Koronavirusdan sağalan xəstələr niyə özünə gələ bilmir? - Stress, ağrılar, yuxusuzluq, aglamaq

Koronavirusdan sağalan xəstələr niyə özünə gələ bilmir? - Stress, ağrılar, yuxusuzluq, aglamaqBütün dünya həkimləri və alimləri koronavirusdan sonra. hətta peyvənddən sonra koronavirus xəstələrinin sonrakı müalicəsi - postkovidlə məşğul olacaqlarını bildirir. Artıq bir çox xəstəxanalar, reabilitasiya mərkəzləri məhz post kovid xəstələri üçün ayrılıb.
Milli.Az xəbər verir ki, postcovid dedikdə virusa yoluxmuş - istər yüngül, orta, istərsə də ağır xəstələrin xəstəlik sonrası dövrü nəzərdə tutulacaq.
Qeyd edək ki, virus testlə təsdiqləndikdən sonra xəstəlik dövrü 28 gündür. Ondan sonra post kovid dövrü gəlir və bu minimum 1 ay, maksimum 3 ay çəkir.
35-40 gündən sonra xəstə sanki özünə gəlir, bədəni toparlanır.
Bu vəziyyət digər virus xəstəliklərində də olur, buna tibbdə Asteniya vəziyyəti deyilir.
Koronavirusdan sonrakı asteniya vəziyyətinin ən çox rast gəlinən əlamətləri:
- Əgər koronavirus mərkəzi sinir sistemi və dad iybilmə mərkəzini zədələyibsə, xəstələrdə dad və iybilmənin bərpası 3-4- ay çəkə bilər. Bu xəstələri yorur, qorxudur, əsəblərini tarıma çəkir, həyat keyfiyyətini aşağı salır.
- Ağciyərlərdə buzlu şüşə sahəsi çox olanlar və pnevmoniya keçirənlər 40 gündən sonra da çətin nəfəsalma, daralma, döş qəfəsində ağırlıq,sıxılma, çox və sürətli gəzəndə, hərəkət edəndə təngnəfəslik, əvvəlki gücünün olmamasını hiss edir.
- Ürək-qan damar sistemində dəyişikliklər - ürəkdə nəbz pozuntusu, taxikardiya, sıxılma, miokardın zədələnməsi, damarlarda zədələnmə, mikrotromblaşma və s. Bu daha çox 45-70 yaş arası xəstələrdə müşahidə olunur. Virus ürək əzələsini zəiflədir
- Kəskin avitaminoz - xəstəlik immuniteti əldən saldığı üçün bədənin C vitamini, mineralları, B qrup vitamini, maqniy, kaliy və s. tükənir. Xəstələr virus zamanı bədəni vitaminlə yükləyir, 28 gündən sonra sağaldığını düşünüb, vitaminləri unudur. Halbuki tükənmiş orqanizmə bundan sonra dəstək lazımdır. Bu dövrü isə heç bir həkim xəstəyə izah etmir.
- Antibiotiklərdən və müxtəlif lazımlı-lazımsız ağır dərmanların təsirindən həzm sisteminin pozulması, disbakterioz, mədədə reflüks, qıcqırmanın artması, ürəkbulanma, ishal, göbələk və s. kimi problemlər aylarla xəstələri narahat edir.
10 gün antibiotik müalicəsi almış insanın bağırsaq florasının bərpası üçün ən azı 3-6 ay lazımdır. Əgər insan normal qidalansa, probiotik, prebiotik qəbul etsə, mikrofloranı bərpa edə bilər. Bu hallar cavanlarda da çox rast gəlinir. Həkimlər sizə probiotik yazmayıbsa, özünüz mütləq qəbul edin
- Sinir, əzələ ağrıları, əl-ayaq, sümük ağrıları - virus periferik, mərkəzi və vegetativ sinir sistemini zədələyir. Xəstələr çox zaman stress və müalicənin təsirindən arıqlayır. 90% koronavirus xəstələri azı 5-9 kq arıqlayır. Yataq rejimi əzələ sümük sistemini tənbəlləşdirir. Sonradan bədəndə müxtəlif ağrılar, narahatlıqlar olur. Ağrılar revmatizmə bənzəyir, amma xəstədə revmatizm analizləri normal çıxır.
- Saçların tökülməsi - Koronavirus baş beyin, qan damar sistemini zəiflətdiyi üçün və vitamin-mineral balansı tükəndiyindən saçlar tökülür. Bərpası uzun müddət çəkir. Lazım gələrsə həkim trixoloq, həkim kosmetoloq köməyi lazımdır.
- Panik atak, depressiya, təşviş pozuntusu, ölüm xofu - maraqlıdır ki, insanların çoxu hələ koronavirus testinin cavabı çıxmamış panik atak, qəribə təşviş halında olduqlarını etiraf ediblər. Xəstəlik boyu təbii ki, bu hallar artır, ən sakit, özünü ələ alan xəstənin belə psixoloji çətnlikləri və beynində qorxu formalaşır.
Xəstə 14 günü tamamlayır, 21 gün keçir, həkimlər deyir virus yoxdur, sağlamsan, amma şüur, beyin hələ bu qorxunu unutmur, xəstəlik halından çıxa bilmir. Hələ də xəstə üçün ölüm təhlükəsi olduğunu güman edib, oyaq vəziyyətdə qalır. Böyrəküstü vəzilər stress hormonları kortizol və adrenalini qana çox miqdarda hasil edir. Bu da xəstədə panika, ağlamaq, qorxu, ürəkdə ritm pozulması, hərarətin qalxması, bədəndə əsmə, başda gicəllənmə, sıxılma yaradır.
- Tərləmə, saçın dibinin islanması - bir çox xəstələr gəzəndə, evdə iş görəndə, bir az hərəkət edən kimi bədənlərinin, kürəyinin tərlədiyini, soyuq tər gəldiyini, xüsusən saçların dibinin islandığını qeyd edir. Bu da bədənin termotənzimləyici hissəsinin pozulması, əzələlərdə zəiflik, bədəndə toksinlərin olması səbəbindəndir.
- Yuxu pozulması - xəstələr yuxuya getməkdə çətinlik çəkir, tez-tez ayılır, dərin yuxuya getmir, səhər tezdən oyanır, yuxudan doymur, key kimi olur. Həkimlər bu xəstələrə melatonin tərkibli prepatların uyğun dozasını təyin edir.
Bütün bunları nəzərə alaraq, xəstənin şikayətlərinə görə əlavə dəstək və müalicələrə ehtiyac var.
Bütün koronavirus xəstələrinin sonradan nevroloq, psixoloq müalicəsi alması lazımdır. Nevroz, panik atak və depressiyanın öz dərmanları var.
Nə etməli:
Koronavirusdan sağaldıqdan sonra, halbuki bunun baş verdiyini demək olmaz, yəni kəskin dövrü geridə qoyduqdan sonra hər bir kəs terapevt, kardioloq, nevroloq və mütləq bir damar həkimindən - fleboloq müayinələrdən keçməlidir. Yenidən qan, sidik, qaraciyər analizləri verməlidir. Xüsusən koronavirus damarları zədələdiyi, qanı qatılaşdırıb tromb yarada bilər. Məlumdur ki, xəstələri öldürən də ağciyərlərdəki pnevmoniya yox, tromblaşmadır. Bir çox xəstələrə antikoaqulyantlar təyin edilib.
Ona görə xəstələr sağaldıqdan sonra qanın laxtalanma və tromb analizini bir daha yoxladıb, yüksəlmələr varsa həkim nəzarəti ilə qandurulaşdırıcı və antikoaqulyant qəbul etməlidirlər. Xəstəlik dövründə verilən analizlər artıq keçərli deyil, vəziyyət dəyişə bilər.
Xəstələr qeyd edir ki, koronadan sonra orqanizmdə sanki yaxşılaşma-pisləşmə dalğaları baş verir. Xəstə nə baş verdiyini anlamır. Bu ya immun sistemin hələ də mübarizəsi, ya xəstənin zəifləməsi, ya da yeni virusun bilmədiyimiz oyunlarıdır.
Nəzərə alın ki, bu dövr keçicidir, analizləriniz yaxşıdırsa heç bir dərmana ehtiyac yoxdur, siz sadəcə 3 ay sağlam qidalanma, gəzmək, hava almaq, yaxşı yuxu və psixoloji dəstək almaqla bu dövrü atlatacaqsız. Bilin ki, bu həmişəlik simptomlar deyil. /medicina.az
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1489   Tarix: 11 yanvar 2021
f Paylaş

Oxşar xəbərlər

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

turlar.az

qadin sayti donlar 2026 qadın geyimi ailə psixoloqiyası kakoslu paxlava hazirlanmasi meyvələrin faydası bilik haqqinda atalar sozu kosmetika novruza aid hakistalar itburnu arxadan olmag google vətən haqqında bayatı