Koronavirusu ağır keçirənlər üçün təyin olunan dərmanın təsirsizliyi ortaya çıxdı
Amerikalı həkimlər, yüksək dozada "D" vitamininin orta və ağır COVID-19 xəstələrinin vəziyyətini yaxşılaşdırmağa qadir olmadığı qənaətinə gəliblər.
Milli.Az oxu.az-a istinadən bildirir ki, elmi işlərin nəticələri "Journal of the American Medical Association" jurnalında dərc olunub.
Təcrübədə 240 yoluxmuş şəxs iştirak edib. Onlar iki qrupa ayrılıblar. Birinci qrup yüksək dozada "D" vitamini, ikincisi isə plasebo alıb.
Araşdırmanın nəticələri göstərib ki, vitamini xəstəliyin gedişatına əhəmiyyətli təsir göstərməyib.
Ancaq bu, vitaminin daimi qəbulundan heç bir müsbət təsir olmadığı anlamına gəlmir.
Mütəxəssislərin fikrincə, yaşlılarda və osteoporoz kimi xroniki xəstəlikləri olan xəstələrin qanında azı 30 ng/ml "D" vitamini olmalıdır. Sağlam yetkinlər üçün məqbul miqdar 20 ng/ml-dir.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi