Koronavirusdan müalicə olunmaq ondan qorunmaqdan daha çətindir

Koronavirusdan müalicə olunmaq ondan qorunmaqdan daha çətindirPayız-qış mövsümündə respirator xəstəliklərin artacağı əvvəlcədən proqnozlaşdırıldığı kimi yeni növ koronavirusa (COVID-19) yoluxanların sayında da artım olacağı gözlənilən idi. Lakin bunu hər kəs bilməlidir ki, COVID-19-dan müalicə olunmaq ondan qorunmaqdan daha çətindir. Ona görə də ilk növbədə xəstəliyə yoluxmaqdan özünü gözləmək lazımdır. Qorunmaq üçün lazım olan üç qızıl qaydanı isə hər kəs bilir. Məsələ burasındadır ki, bizim hər birimiz özümüz bilmədən daşıyıcı rolu oynaya bilərik və maska taxılması həm də ona görə vacibdir ki, daşıyıcı olanlar maska taxarkən daha çox ətrafdakıları qorumuş olur. Bunun özü də bir sosial məsuliyyətdir. Maska taxılmaması nəticəsində xəstəliyin bir daşıyıcı olaraq yaşlılara, xroniki xəstəliyi olanlara ötürülməsi mümkündür və həmin qrupa mənsub olanlar bu xəstəliyi daha ağır keçirirlər.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri COVİD-19-un yüksək risk qrupuna daxil olan yaşlıların qidalanması və immunitetin gücləndirilməsi ilə əlaqədar məlumat verərkən həkim-endokrinoloq Gülnar Qafarova deyib.
"Təcrübədən çıxış edərək onu da deyə bilərəm ki, qorxu hissinin olması da xəstəliyə yoluxmaqda çox mənfi rol oynayır, çünki stress immuniteti zəiflədən ən vacib səbəblərdən biridir. Ən çox şəkərli diabet, onkoloji xəstəlikləri olanlar, eləcə də xroniki xəstələr risk qrupundadırlar. COVID-19 yayıldığı dövrlərdən onu da müşahidə etmişəm ki, artıq çəki problemi olanlar bu xəstəliyi daha ağır keçirilər. Hətta heç bir xroniki və digər xəstəliyi olmayan artıq çəkili insanlar yoluxarkən çox ciddi çətinliklə üzləşirlər.
Şəkərli diabet xəstələrinin risk qrupunda olması həm də xəstəliyin şəkərlə qidalanmasıdır. Ona görə də karbohidratlı qidalar maksimum dərəcədə menyudan çıxarılmalıdır. Bura təkcə şəkər deyil, ağ çörək, duz, un məmulatları, makaron, karbohidrat yükü çox olan qidalar daxildir. Həkimlərin ən çox arzuladığı orqanizmdə qlükozanın normada saxlanılmasıdır. Daha çox təbii zülalla zəngin olan ət və süd məhsulları, xüsusilə tərəvəzlərlə qidalanmaq məsləhətdir. Meyvədən daha çox tərəvəzdən istifadə edilməlidir, çünki meyvənin da tərkibində şəkər çox olur. Qəbul edilən mayelər içərisində ən çox sudan istifadə edilməsi düzgündür. Suyu dadlandırmaq da olar, onun içərisinə limon, darçın çubuğu, portağal qabığı və s. atmaq da olar", - deyə həkim-endokrinoloq bildirib.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1603   Tarix: 06 dekabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

turlar.az

gelinlikler sac duzumleri maskalar vətən haqqında inşa moruğun faydasi qadın sağlamlıq cinsi mövzular kosmetika birlik haqqinda qaynana tanisliq pizza babasil