"Koronavirusla mübarizədə tibbi maskalardan istifadə və sosial məsafənin gözlənilməsi vacib şərtdir"

"Koronavirusla mübarizədə tibbi maskalardan istifadə və sosial məsafənin gözlənilməsi vacib şərtdir""Mən bütün qapalı yerlərdə tibbi maskadan istifadə edirəm və hər kəs də qapalı şəraitdə tibbi maskadan istifadə etməlidir - ictimai nəqliyyatda, ofislərdə, alış-veriş mərkəzlərində. Açıq havada bu, tövsiyə olunur, əgər yaxın təmas yoxdursa, maskadan istifadə etməmək də olar. Ancaq qapalı şəraitdə hər kəs mütləq maskadan istifadə etsin, hər kəs məsafə saxlasın və şəxsi gigiyenaya fikir versin".
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu fikirləri iyunun 9-da Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da iştirak etdiyi paytaxtın Bilgəh qəsəbəsində, həmçinin Sumqayıt şəhərində və Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılmış modul tipli xəstəxana komplekslərinin açılışı zamanı həkim kollektivi ilə görüşündəki çıxışında söyləyib. Dövlətimizin başçısı həmişə olduğu kimi, yenə də nümunə göstərdi. Dünyanı bürümüş koronavirus təhlükəsinin ölkəmizdə də yayıldığı bir vaxtda tibbi maskalardan və digər qoruyucu vasitələrdən istifadə etmək vacibdir. Bununla həm özümüzü, həm də ətrafdakıları qorumuş olarıq.
Milli.Az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının həkimi Günel İsmayılova bildirib.
"Koronavirusla mübarizədə tibbi maskalardan istifadə və sosial məsafənin gözlənilməsi vacib şərtdir"Günel İsmayılova qeyd edib ki, koronavirus pandemiyasının daha ağır fəsadlar törətməməsinin qarşısının alınmasında modul tipli xəstəxanalar olduqca mühüm əhəmiyyət kəsb edir. Koronavirus xəstələrinin qəbulu və müalicəsi üçün hər cür şəraitin yaradıldığı, ümumilikdə 100 palata və 200 çarpayı yeri olan üç korpuslu bu xəstəxana kompleksləri mərkəzləşdirilmiş oksigen generator sistemi ilə təchiz olunub. Palatalara ötürülən hava ventilyasiya qurğusu ilə təmizlənir. Belə xəstəxanaların quraşdırılması ilə ölkənin səhiyyə sisteminin əlavə 2000 çarpayılıq ehtiyatı yaranır. Bütün bunlarda əsas məqsəd koronavirus xəstələrinin lazımi tibbi xidmətlərlə əhatə olunması üçün vahid idarəetməni və tibbi əlaqələndirməni təmin etməkdir. Məlum olduğu kimi, modul tipli birinci xəstəxana mayın 7-də açılmışdı. Hazırda belə xəstəxanaların sayı dördə çatıb. Dövlətimizin başçısının tapşırığına əsasən, modul tipli xəstəxanaların sayı 10-a çatmalıdır. Bununla da koronavirusla bağlı mübarizədə imkanlarımız daha da genişləndiriləcək. Ümumdünya Səhiyyə Təşkilatı da ölkəmizin koronavirusla mübarizəsini, bu istiqamətdə görülən işləri yüksək qiymətləndirir. Bunu ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesus Prezident İlham Əliyevə ünvanladığı təşəkkür məktublarında da vurğulayıb. O, Azərbaycanda görülmüş işlərə yüksək qiymət verib və respublikamızı pandemiyaya qarşı görülmüş tədbirlərə görə nümunəvi ölkə kimi dəyərləndirib. Baş direktor, eyni zamanda, Azərbaycan Prezidentinin milli, regional və qlobal səviyyələrdə çoxtərəfli diplomatiyaya və həmrəyliyə dəstəyini nümunəvi adlandırıb və bunun Prezidentimizin rəhbərliyi ilə keçirilmiş ardıcıl tədbirlər zamanı aydın şəkildə özünü büruzə verdiyini xüsusilə qeyd edib. ÜST-nin Baş direktoru 2020-ci il aprelin 10-da Prezident İlham Əliyevin sədrliyi ilə COVID-19-la bağlı Türk Şurasının videokonfrans formatında keçirilmiş fövqəladə Zirvə görüşünün əməkdaşlığı daha da gücləndirdiyini və hər iki təşkilat arasında əlaqələrin möhkəmlənməsinə xidmət etdiyini bildirib. Qoşulmama Hərəkatının videokonfrans formatında təşkil olunan Zirvə görüşünə toxunan T.A.Qebreyesus tədbirin çox uğurla keçirilməsinə görə Azərbaycan Prezidentini təbrik edib və bunu mükəmməl bir təşəbbüs adlandırıb. Eyni zamanda, Baş direktor COVID-19-un səbəb olduğu təhdidlərlə mübarizədə qlobal, regional və ölkə səviyyəsində ÜST-nin Azərbaycanla əməkdaşlığa hazır olduğunu bildirib. Ümumiyyətlə, Azərbaycan Respublikası və Ümumdünya Səhiyyə Təşkilatı arasında uzunmüddətli səmərəli əməkdaşlıq münasibətləri mövcuddur. Azərbaycan hökuməti dünyada koronavirus infeksiyasının yayılması riskinin qarşısının alınması tədbirləri çərçivəsində "COVID-19 müraciəti" Fonduna 10 milyon ABŞ dolları məbləğində könüllü maliyyə yardımı edib. Ümumdünya Səhiyyə Təşkilatı qrupu zəruri səhiyyə xidmətləri və iş davamlılığı, milli sınaq laboratoriyalarına nəzarət strategiyası, xəstəxanaların hazırlığı, infeksiyanın qarşısının alınması və bu prosesə nəzarət, zəruri dərman, diaqnostika və sağlamlıq üçün avadanlıqların olmasını təmin etmək, məlumatı paylaşmaq, riskləri minimuma endirmək üçün tövsiyə olunan tədbirlər barədə məsləhət vermək və digər istiqamətlər üzrə iş aparır. Qürurverici haldır ki, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə səmərəli əməkdaşlığı davam etdirir və koronavirusun yayılmasının qarşısını almaq üçün ən qabaqcıl laboratoriya dəstlərini alan 17 ölkədən biridir.
Faktlar da təsdiqləyir ki, dövlətimizin başçısı əhalinin sağlamlığının qorunması istiqamətində bütün imkanlardan istifadə edir. Son illər ərzində Azərbaycanın səhiyyə sistemində köklü islahatların aparılmasında, həkimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsində də əsas məqsəd əhalinin sağlamlığının qorunmasıdır. Son 16 ildə 750-dən çox səhiyyə ocağının tikilməsi və ya tam təmir olunması bu sahədə əsaslı dönüş yaradıb, biz həkimlərin məsuliyyətini daha da artırıb. Möhtərəm Prezidentimizin tapşırığına əsasən, hər il ölkəmizdə 5 milyondan çox insan dövlət hesabına tibbi müayinədən keçir. Dövlətimizin başçısı həkimlərimizin və tibb işçilərimizin koronavirus xəstəliyinə qarşı mübarizədə xidmətlərini yüksək qiymətləndirib. Bu sahədə çalışan həkimlərimizin, demək olar ki, gecəsi-gündüzü yoxdur. Onlar aylarla evlərinə, ailələrinə baş çəkə bilmir, xəstəxanalarda qalırlar. Bütün bunlar ölkə Prezidentinin diqqətindən yayınmır. Dövlətimizin başçısı çıxışlarında həkimlərin fədakarlığını yüksək qiymətləndirib. Eləcə də koronavirusla mübarizədə iştirak edən həkimlərin aylıq məvacibləri artırılıb. Bakıda "Yeni klinika" tibb müəssisəsinin açılışında möhtərəm Prezidentimizin çıxışından bir məqamı xatırlatmaq yerinə düşərdi: "Mən fürsətdən istifadə edərək Azərbaycan həkimlərinə təşəkkürümü bildirmək istəyirəm. Biz onların maddi təminatının yaxşılaşdırılması üçün əlavə tədbirlər görmüşük. Bildiyiniz kimi, koronavirus xəstələrinə xidmət göstərən həkimlərin maaşı 3, 4, 5 misli məbləğində artırılıb. Bu, dövlət tərəfindən həkimlərə göstərilən diqqətin təzahürüdür. Ancaq mən bilirəm və tam əminəm ki, həkimlərin əsas motivasiyası bu deyil. Əsas odur ki, onlar öz vəzifə borcunu yerinə yetirmək istəyirlər. Onlar Hippokrat andına sadiqliklərini göstərmək istəyirlər. Onlar xalqımıza xas olan ən yüksək xüsusiyyətləri nümayiş etdirirlər və öz həyatlarını risk altına ataraq xəstələrə xidmət göstərirlər. Ona görə hər bir Azərbaycan vətəndaşı həkimlərə dəstək olmalıdır. O cümlədən koronavirusa yoluxmuş xəstələr başa düşməlidirlər ki, həkimlər belə ağır şəraitdə, sadəcə olaraq yeriməyə çətinlik yaradan geyimlərdə, maskalarda onlara xidmət göstərirlər. Ona görə həkimlər ən yüksək qiymətə layiqdirlər".
Günel İsmayılova bildirib ki, hər bir vətəndaş gigiyenik qaydalara ciddi riayət etməli, tibbi maskalardan, digər qoruyucu vasitələrdən istifadəni unutmamalıdır. Bütün bunlar hər birimizin sağlamlığı üçün çox vacibdir. Qısa müddətdə ölkəmizdə tibbi maska istehsal edən fabrik və sex quraşdırıldı. Hazırda bütün apteklərdə kifayət qədər tibbi maska var. Birinci vitse-prezident Mehriban xanım Əliyeva da koronavirusla bağlı əhaliyə müraciətində bütün həmvətənlərimizi vətəndaş məsuliyyəti nümayiş etdirməyə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələblərinə ciddi riayət etməyə çağırıb. Birinci xanım əminliklə bildirib ki, müdrik xalqımızın ən gözəl xüsusiyyətləri - ruh yüksəkliyi və mərdlik, mərhəmət və şəfqət, inam və məhəbbət sayəsində biz birlikdə bu ciddi çağırışın öhdəsindən gələcəyik. Hər birimizin qarşısında bir tələb var: Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə, gigiyenik qaydalara riayət etmək, məsafə saxlamaq və qapalı şəraitdə tibbi maskadan və digər qoruyucu vasitələrdən yararlanmaq. Koronavirus pandemiyasından qorunmaq üçün tibbi maskalardan və dezinfeksiya vasitələrindən istifadə, sosial məsafənin gözlənilməsi vacib şərtdir. Ona görə də hər kəs maksimum məsuliyyət nümayiş etdirərək bu qaydalara ciddi əməl etməlidir və bu yolla biz koronavirusa qalib gəlməliyik.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1204   Tarix: 15 iyun 2020
f Paylaş

Oxşar xəbərlər

.

Arıqlamaq istəyənlərin nəzərinə

Arıqlamaq istəyən insanların çox ac qalaraq yeməyi gecikdirməsi düzgün yanaşma sayılmır. -a istinadla xəbər verir ki, uzun müddət ac qalmaq insanın daha çox yeməsinə səbəb ola bilər. Belə ki, diyetoloq Natalie Rizzo qey

.

Qırmızı və yaşıl almaların faydaları – Hansını yemək daha yaxşıdır?

Alma gündəlik qidalanmada geniş istifadə olunan, vitamin və digər faydalı maddələrlə zəngin meyvələrdən biridir. xəbər verir ki, qırmızı və yaşıl almaların hər ikisi sağlam qidalanmanın bir hissəsi ola bilər, lakin tərkibind

.

Ən zərərli meyvə və giləmeyvələrin adları açıqlandı

Sağlamlıq və uzunömürlülük sahəsi üzrə mütəxəssis Diyeqo Suares bəzi meyvə və giləmeyvələri rasiondan çıxarmağı və ya azaltmağı tövsiyə edib. qafqazinfo-ya istinadən xəbər verir ki, mütəxəssis onların sağlamlıq üçün zərərl

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Cavan qalmağın sirri süfrənizdədir - Səhiyyə Nazirliyinin ekspertindən açıqlama

"Qocalma hüceyrə səviyyəsində başlayır. İllər keçdikcə DNT-də zədələr yığılır, xromosomların ucundakı telomerlər qısalır, mitoxondrilər enerjini daha zəif istehsal edir və orqanizmdə səssiz, aşağı intensivlikli iltiha

.

Arıqlamaq üçün edilən bu üsul risklidir — Professordan xəbərdarlıq

Arıqlamaq və sağlam həyat tərzi məqsədilə karbohidrat qəbulunu tamamilə dayandıran insanların sayı artır. Bir çoxları bunun sürətli çəki itkisinə və daha sağlam bədənə gətirib çıxardığını düşünür. Lakin bəzi hallarda karbohidratları

.

Hər evdə var, amma bu təsirini çoxları bilmir

İspaniyada aparılan araşdırma zamanı üç ay ərzində müntəzəm olaraq tomat pastası qəbul edən insanların zehni fəaliyyətində və beyin funksiyalarında müəyyən dəyişikliklər müşahidə olunub. xəbər verir ki, Barselona Universitetini

.

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

Təbiət qoynunda pikniklər və ya eyvanda yemək zamanı tez-tez milçəklərlə qarşılaşırıq. Boşqabı qısa müddətə nəzarətsiz qoymaq kifayətdir ki, həşəratlar dərhal onun üzərinə qonsun. -a istinadən xəbər verir ki, rusiyalı həkim-infeksionis

.

Yayda idman edənlər bunlara diqqət etməlidir

Yay aylarında havanın temperaturunun yüksəlməsi idman zamanı orqanizmin daha çox yüklənməsinə səbəb ola bilər. xəbər verir ki, isti havada məşq edən şəxslər bəzi vacib məqamlara diqqət etməlidirlər. Məşq vaxtını düzgün seçin

turlar.az

gozel gorunmek donlar 2026 yay kolleksiyasi xinayaxdi bayatilari uşaq və təhsil tehsile aid atalar sözləri faydalı qidalar kosmetika xalqlar dostluğu metrosunun üstündə çox təcili mənzil satılır zəhmət qızlıq pərdəsi haxisda arxadan olmag