Koronavirusdan sağalan xəstələr haqqında ŞOK İDDİA - 48 gün ərzində...

Koronavirusdan sağalan xəstələr haqqında ŞOK İDDİA - 48 gün ərzində...Rusiya İstehlakçı hüquqlarının müdafiəsi və insan rifahına nəzarət üzrə Federal Xidmətin ("Rospotrebnadzor") rəhbəri Anna Popova Rusiya Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında çıxışı zamanı bildirib ki, rus mütəxəssislərinin müşahidələri yeni növ koronavirus infeksiyasına yoluxan insanın 48 günə qədər virusu ötürməyə davam etdiyini təsdiqləyib.
Publika.az xəbər verir ki, xarici mütəxəssislər virusun 90 günə qədər davam edə biləcəyini söyləyirlər. Səthlərdə isə sərbəst buraxılan virusun 48 saata qədər "yaşaya" bildiyi məlumdur.
Bəs bu niyə baş verir və koronavirusdan sağalan insanların xəstəliyi yoluxdurma təhlükəsindən qorxmaq lazımdırmı?
Rusiyalı tibb elmləri doktoru, alim, tanınmış virusoloq Aleksandr Lukaşev bu suallara cavab verib.
"Əksər hallarda virusun aşkar edildiyi bildirildikdə bu, virusun nuklein turşusunun olduğu deməkdir. Bu, virusun canlı olması demək deyil. Məsələn, virusun nüklein turşusu tozda, havada, kran suyunda tapıla bilər. İndiyə qədər deyək ki, daimi buzlaqlarda mamont nuklein turşusu tapa bilərsiniz, bu, mamontun indi oradan çıxacağı anlamına gəlmir", - mütəxəssis açıqlamasında qeyd edib.
Lukaşev virusun canlı olmasına baxmayaraq, bir insanın yoluxması üçün 1, ya da 10 deyil, 100 və ya daha çox, bəzən 10 minə qədər virusa ehtiyac olduğunu söyləyib:
"Odur ki, canlı virus bir yerdə qalsa da, onun miqdarına baxmaq lazımdır. Bir çox halda virusun yoluxuculuğunu davam etdirməsi yalnız nəzəri cəhətdən təhlükə yarada bilər. Yəni bir insan virusu ötürə bilər, hətta bu virus canlı ola bilər, ancaq belə bir insan epidemioloji təhlükəni təmsil etmir".
O əlavə edib ki, iki PCR testindən keçən və cavabı neqativ çıxan insan koronavirusdan sağalmış sayılır və xəstəxanadan buraxılır: "Mənfi test nəticəsi virusun, hətta heç bir hissəciyinin bədəndə qalmadığını göstərir. Epidemioloji baxımdan virusun asimptomatik yayılması böyük problemdir, lakin bu, əhalinin əhəmiyyətli hissəsinin onsuz da koronavirusa qarşı antikorlara sahib olmasını göstərir. Bu o deməkdir ki, COVID-19 heç bir simptom göstərmədən dövriyyəyə girə bilər".
Aytən Məftun

Sağlamlıq     Baxılıb: 2586   Tarix: 16 sentyabr 2020
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

Vaginizm nədir və kişilərdə ilk gecə qorxusu - ARAŞDIRMA

Cəmiyyətimizdə "ilk gecə" adlanan ilk vaginal əlaqə hər bir cütlük üçün çox vacibdir. Qızlıq pərdəsi ilə bağlı mənalar və ilk gecə ilə bağlı yanlış təsəvvürlər bir çox narahatlıqlara səbəb olduğu üçün ümumiyyətl

.

Xanımlar yayda dərilərini necə gözəl saxlaya bilər? - MƏSLƏHƏTLƏR

Yay mövsümü isti və günəşli keçdiyi üçün dəri səthlərində problemlər yaranır. Əsasən də qışda dərisini gözəlləşdirən xanımların yayda dəriləri eroziya uğrayır və baxımsızlaşır. Sağlamolun.az bu dəfə dərini gözəlləşdirən v

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

.

Balqabağın UNİKAL MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ

Balqabaq ən faydalı tərəvəzlərdən biridir. Azkalorili, dadlı, vitamin və minerallarla zəngin olan bu tərəvəzin sağlamlıq üçün xeyirli xüsusiyyətləri saymaqla bitməz.  sizi balqabağın faydaları ilə tanış edir. 1. Karotinlərl

.

Cinsi zəifliyi aradan qaldıran möcüzəvi QARIŞIQ

Son dövrlər stres, əsəb və digər səbəblər kişilərdə cavan yaşlardan cinsi zəifliyi və impotensiyaya səbəb olur. Ölkə.az bildirir ki, bu yaxınlarda alimlər cinsi zəifliyi aradan qaldıran maraqlı qarışıq barədə məlumat yayıblar

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

turlar.az

sade makiyaj sekilleri maskalar qadin sayti qadın məsləhətxanaları əli əmirli praktik badimcan tursusu hazirlanmasi kosmetika bürcler ariqlamaq ariqla cinsi elaqe nagillar