Koronavirusun beyinə nüfuz etmə mexanizmi açıldı
Alma alimləri müəyyən ediblər ki, virus qoxu orqanlarının selikli qişasının sinir hüceyrələri vasitəsilə beyinə keçir.
Milli.Az xəbər verir ki, elmi məqalədə yeni Covidin təkcə respirator virus olmadığı sübut edilib.
O, ürək-damar, mədə-bağırsaq, mərkəzi sinir sistemi və beyinə də daxil olur. Hər 3 xəstədən biri nevroloji simptomlardan əziyyət çəkir.
Bir çox xəstələrdə koronavirus insultla nəticələnib.
Virusun beyin sinir hüceyrələrinə daha çox təsir etməsi ciddi nevroloji xəstəliklər, hətta epilepsiyaya səbəb olur.
Berlin bioloq, patanatom və nevroloqları 33ölmüş pasiyentin beyin toxuması nümunələri üzərində virusun beyinə necə keçməsini izləyib.
Tədqiqat zamanı beynin neyroanatomik strukturlarında virusun olduğu aşkarlanıb. Virus daha çox göz, burun, ağızı birləşdirən kök hüceyrələrdə görülüb.
"Bu nəticələr göstərir ki, covid burunun, gözün selikli qişalarından beyinə yol tapır" - deyə professor Frenk Helpner bildirib. /medicina.az
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir