. Dünyada statistik olaraq artıq sübuta yetirilib. Odur ki, cəmiyyətdə vaksinlə bağlı bilinən səhv düşüncəni düzəltmək istərdim.
Yüksək təzyiq və ya ürək-damar xəstəliklərindən əziyyət çəkən, buna bağlı olaraq açıq ürək əməliyyatı olunan və stent qoyulmuş insanların birinci peyvənd olunması xüsusilə vacibdir. Bizdə isə səhv yanaşma var, həmin insanlar peyvənd olunmaqdan çəkinirlər. Bəzi klinikalarda həkimlər də əməliyyat olunmuş insanların peyvəndlənməsinə qarşı çıxırlar. Bu, qətiyyən qəbul olunmayan səhv yanaşmadır. Həm ölkəmizdə, həm də dünyada ən çox ölümə səbəb olan bir nömrəli xəstəlik ürək-damar xəstəlikləridir. Bu xəstəlikdən əziyyət çəkən insanın peyvəndi hamıdan tez vurdurması məsləhətdir. Ümid edirəm ki, icra strukturları qısa müddətdə bu məsələ ilə əlaqədər konkret addımlar atacaq".
R.Mahmudov qeyd edib ki, dializə gedən xəstə peyvənd olunmazsa, koronavirusa yoluxduğu zaman ciddi fəsadlarla üzləşə bilər:
"Bu xəstələrin ağırlaşma ehtimalı yüksəkdir. Bəzi həkimlər tiroid xəstələrinə peyvənd vurulmasını doğru hesab etmir və bunu ümumi immun sisteminin zəifləməsi ilə əlaqələndirir. Bu zaman məntiqi sual yaranır. Əgər immun sistemi nəzarətli şəkildə bədənə yeridilən zəiflədilmiş virus modelinə dözə bilmirsə, o halda virusun canlı və daha təhlükəli versiyası ilə qarşılaşdığımız zaman nə olacaq?
Xüsusi immun xəstəliklər var ki, əhali arasında bəzən çaşqınlığa səbəb olur. İnsanlar deyir ki, ailəmizdə filankəsin immuniteti zəifdir. Elə bir şey yoxdur. İmmun sistemi xəstəliyi diaqnostikası ən çətin olan diaqnozlardan biridir. O insanlar xəstəxanalardan ümumiyyətlə küçəyə çıxa bilmirlər".
Psixoloji baxımdan çox çətin bir il keçirdiyimizi deyən həkim əlavə edib ki, koronavirus sadəcə səhhətimizdə deyil, sosial həyatımızda, insan haqlarında əngəllər yaratmağa davam edir. Lakin ona qalib gəlmək öz əlimizdədir:
"Ötən il maddi problemlərlə yanaşı, sosial çətinliklərlə yadda qaldı. Ümumbəşəri problemin həllində bu gün ölkələrin və qurumların verdiyi qərarlara bəhanələr ortaya qoymaq qəbul olunan yanaşma deyil. Bu, kimsənin arzuladığı vəziyyət deyil. Bu, bəşəriyyətin ortaq bəlasıdır. Odur ki, üç sadə qaydaya riayət etməklə ən azından həmrəy olduğumuzu göstərə bilərik. Bununla da dünya ilə birlikdə bu bəladan addım-addım qurtula bilərik".
Aytən Məftun

Sağlamlıq     Baxılıb: 1842   Tarix: 12 fevral 2021
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Xalq təbabətinin əvəzedilməzi Nanə

Bir çox in . san mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yaban

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

Kişilər bu süddən içsə qadınlar məmnun qalır - Cinsi gücünü artıran vasitə

Badam hələ qədim zamanlardan kişilərdə cinsi gücünü artıran vasitə kimi tanınır. Badamın tərkibində olan nadir arginin aminturşusu təbii potensiya stimullaşdırıcısıdır. Həmçinin badam testosteronun ifrazını artıran maqneziu

.

Bəzi şeylər var ki, cinsi əlaqə zamanı gərək onları edəsən - SƏBƏB

Gündəlik qayğılar, problemlər, əsəb, stress, yorğunluq, gərgin iş rejimi, sağlam  qidalanmamaq, normal yuxu rejiminin olmaması bir çox xəstəlikləri tətikləyir. Kişilərdə isə həm də cinsi zəifliyə gətirib çıxara bilir. Cins

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

.

Cinsi həzz üçün 5 vasitə: vibrator, X mövqeyi və

Cinsi təcrübənizi zirvəsində yaşamaq üçün məsləhətləri sizinlə bölüşməzdən əvvəl bir şeyi xatırlatmaqda fayda var: Seks yalnız penisin və ya vajinanın aparıcı rol oynadığı bir hərəkət deyil. Bu klassik cinsi əlaqədən başq

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

.

Bunu etməyən kişilərdə cinsi problemlər yaranır

Mütəxəssislər gündə iki dəfə dişlərini fırçalamayan kişilərdə erektil disfunksiya riskinin artdığını bildirirlər.  xəbər verir ki, bunu son aparılan tədqiqatlar sübuta yetirib. Araşdırmalar göstərib ki, ağız gigiyenasın

.

Cinsi asıllıq: satiriasis və nimfomaniya nə deməkdi? - Maraqlı araşdırma

Cinsi ə . laqəyə girmək istəyinə qarşı dura bilməmək və bunu müxtəlif insanlarla təsadüfi şəkildə həyata keçirmək kimi təyin olunan bir problemdir. bu barədə araşdırıb. "Səhər, günorta və axşam başqa bir qadın/kişi il

turlar.az

qis geyimləri 2026 geyim dəbləri aksessuarlar bilik haqqinda atalar sözləri daban agrilari qripdən qorunmaq qara qaragat kosmetika geyim xlor lekesi gözəllik xanım az oglaq