Koronavirusdan sonra mütləq qaraciyəri yoxladın - Professor
Covid virusu ilə xəstələnib sağaldıqdan sonra mütləq bəzi orqanlar yoxlanmalıdır.
Milli.Az xəbər verir ki, professor Simon Maçkepliaşvili bu müayinələri açıqlayıb.
O hesab edir ki, koronavirus bitdikdən sonra xəstə qaraciyəri və onun fermentlərini, qanın laxtalanmasını - hemostaz və tənəffüs orqanlarını bir daha müayinə etdirməlidir.
Professor bildirib ki, xəstəxanada koronavirus xəstələrinə Kleksan kimi antikoaqulyantlar vurulur. Qan durulaşdırıcı preparatlar evə yazıldıqdan sonra kəsilir. Bu zaman orqanizmdə qan laxtalanmasında aktivlik və tromboz yarana bilər.
Ona görə hemeostaz analizi verilməli, qanın indiki durumu yoxlanmalı, qan durulaşdırıcılar barədə qərar verilməlidir.
Koronavirus müalicəsində istifadə olunan dərmanlar qaraciyərə təsir edir, ALT, AST yüksələ bilir.
Ona görə mütləq qaraciyərin vəziyyəti yoxlanmalı və ona dəstək göstərilməlidir.
Eləcə də xəstələrə pulmonoloq baxmalı, ağciyərlərin tutumu, bronxlar, burun boğaz yoxlanmalı, tənəffüs gimnastikasına davam olunmalıdır. /medicina.az
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir