Koronavirusdan sağalanlar nə yeməlidir?
Koronavirusa yoluxmuş insanların qidalanması balanslı olmalıdır. Bu, zəifləmiş bədənin daha sürətlə sağalmasına kömək edəcək.
Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə həkim Aleksandr Andreyev danışıb. O bildirib ki, xəstəlik zamanı bədən bütün gücünü infeksiyaya qarşı mübarizəyə yönəldir:
"Buna görə də işi çətinləşdirməyə dəyməz. Bu müddət ərzində tez-tez yarım stəkan isti su için, qızardılmış və ədviyyatlı yeməklərdən, fəstfuddan imtina etmək və yalnız asan həzm olunan qidaları yemək tövsiyə olunur: süd məhsulları, qaynadılmış toyuq əti və toyuq suyu.
Eyni zamanda xəstəlikdən dərhal sonra yüksək kalorili qidalar yemək məsləhət deyil, unutmayın ki, bədən hələ zəifdir. Odur ki, pəhrizdən tədricən imtina etməlisiniz".
Həkim gündəlik rasiona dana əti, balıq, qaraciyər, yumurta və az yağlı süd məhsulları daxil etməyi, daha çox tərəvəz və meyvə, xüsusən də qırmızı bibər və alma yeməyi məsləhət görüb. Andreyev əlavə edib ki, insanlar xəstəlik nəticəsində arıqlayırlar, lakin bu barədə narahat olmağa ehtiyac yoxdur, çəki sağalandan sonra geri qayıdacaq. (publika.az)
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi